Almaniya XIV-XV əsrlərdə.
XIV əsrdə Almaniyanın iqtisadi və ictimai-siyasi inkişaf xüsusiyyətləri.
Müqəddəs Roma imperiyasının hələ XIII əsrdə başlanmış süqutu XIV əsrdə də davam etdi.İmperiyanın Şimal və Baltik dənizlərindən Aralıq dənizinə qədər və Burqundiyadan slavyan torpaqlarınadək uzanıb gedən sərhədləri xeyli dərəcədə formal xarakter daşıyırdı.Bu sərhədlər daxilində Şimali İtaliyanın əslində müstəqil olan dövlətləri,Çexiya və XIII əsrin sonunda yaranmış İsveçrə ittifaqı vardı.
Artıq XIII əsrin ortalarında,Alp vadilərində -Sen Qotard keçidi yaxınlığında olan meşə ölkələri – Şvis ,Uri və Untervalden vilayətləri (kantonları) Habsburqlara qarşı mübarizə məqsədilə birləşmişdilər.Onlar Almaniya ilə İtaliya arasındakı ticarət yolunun qapısı olan Sen Qotardı ələ keçirməyə çalışırdılar.1291-ci ildə bu üç vilayət(Kantom azadlıq mübarizəsi aparmaq məqsədilə öz aralarında “Əbədi İttifaq”bağladılar. İsveçrəlilər ilk həlledici qələbəni 1315-ci ildə Morqarten yaxınlığındakı (Sürix gölündən cənuba doğru )vuruşmada qazandılar.Burda piyada kəndli qüvvələri Habsburqların qoşunlarını darmadağın etdilər.İsveç ittifaqı bucür yarandı və möhkəmləndi.Həmin ittifaq sonrakı iki əsr ərzzində öz azadlıq və siyasi müstəqilliyini qoruyub saxlamaq uğrunda mübarizə apardı.
XIV-XV əsrlər Almaniyası üçün şəhər həyatının yüksəlişi,sənət və ticarətin xüsusilə beynəlxalq ticarətin daha da inkişafı xarakterik idi.Baltik və Şimal dənizləri sahili boyunca yerləşən ölkələrlə Aralıq dənizi sahillərində olan və Qərbi Avropa ilə Şərq ölkələri arasında birbaşa qızğın ticarət əlaqəsi yaradan çox böyük ticarət mərkəzləri-Venetsiya və Kenuya öz aralarında Alp keçidlərindən keçib Almaniya ərazisindən gedən yolla,yəni Reyn yoluyla əlaqə yaradırdılar.Dünya ticarət yolları üzərində əlverişli mövqeləri olduğu üçün Şimali Almaniya,Cənubi Almaniya və Reyn şəhərləri XIV əsrlərdə Avropa ilə Şərq arasında ,Avropanın şimalıyla cənubu arasında,habelə bu şəhərlərlə Kontinentin şimal hissəsindəki ölkələr arasındakı ticarətdə getdikcə daha fəal iştirak etməyə başladılar.Özü də «Böyük Reyn yolu»boyunca yerləşən Köli,Mayns,Strassburq,Ulm,Şpeyer,Vorms təkcə vasitəçi ticarət mərkəzləri deyil,həm də mühüm yun və kətan parça istehsalı,metal emalımərkəzləri idilər.Lakin əvvəlki dövrdə olduğu kimi yenə də Almaniyanın şəhərləri arasındakı zəif əlaqə bu ölkənin iqtisadi həyatının xüsusiyyəti olaraq qalırdı.Sənət və ticarətin inkişafı XIV əsrdə də Ümumalmaniya bazar əlaqələrinin və vahid iqtisadsi mərkəzinin yayılmasına gətirib çıxarmadı.
XIV-XV əsrlərdə şəhərlərdə ictimai toqquşmalar artır,patrisiat əsilzadələri ilə sexlər arassında şiddətli mübarizə başlanır.Həmin mübarizə nəticəsində bir çox şəhərlərdə sexlər hakimiyyəti ələ keçirir.Bu da öz növbəsində sexlərin imtiyazlı yuxarı dairələri ilə şəhər əhalisinin demokratik təbəqələri arasında yeni toqquşmalara gətirib çıxarırdı.Şəhərlər həm onları ələ keçirtməyə çalışan knyazlarla,həm də cəngavərlərlə,xüsusilə Cənub-Qərbi Almaniyanın «imperiya ptsarları » ilə mübarizə aparmağa məcbur olurdular.İmperatorun bilavasitə vcassalı olan rtsarlar,imperator hakimiyyətinin birbaşa zəifləməsilə özbaşına qalırdılar. Müharibələr muzdlu əsgərlər vasitəsilə aparılmağa başlandıqdan sonra onlar hərbi silk kimi əhəmiyyətini itirmişdilər.Onlar qismən kəndlilərə təzyiqi artırmaq yolu ilə gəlirlərini
artırmağa çalışırdılar.Lakin bu zaman rtsarların əsas kütləsi xırda yırtıcılara və quldurlara çevrilir.Onlar özləri üçün qida və varlanmaq mənbəyini feodal ara müharibələrində görür,gah bu gah da digər knyaza muzdlu xidmət edir,ya da sadəcə yol kəsib soyğunçuluqla məşğul olurdular.
Olduqca zəif imperator hakimiyyəti şəhərləri knyaz özbaşnalığı və rtsar qarətindən qoruya bilmir,alman tacirlərinin xarici ticarət mənafeyini mudafiə etməyi bacarmırdı.Belə şəraitdə şəhərlər həm ölkə daxilində,həm də Almaniyadan xaricdə öz mənafelərini özləri müdafiə etməyə məcbur olurdular.Bu məqsədlə onlar ittifaqlarda birləşməyə çalışmışdılar.
Bu cür ittifaqlardan ən böyüyü Şimali Almaniya hanzası idi.Hanzanın tarixi ayrı-ayrı şəhərlər və şəhər qrupları arasında bağlanılmış sazişlərlə başlanmışdı.XIV əsrin ortalarına doğru hanza artıq Şimal və Baltik dənizi sahillərində yerləşən alman şəhərlərinin demək olar hamısını və çay yollarıyla sahilə bağlı olan bir sıra başqa şəhərləri əhatə edirdi.İttifaqın özəyi Ştrazund ,Rostok,Vismar,Lübek,Hamburq və Bremen oldu.Onlar Baltik və Şimal dənizləri hövzəsində,habelə Rusiya ilə bütün vasitəçi ticarəti öz əllərində cəmləşdirməyə çalışırdılar.Bu məqsədlə Hanza ittifaqı Novqorod ,Kaunas,Bergen,Stakholm,Brügge,London və başqa şəhərlərdə öz idarələrini yaratdılar.
Almaniyada hökmranlıq edən siyasi pərakəndəlik şəraitində Hanza ittifaqi müstəqil bir siayasi qüvvə kimi çıxış edirdi.XIV əsrin ikinci yarısından başlayaraq,müntəzəm surətdə ittifaqa daxil olan şəhərlərin nümayəndələrinin qurultayları keçirilirdi.Bu qurultayların qerarları Hanzanın bütün üzvleri üçün məcburi idi.XVI əsrdə Hanza müstəqil xarici siyasət yeridir,bir sıra dövlətlərləittifaqa girir,başqalarına qarşı isə müharibə edirdi.1367-ci ildə Hanza İsveç və Meklenburq hersoqu ilə ittifaqa girərək Danimarkaya qarşı müharibəyə başladı.Nəticədə 1370-ci il Ştralzund sülhünə görə Hanza ittifaqı Skandinaviya yarımadasının cənubunda bir sıra qalalar ələ keçirdi və böyük siyasi nüfuz qazandı.Lakin,Hanza ittifaqı nəqədər qüvvətli olsada Almaniyanın nə iqtisadi,nə də siyasi özəyi ola bilmədi.Hanzanın üzvü olan hər bir şəhər öz işlərini müstəqil idarə edirdi. İttifaqın nə ümumi idarəçiliyi,nə ümumi maliyyəsi,nə də ümumi donanması vcardı. Onun məqsədi başlıca olaraq öz üzvləri üçün Hanza ticarəti rayonlarında ümumi səylə imtiyazlar ələ keçirməkdən ibarət idi.Hanza ittifaqı da öz şəhərlərində mürtəce olqarxiya quruluşunu müdafə edir,sexlərin hakimiyyəti ələ keçirməsinə imkan vermirdi.
XIV əsrin ikinci yarısında Qərbi və Cənub-Qərbi Almaniya şəhərləri də ittifaqlarda birləşməyə başladılar.XIV əsrin 70-ci illərində Şvabiya şəhər ittifaqı və Reyn şəhərlərinin ittifaqı yarandı.1381-ci ildə həmin ittifaqlar birləşdi.Rıtsar ittifaqları da meydana gəlməyə başladı.Rıtsar ittifaqlarının yaradılmasına knyazlar kömək etməmiş deyildilər.Şəhər və rıtsar ittifaqları arasında başlanan bu mübarizə knyazların xeyrinə idi.Çünki həmin mübarizə hər iki tərəfi zəiflədirdi.Knyazlar rıtsarların tərəfində həmin mübarizəyə daxil oldular.Gah bu,gah da digər tərəfin müvəffəqiyyəti ilə keçən həmin mübarizədə knyazlar son nəticədə 1388-ci ildə şəhərlilərin birləşmiş ittifaqını darmadağın edə bildilər.
Dostları ilə paylaş: |