Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Almaniya imperiyası XV əsrin ikinci yarısında



Yüklə 3,06 Mb.
səhifə156/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   152   153   154   155   156   157   158   159   ...   263
Orta srlr tarixi S D Skazkin

Almaniya imperiyası XV əsrin ikinci yarısında

XV əsrdə Almaniyanın daxili həyatında baş verən inqilabi hadisələr ölkənin XVI əsrin əvvəllərində baş vermiş Reformasiya və Böyük kəndli müharibəsi ərəfəsindəki inqilabi yüksəliş dövrünə qədəm qoyduğunu göstərirdi. Ölkə daxilində baş verən kəndli hərəkatının alman feodallarının təziyiqindən əzab şəkən xalqların azadlıq hərəkatı ilə birləşməy təhlükəsi knyaz oliqarxiyasının xüsusilə təşvişə salırdı. İsveçrə ittifaqı və Çexiyanın müstəqil inkişafı getdikcə


daha artıq müəyyənləşirdi. Tefton cəmiyəətinin Polşa və Litvaya qarşı təcavüzkarlıq siyasəti ifalasa uğradı. XIV əsrin 40-cı illərində, Tefton cəmiyyəti Branderburq mark – qrafları ilə ittifaqda Pomoryeni zəpt edib Polşanı dənizdən ayrı saldı.

Bundan sonra Litva tayfası jumudların ərzisini ələ keçirən və beləliklə, özünün Livoniya və Prussiya mülklərini birləşdirən həmin cəmiyyət Litvanı da dənizdən sıxışdırdı; bundan sonra isə Vislanın sağ sahilboyu ilə Polşa torpaqlarına hücuma başladı. Lakin, artıq 1410-cu ildə Qrüivalt yaxınlığındakı vuruşmada polyaklar, litvalılar, ruslar və çexlərin birləşmiş qüvvələri Tefton cəmiyyətinin cəngavərlərinə sarsıdıcı zərbə vurdular. XV əsrdə davam edən mübarizənin gedişində Tefton cəmiyyətinin darmadağın edilməsi başa çatdırıldı. Alman cəngavərlərinin Şərqi Avropanın içərilərinə doğru daha da irəliləmək cəhdlərinin qarşısı həmişəlik alındı.


Almaniyada baş vermiş mühüm iqtisadi irəliyəlişlər ölkənin siyasi pərakəndəliyini daha artıq nəzərə çarpdırırdı. F. Engels yazırdı: “XV əsrin sonlarına yaxın Almaniya daha artıq parçalanmış vəziyyətə düşür, onun mərkəzi daha artıq zəifləyir, Fransa və İngiltərə isə, artıq, az – çox mərkəzləşmişdir və orada millətlər, artıq, təşəkkür etməkdədir”. Mürəkkəbləşmiş beynəlxalq şəarit və ölkə daxilində xalq hərəkatının qüvvətlənməsi knyazları imperiya islahatları keçirmək üçün yollar axtarmağa məcbur edirdi. XV əsrin 80-ci illərinin sonunda Cənub – Qərbi almaniyada böyük siyasi və hərbi birlik – Şvabiya ittifaqı beydana gəldi. Həmin ittifaq, formal olaraq, Cənub – Qərbi Almaniya rtsarları və imperiya şəhərlərinin birliyi idi. Bu ittifaqa ayrı – ayrı iri knyazlar da qoşuldular. Həqiqətdə isə ittifaq bütünlüklə bu knyazların əlində idi. Onlar Mayns arxiyepiskopunu özlərinə rəhbər qəbul etmişdilər.


Şvabiya ittifaqının başında duran reyxstaqlarda, 1495-ci və 1500-cü illərdə, knyazlar özlərinin “imperiya islahatı” layihələrini qəbul etdirdilər. İmperiyada “bu dünya əmin – amanlığı” bəyan etmək yəni daxili müharibələri qadağan etmək, ümumi imperiya idarəçiliyi və knyazlar arasındakı mübahisələri yoluna qoymaq üçün imperiya məhkəməsi yaratmaq haqqında qərar qəbul edirdi. Lakin öz ərazilərinin müstəqilliyini zəiflətməkdən qorxan knyazlar imperiya təsisatlarının real hərbi və maliyyə gücünə, öz icra oraqlanlarına malik olmasını istəmirdilər. Beləliklə, “imperiya islahatı” xırdamülklülük və siyasi pərakəndəliyin ləğ olunması deyil, əksinə, möhkəmləndirilməsi demək idi. Lakin, knyaz küruhları arasındakı didişmələr üzündən bu “islahat”ı da həyata keçirmk mümkün olmadı. Şvabiya ittifaqı və imperator I Maksimilizi Habsburqun (1493-1519) İsveçrəni yenidən tabe etmək cəhdi puça çıxdı. Onların 1499-cu ildə törətdikləri müharibə məğlubiyyətlə sona yetdi və İsveçrənin imperiya ilə bütün əlaqələrinin, faktiki olaraq, kəsilməsi ilə nəticələndi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin