Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Şimali və Orta İtaliyada şəhərin inkişafının kəndə təsiri



Yüklə 3,06 Mb.
səhifə160/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   156   157   158   159   160   161   162   163   ...   263
Orta srlr tarixi S D Skazkin

Şimali və Orta İtaliyada şəhərin inkişafının kəndə təsiri

Şimali və Orta İtaliya şəhərlərin və əmtəə - pul münasibətlərinin sürətli inkişafı natural təsərrüfatın əsaslarını sarsıdır və aqrar quruluşda mühüm dəyişikliklərə gətirib çıxarırdı. Şəhərlərin kənd təsərrüfatı məhsullarına olan tələbatı, əsasən, xırda kəndli istehsalının hesabına ödənilirdi. Şəhərlərdə k\nd təsərrüfatı məhsullarına tələbatı artması becərilən torpaqların artmasına səbəb oldu. əkin sahələri xam yerlərin təmizlənməsi, bataqlıqların qurudulması və i. a. yollarla genişləndirilirdi. XI əsrin sonlarına yaxın, xüsusilə XII əsrdə, iri feodallar ağa təsrrüfatını birdən– birə məhdudlaşdırmağa vəöz xüsusi mülklərini (domeni) kəndlilərə, xırda rıtsarlara icarəyə verməyə, habelə libellyarı saxlama və ya emfitebzis icarə şərti ilə şəhərlilərə paylamağa başladılar. Kənddə torpağın mühüm hissəsi şəhərlərin yuxarı təbəqələrinin əlinə keçir: onlar bu torpaqları satın alır, ya da icarəyə götürdükləri yerləri öz faktivi mülkiyyətlərinə çevirirdilər. Artıq XI əsrdə rentanın pulla əvəz olunması (kommutasiyası) başlanır. Pul rentası XI – XII əsrlərdə çox geniş yayılır. Biyar azalır. Çöl – tarla biyar işlərinin xeyli hissəsi arabaçılıq (həm də carvalarlıq – tərc) mükəlləfiyyəti ilə əvəz olunur. Qeyd olunmalıdır ki, Şimalı və Orta İtaliyada təhkimli kəndli nisbətən az idi və işləyib ödəmə rentası (biyar) heç zaman üstünlük təşkil etməmişdi; natural renta, hətta pul rentası, artıq VIII-IX əsrlərdən başlayaraq, o cümlədən təhkimli kəndlilər içərisində də kifayət qədər geniş yayılmışdı. Əmtəə





  • pul münasibətlərinin inkişafı Şimali İtaliyanın bəzi vilayətlərində məhsul rentasının xüsusi çəkisini artırdı. Feodallar kəndlilərdən topladıqları məhsulları bazara göndərirdilər. XI-XII əsrlərdə kənlilərinsenyorlara qarşı fəal mübarizəsi nəticəsində, İtaliyanın bu hissəsində, kəndli mükəlləfiyyətlərinin mühüm hissəsi təsbit olundu: əvvələrdə mühüm təbəqə olan şəxsən azad kəndlilərin sayı artdı. Şimli İtaliyanın, xüsusilə Orta İtaliyanın bəzi geridə qalmış rayonlarında əvvəlki istismar formaları, hətta, təhkimçilik qalmaqda idi. Alp və Apenpinin bəzi dağlıq yerlərində belə vəziyyət idi.




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin