Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Şimali və Orta İtaliya şəhərlərinin alman feodallarına qarşı mübarizəsi



Yüklə 3,06 Mb.
səhifə164/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   160   161   162   163   164   165   166   167   ...   263
Orta srlr tarixi S D Skazkin

Şimali və Orta İtaliya şəhərlərinin alman feodallarına qarşı mübarizəsi
XII əsrin ikinci yarısında İtaliyanın başı üstünü alman sarəti altına düşmək təhlükəsi almışdı. I Fridrix Barbarossa başda olmaqla alman feodalları İtaliya torpaqlarının bir hissəsini, formal olaraq, Roma imperiyası adlanan imperiyaya mənsub olmasını öz təcavüzkarlıqları üçün əsas hesab edirdilər. Yadelli əsarəti altına düşmək təhlükəsi birinci növbədə, yüksək tərəqqi etmiş Şimali İltaliya şəhərlərinin başı üstünü aldı Fridrix Barbarossanın İtaliya yürüşlərinə qədər Lombardiya və Toskana şəhərlərinin imperiyadan asılılığının ancaq adı vardı. bəzi hallarda, onlar imperatora pulla kömək edir, onun üçün köməkçi hərbi dəstələr yaradırdılar. Beləlilkə, onlar yadelli süzerəndən azadlıqlarını satın almış olurdular. İ Fridrix İtaliyaya, artıq,birinci yürüşündəcə özünü şəhər azadlıqlarının boğucusu kimi göstərdi. Onun təzyiqi ilə 1158-ci ildə, Ronkaliya seymi Şimali İtaliya şəhərlərinin azadlıqlarının tamamilə ləğv olunması haqqında qərar qəbul etdi. Seymə dəvət olunan buyruqqul Bolonya hüquqşunasları bu qərarı Roma hüququnun belə bir məşhur formulu ilə əsaslandırdılar: “hökmdara lazım olan hər şeyin qanun günü var” (“Quod principi placuit, legis habet vigorem”). Biz, atıq, bilirik ki, milanlılara qəddarcasına bar – br divanı tutulmasına baxmayaraq, Fridrix Ronkaliya qərarlarını yerinə yetirməyə müvəffəq olmadı. Milanlılara divan tutulması, həmçinin ölkəni alman işğalçılarının çalıb talaması, artıq, imperatorun təyin etiyi podestaların ağalıq etdikləri şəhərlərin müqavimət ruhunu yüksəltdi.

1167-ci ildə Lombariya ittifaqı yaradıldı. Bu ittifaqa yenidən dirçəlmiş Milan, Mantuya, Ferrara, Kremona, Breşna və başqa şəhərlər daxil oldular. həmin şəhərlər əsarət altına düşmək təhlükəsi qarşısında, müvəqqəti olaraq, öz aralarındakı çəkişməni yaddan çıxardılar. İmperatora qarşı ittifaqa Siçiliya krallığı və Benestiya da qoşuldular. Bu dövlətlər Şimali İtaliyada imperiyanın mövqeyinin möhkəmlənməsindən ehtiyat edirdilər.


Feodal Avropasında ağalıq üstündə imperiya ilə mübarizə aparan Papalıq da Lombardiya şəhərlərinin ittifqaını müdafiə etdi. Beləliklə, alman feodal qəsbkarlarına qarşı mübarizə ümumitaliya xarakteri aldı; bu mübarizənin nəticəsi bütün ölkənin müqəddəratını həll etdi.


Lombardiya ittifaqı Po çayı üzərindəki bərə yaxınlığında, alman basqınlarına qarşı bir sipər olaraq, Alessaidriya qalasını ucaltdı. Fridrix növbəti, beşinci dəfə Alpı aşıb gələrkən bu qalanı ala bilməsi. Lenyano yaxınlığındakı vuruşmada (1176) Lombardiya liqası tərəfindən məğlub edilən Fridrix papaya təslim olmaq məcburiyyətində qaldı. 1183-cü ildə Konstansda papa ilə imperator arasında baqlanılmış sülh müqviləsindən sonra, Ronkaliya qərarları əslində ləğv olundu və Şimali İtaliya şəhərlərinin bütün kommuna azadlıqları bərpa olundu. İmperiyanın məğlub olunması Papalığın, həmçinin siyasi cəhətdən də xeyli qüvvətlənməsinə səbəb oldu. Alman feodal qəsbkarlarına qarşı mübarizədə şəhər – kommunalarının qələbəsi İtaliyanı yadelli əsarətinə düşməkdən xilas etdi və sonrakı əsrlərdə ölkənin istehsalı, siyasi və mədəni tərəqqisinə kömək etdi. Lakin şəhərlərin qorxunc təhlükə illərindəki müvəqqəti birliyi bu təhlükə sovuşan kimi, zəiflədi. Şəhər respublikalar arasında yenidən rəqabət və mübarizə başlandı.


Alman qəsbkarlarına qarşı mübarizənin gedişində İtaliyada, XII əsrin sonu – XIII əsrin əvvəllərində, bir – birinə düşmən olan siyasi cərəyanlar – qvelflər və kibellinlər meydana gəldilər. <> adı hohenştaufenlər sülaləsinə düşmən olan Saksoniya hersoqları nəslinin – Belflərin adından əmələ gəlmişdi: <> adı isə hohenştaufenlərin qəsblərindən birini – haybelinqin 9almanca – Bajblingen adının latınlaşdırılması nəticəsində yaranmışdı. Qvelflər imperatorların düşməni və İtaliyada imperator əleyhinə cəbhənin başcısı


olan papanın müttəfiqi idilər; onlar, başlıca olaraq, şəhərlərin ticarət – sənətkar təbəqələrinə arxalanırdılar. İmperatorun tərəfdarları olan kibellinlər isə özlərinə feodal zadəganlar içərisində ictimai dayaq axtarırdılar. Bu iki siyasi qruplaşma arasındakı qanlı ədavət XIII əsr İtaliyasının bütün həyatında iz qoymuşdular. Çox vaxt, ictimai – iqtisadi profili eyni olan şəhərlər ancaq öz aralarındakı iqtisadi rəqabət üzündən düşmən siyasi cəbhələrə qoşulurdular. Məsələn, əgər Florensiya qvelf şəhəri idicə, onun ticarət və sənətkarlıq sahəsindəki rəqibləri – Piza və Lukka kilellin şəhərləri idilər. Qvelflərlə hibellilər arasındakı şıddətli mübarizə İtaliyadakı vəziyyəti daha artıq mürəkkəbləşdirir, ölkənin siyasi dağınıqlarını möhkəmləndirirdi.



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin