Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Şəhərlərdə sex quruluşunun dağılması və kapitalist münasibətlərinin meydana



Yüklə 3,06 Mb.
səhifə167/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   163   164   165   166   167   168   169   170   ...   263
Orta srlr tarixi S D Skazkin

Şəhərlərdə sex quruluşunun dağılması və kapitalist münasibətlərinin meydana


gəlməsi

XIV əsrdə Şimali və Orta İtaliyanın ən böyük və inkişaf etmiş şəhər – respublikalarında kapitalist münasibətləri meydana gəlməyə başladı. Başqa ölkələrlə müqayisədə kapitalist


münasibətlərinin erkən meydana gəlməsi orta əsrlərdə İtaliya tarixinin mühüm xüsusiyyətlərindən biridir. İtaliya şəhərləri sex sənətkarlarının nail olduqları yüksək ustalıq məharəti və burada baş vermiş kifayət qədər mürəkkəb əmək bölgüsü erkən kapitalist manufaktura istehsalının əmələ gəlməsinin ən mühüm ilkin şərtləri idi. XIV əsrin əvvəllərinə doğru sex quruluşu qabaqcıl sənətkarlıq sahələrinin daha da inkişafına mane olmağa başladı ki, buda ən inkişaf etmiş şəhərlərdə sexlərin dağılmağa başlanmasına gətirib çıxardı. Bu özünü sexlərin “böyük” və “kiçik” sexlərə bölünməsində, sexlərin daxilində ictimai bərabərsizliyin dərinləşməsində, şagirdlər və usta köməkçilərinin istismarının şiddətlənməsində göstərirdi: usta köməkçiləri müstəqil usta olmaq imkanından getdikcə daha artıq məhrum olur. “əbədi usta köməkçilərinə”, yəni muzudlu fəhlələrə çevrilirdilər. Sex quruluşunun dağılması ilə tacirlərin və ya varlı ustaların müflüsləşmiş sənətkarları istismar etmələri üçün şərait yaranırdı. Tacirlər və varlı ustlar həmin sənətkarların istehsal etdikləri hazır məhsulların alıcıları kimi çıxış edirdilər.


Şimalı və Orta İtaliyya şəhərlərində kapitalist münasibətlərinin erkən inkişafının digər ilkin şərti kəndlilərin şəxsən azad edilmələri və bununla eyni zamanda torpaqdan məhrum olunmaları idi. Torpaqdan məhrum olmuş kəndlilərin çoxu kəsbkarlıq dalınca şəhərlərə gedir və XIV əsrdə yaranmaqda olan yeni sosial təbəqənin – muzudlu fəhlələri əsasını təşkil edirdilər.


İtaliya şəhərlərində erkən kapitalist münasibətləri inkişafının ən xarakterik nümunəsi Florensiyadır: hərçənd, elə həmin proseslər Bolonya, Lukka, Peruçça, Siyena və başqa


şəhərlərdədə gedirdi. Yeni münasibətlər, başlıca olaraq, yun parça istehsalında, sonralar isə ipək parça toxuculuğunda və gəmiqayırma sahələrində meydana gəlirdi.

Florensiyada, artıq, XIV əsrin 0-cu illərində 200-ə yaxın nisbətən iri mahud emalatxanasında cardı. Bu emalatxanalar muzdlu işçi qüvvəsindən istifadə edərək ildə 80 min topa qədər mahud istehsal edirdilər ki, bunun da dəyəri bütün şəhərin büdcəsindən üç dəfə çox idi. Şəhərin özündə və ətraf yerlərində 30 min nəfərə yaxın adam mahud istehsalı ilə məşğul idi. Hhəmin emalatxanalarda manufakturanın səciyyəvi xüsusiyyətinin təşkil edən xeyli əmək bölgüsü vardı. əsas etibarilə dünənin kəndlilərindən ibarət olanmuzdlu fəhlələrdən sadə xüsusi səriştə tələb etməyən işlərdə istifadə edirdilər. Onlar çay suyunda yun yuyur və qurudur, yun didir, darıyır və qaynadır, həllaclıq edir, mahud yuyur, yun tayları daşıyır və yükləyir və başqa işlərlə məşğul olurdular. hec bir istehsal vasitələri və malik olmayan və Florensiyada “compi” adlandırılan muzudlu fəhlələrin ümumi sayı 10 000 nəfərə çatırdı. Belələri başqa şəhərlərdə də minlərlə idi. Yoxsullaşmaqda olan sənətkarlar və usta köməkçiləri zəhmətkeşlərin başqa bir dəstəsini təşkil edirdilər. Onlar da tədriclə muzdlu fəhlələrin vəziyyətinə düşürdülər. Onlar əvvəlcə daha iri emalatxana sahiblərindən asılı hala düşür, sonra isə müflüsləşir və faktiki olaraq, həmçinin, muzdlu fəhlələrə çevrilirdilər. Onlardan nisbətən ixtisaslaşma tələb edən oşlərdə - iplik əyrilməsində və mahud toxumaqda, yun və mahud boyamaq və s. işlərdə istifadə olunurdu. Florensiya və başqa şəhər – respublikalarda kəndlilərin və sənətkarların bir hissəsindən muzdlu fəhlələr sinfi – ilkin proletriat bu cür formalaşmağa başladı.


Muzdlu fəhlələr ibtidai kapitalist istehsalında əsas işmi qüvvəsini təşkil edirdilər. Bu cür kapitalist istehsalı maşınlardan istifadənin nə demək olduğunu hələ bilmirdi: həmin istehsalda ancaq ən sadə mexanizmlərdən – çəhrə, toxucu dəzgahı, su ilə işləyən mahudbasan karxanadan istifadə olunurdu. İbtidai kapitalist istehsalında, əsasən, əl əməyindən istifadə olunurdu. Buna görə də erkən kapitalist istehsalı manufaktura (latınca manus - əl və facere – qayırmaq, düzəltmək sözlərindən) adlanırdı.


XIV-XV əsrlərin italyan manufakturası erkən kapitalist müəssisəsi idi. O zamankı sahibkarlar kapitalist istehsalının bu yeni təşkili üçün kifayət qədər vəsaitə malik deyillər. Buna görə də varlı popalanlar çox vaxt şirkətlər düzəldir, öz qüvvə vəsaitlərini birləşdirirdilər.


İtaliya şəhərlərində manufatura istehsalının tərəqqisi şəhərin yuxarı təbəqələrinin varlanmasına səbəb oldu. Varlı popolonlar, geniş surətdə, imarətlər, kilsələr, zəngin bəzəkli daş evlər tikdirməyə başladılar. Onlar öz miskin komalarında güzəran keçirən muzudlu fəhlələrin həyatı ilə kəskin təzad günü qısa nahar fasiləsi ilə birlikdə 14-16 saat davam edirdi. Onlar başqa şəhərdən gətirilmiş nəzarətçinin (“yadelli məmurun”) nəzarəti altında işləyirdilər. həmin “yadelli məmur” izləyirdi ki, fəhlələrin “qanunsuz” ittifaqları yaradılmasın. əgər fəhlə aldığı avansın əvəzini işləyib ödəməzdisə sahibkar onu bir neçə illiyə məhbəsə saldıra və ona bədən cəzaları verə bilərdi. Fəhlələr dilənçi payı qədər az əmək haqqı alırdılar. Muzdlu fəhlələrin maddi vəziyyəti ağır olmaqa yanaşı, onlar, həm də siyasi cəhətdən tam hüquqsuz idilər.


İtliyada kapitalist münasibətlərinin nisbətən erkən meydana gəlməsi, çox cəhətdən, bu ölkənin XIV-XV əsrlərdəki inkişaf xüsusiyyətlərini müəyyən etdi. Yeni münasibətlər əmlak məhsuldarlığını o zaman üçün görünməmiş dərəcədə artırdı, iqtisadiyyatı inkişaf etdirdi və XIV əsrdə İtaliyanın, xeyli dərəcədə muzdlu fəhlələrin qəddarcasına istismar edilməsi hesabına, Qərbi Avropanın ən qabaqcıl ölkəsinə çevirdi: bu yeni münasibətlər özünün yeni, erkən burjua dünya görüşü və realist incəsənəti ilə birlikdə Oyanış (İntibah) kimi mürəkkəb və parlaq mədəniyyət hadisəsinin əsas mənbəyi idi. Bununla belə, nəzərə almaq lazımdır ki, XIV-XV


əsrlərdə İtaliyada erkən kapitalist münasibətlərinin inkişafı ancaq Şimali və Orta İtaliyanın ayrı –ayrı şəhərlərini və yalnız tək-tək istehsal sahələri əhatə edirdi. Papa vilayətində və ölkənin cənubunda feodalizm hələ şəriksiz hökmranlıq edirdi.



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin