İmperatorlar və yerli məhəlli knyazlar
Almaniyanın tarixi inkişafının səciyyəvi xüsusiyyətləri –onun ayrı ayrı hissələri arasında iqtisadi əlaqələrin zəif olması,burada mərkəzləşmə prosesinin bütün ölkə miqyasında deyil,ayrı-ayrı əyalətlər və ərazilər miqyasında getməsi özünün siyasi ifadəsini onda tapdı ki,yerli knyazların hakimiyyəti daha da gücləndi,imperator hakimiyyəti isə zəiflədi. Öz ərazilərinin əsl hökmdarları olan alman knyazları imperator hakimiyyətini ancaq öz mülklərini genişləndirmək və qonşu xalqlara qarşı təcavüzkarlıq planlarını həyata keçirmək üçün ondan istifadə etmək mümkün olduqda qəbul edirdilər.İmperatorların vaxtaşırı çağırdıqları reyxstaqlarda bu məqsədə xidmət edirdi.Reyxstaq imperiyaya daxil olan bütün ölkə,vilayət və ərazi nümayəndələrinin ümumimperiya qurultayı idi.Reyxstaqlarda knyazlarla yanaşı bir sıra hallarda imperiya şəhərlərinin nümayəndələri də çıxış edirdilər.Lakin nə imperatorun,nə də reyxstaqın heç bir icraedici aparatı yox idi.İmperator yalnız yerli knyazlardan biri olduğu üçün hakimiyyətə malik idi və öz knyazlığının qüvvələrinə arxalanırdı.Ölkədə nə ümumi qanunvericilik,nə ümumi məhkəmə,nə də ümumi imperiya maliyyəsi yox idi.
Bəzi knyazlıqlarda landtaqlar vardı.Landtaqlar –zadəganlar,ruhanilərvə şəhərlərin nümayəndələrindən ibarət yığıncaqlar idilər.Bunlar başqa ölkələrin silki nümayəndələrini andırırdılar.Landtaqlar knyaz özbaşınalığını məhdudlaşdırmır,onlarda yəni knyazlardan ötrü faktiki olaraq bütün silk qruplarını öz mənafelərinə tabe etmək və əhalidən xüsusilə kəndlilərdən özlərinə lazım olan vəsaiti sıxışdırıb almaq üçün bir alət rolunu oynayırdı.
İmperator taxtı eyni dərəcədə imperator mənsub olduğu knyaz nəslinin nüfuzunu və imperatoru müdafiə edənləri qüvvətləndirmək vasitəsinə çevrilmişdi.İmperator seçmək hüququ olan ən güclü knyazları kurfürstlər yəni ,seçici knyazlar adlandırmağa başlamışdılar.Kurfüstlər çalışırdılar ki seçdikləri imperator onların müstəqilliyini məhdudlaşdırmasın.
Habsburqlar öz mülklərini genişləndirdikdə ,kurfüstlər bunu öz suverenlikləri üçün təhlükəli hesab etdilər və Lüksenburqlar nəslindən başqa imperator seçdilər.İmperator VII Henrix Lüksenburq(1208-1313) sülalə nigahı nəticəsində Çexioya kralı olduqda isə kurfüstlər onun ölümündən sonra Vittelsbaxların Bavariya hersopqları sülaləsindən Bavariyalı Lüdviqi (1314-1347)imperator seçdilər.
Öz irsi mülklərini genişləndirməyə çalışan Bavariyalı Lüdviq,həm də digər knyazların mənafeyinə uyğun olaraq yenidən İtaliyaya yürüşlər təşkil etməyə cəhd göstərdi.O,partiyalar arsındakı mübarizəyə qarışdı və papa XX İohanna qarşı Roma şəhər əsilzadələrinin tərəfində durdu.Lakin Bavariyalı Lüdviqin İtaliyaya yürüşünün fitnəkar xarakteri həm onun romalı tərəfdarlarını ,həm də alman şəhərlərinin papaya qarşı müxalifətdə olan və imperatoru müdafiə edən burger dairələrini məyus etdi.Lüdoviqin yürüşü rüsvayçılıqla iflasa uğradı:Vittelsbaxlar nəslinin daha da güclənməsini istəməyən alman knyazları isə,hələ onun sağlığında da Lüksenburqlar nəslindən olan IV Karlı yeni imperator seçdilər.O,eyni zamanda I Karl adı ilə həm də Çexiya kralı idi.
IV Karl zamanında Almaniyanın siyasi pərakəndəliyi imperatorun 1356-cı ildə verdiyi “Qızıl bulla”asma qızılı möhürü olan fərman) ilə hüquqi cəhətdən təsbit olundu.K.Karks həmin Qızıl bullanı alman çoxhakimiyyətliliyinin əsas qanunu kimi səciyyələndirmişdi.Knyazların öz knyazlıqlarında tam hakimiyyətə malik olduqları ,yəni,məhkəmə,gömrük toplamaq,sikkə
kəsmək,mədən sərvətlərini istismar etmək hüququna malik olduqları qəbul olundu.Feodalılar arasında xüsusi müharibələr qanunlaşdırıldı.Təsdiq olundu ki,imperatorların yeddi kürfürstün (üç ruhani knyaz-Çexiya kralı,Saksoniya hersoqu,Brandenburq markqrafı və Reyn pfalsqrafı)kollegiyası seçməlidir.Qızıl bulla şəhərlər arasındakı ittifaqları qadağan edərək bildirdi ki,imperiya suveren knyazların siyasi təşkilatıdır.Knyazlar sərbəst şəkildə,yəni knyazların razıkığı olmadan siyasi rol oynsamağı iddia edə bilməzlərt.Bullanin sinfi xarakterini sonralar hüquqçular qeyd etdilər.Onlar həmin sənədə kəndlilərin torpaqdan irsi istifadə hüquqlarınıləğv etmək və feodalların icma yerlərini tutmaları üçün bir əsas kimi istinad edirdilər.
Dostları ilə paylaş: |