Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə157/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   153   154   155   156   157   158   159   160   ...   263
Orta srlr tarixi S D Skazkin

İtaliya XI-XV ƏSRLƏRDƏ

Fransa və İngiltərən fərqli olaraq inkişaf etmiş feodalizm dövrü İtalida ölkənin birləşdirilməsi ilə sona yetmədi. İtaliya iqtisadi və siyasi baxımdan parçalanmış halda qaldı. Şimali İtaliya və Toskana, Papa vilayəti və cənubi İtaliya üçün çox fərqlər səciyyəvi idi.




1. İTALİYA XI-XV ƏSRLƏRDƏ.


Şimali və Orta İtaliya şəhərləri

Şimali İtaliya və Toskananın başlıca xüsusiyyəti, orta əsrlər Avropasının başqa ölkələrinə nisbətən, burda şəhərlərin daha erkən və daha artıq sürətlə inkişafı idi. XI-XII əsrlərdə bu rayonun şəhərlərində sənəd inkişaf etmişdi: Siyena, Piza, Florensiya, Pyaçensa və Milanda mahud, Kremonada kətan, Lukkkada isə ipək parçalar istehsal olunurdu; Venetsiya, Kenuya və Pizada gəmi quraşdırılırdı; Venetsiyanın şüşə məmulatı şəhərin hüdudlarından çox uzaqlarda şöhrət qazanmışdı; Toskana və Lombardiyada dəmir çıxarılırdı; Milan müxtəlif növ silahlar və metal yun daraqları hazırlanması ilə məşhur idi. Şəhər istehkamları yaratmaq zərurəti sənətin, xüsusilə tikinti işlərinin, inkişafına kömək edirdi. Avropanın hər yerində olduğu kimi, İtaliya şəhərlərinin sənətkarları da sexlərdə (sənətkar birliklərində) birləşmişdilər. XII-XII əsrlərdə Şimali İtaliya şəhərlərinin əksəriyyətində və Orta İtaliya şəhərlərinin isə bir çoxunda sənətkar biriliklrəi yaranır. Məsələn, XII əsrin sonunda Milanda sənətkar birliklərinin ittifaqı – “Müəddəs Amvrosn kredensa” sı meydana gəldi, Flarensiyada bir neçe sənəd sexi təşəkkül edir: gətirilmə xammaldan yun parçalar yazırlayan sənətkarları birləşdirən “Lana” sexi, çöl fransız və alman mahudlarını yenidən işləyən və yaxşılaşdıran mahudçuların daxil olduğları “Kalimala” sexi. Sənətkarlıq məhsulları istehsalı əsasında şəhərlərdə ticarət inkişaf edirdi ki, bu da yerli əhəmiyyətə malik olan çərçivədən kənara çıxırdı. Məsələn, Milanda adi gündəlik bazardan başqa ildə dörd dəfə yarmarka açılırdı. Bura İtaliya və Avropa şəhərlərindən başqa tacirlər gəlir, silah, mahud şərq malları ilə ticarət edilirdi. Venetsiya XII əsrdə Adriatik ilə Lombardiya arasında ticarətdə başlıca, vasitəçiyə çevrildi; şəhərə Padana düzü, Toskana, Emilya şəhərlərindən çoxlu tacirlər gəlirdi; alman tacirlərinim isə Venetsiyada öz qonaq evi (fondako) vardı. Ferrarada ildə iki dəfə yarmarka açılırdı; burada ya Lombardiyadan, Toskanadan, habelə Fransa və Almaniyadan tacirlər gəlirdi.


XI-XII əsrlərdə İtaliya şəhərlərinin beynəlxalq iqtisadi əlaqaələri genişləndi və inkişaf etdi; Kenuya Kataloniyada, Provansda möhkəmləndi və bu şəhərin Şimali Afrikada öz məskənləri vardı; Pizanın Cənubi Fransa şəhərlərində, Korsika və Sardiniyada bütöv məhəllələri vardı; Venetsiya Adiratik dənizinin Dalmatsiya sahilində bızi şəhərləri və torpaqları özündən asılı hala salmışdı. İtaliyanı əhatə edən dənizlərin bizanslılar və ərəblərin ağalığından
azad olması, habelə xaç yürüşləri ticarətin inkişafına kömək etdi. Xaç yürüşləri nəticəsində Venetsiya, Kenuya, Piza, Ankona, Yaxın Şərqlə (Livantla) daimi ticarət əlaqələri yaratdılar. Burda onlar çoxlu ticarət məntəqələri əmələ gətirdilər. Göstərilən italiya şəhərlərinin tacirləri Yaxın Şərqdən istiot və başqa ədviyyat şeyləri, pamnıq, yun və mahud boyamaq üçün müxtəlif boyaq məmulatı gətirir, oraya isə taxıl, mal – qara, metal məmulatı aparırdılar. Levantla vasitəçi ticarət İtaliya şəhərlərinə ağılasıxmaz dərəcədə qazanc gətirirdi. Şimali və orta İtaliyada şəhərlər, artıq XII əsrin əvvəllərinə, əsas iqtisadi qüvvəyə çevrilir.



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin