Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Papa vilayəti. Roma respublikası. Kola da Riyenso



Yüklə 3,06 Mb.
səhifə170/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   166   167   168   169   170   171   172   173   ...   263
Orta srlr tarixi S D Skazkin

Papa vilayəti. Roma respublikası. Kola da Riyenso.

I Fridrixin istilaçılıq planları puça çıxdıqdan sonra Papalığın nüfuzu daha da artdı. Bu dövrdə papa taxtına çıxan çevik siyasətçi III Innokenti (1198-1216) papa teokratiyası ideyasının inkişaf etdirilməsində VII Qriqoridən də Irəli getdi. O, təsdiq edirdi ki, dünyada ali hakimiyyət papa hakimiyyətidir; imperator, krallar və knyazlar onun ancaq vassalı ola bilərlər və hakimiyyəti də ondan almalıdırlar.





  1. Innokenti və onun varisləri özlərinin teokratik planlarını həyata keçirmək üçün, bir tərəfdən, Avropanın bir sıra feodal dövlərlərinin öz təsirləri altına almağa çalışır, digər tərəfdən də öz dövlətlərinin - Papa vilayətini möhkəmləndirərək Italiyada siyasi mövüelərini gücləndirməyə səy göstərirdilər. III Innokenti öz sələflərinin zamanında italyan və alman feodallarının ələ keçirdikləri Papa vilayəti torpaqlarını onların əlindən geri aldı və faktiki

olaraq, Siciliya krallığında da hakimiyyəti ələ keçirirdi; O, Siciliya krallığını kiçikyaşlı II Fridrixin qəyyumu kimi idarə edirdi.

Doğrudur, III Innokentinin varisləri, II Fridrixlə uzunsürən mübarizədən sonra, Cənubi Italiyada olan iddialarından əl çəkməli oldular. Lakin, onlar, XIII-XIV əsrin əvvəlində Orta Italiyada öz mülklərini genişləndirməkdə (Romanya, Kampaniya, Umbriya, Ankona markası) davam etdilər. XIV əsrin əvvəllərinə doğru Papa dövlətinin tərkibinə Boloniya, Ferrara, Urbino, Rimini, Peruçça kimi əvvəllər müstəqil olan iri şəhər - dövlətlər daxil edildilər. Tirren dənizindən Adriatik dənizinə qədər uzanıb gedən papa mülkləri Italyanı iki yerdən kəsirdi. Lakin Papa vilayəti iqtisadi cəhətdın Lombardiya və Toskanadan geri qalmaqda idi. Burada hələ XIII-XV əsrlərdə də həm kənddə, həm də şəhərdə feodal qaydaları şəriksiz hökmranlıq edirdi.


XIII əsrin sonlarından, VIII Bonifasinin papalıq illərindən başlayaraq Papalıq beynəlxalq aləmdə kəskin surətdə nüfuzdan düşür. XIII əsrin əvvəlində qismən uğur qazanmasına baxmayaraq papaların teokratiya siyasəti iflasa məhkum idi. Bu zaman Qərbi Avropanın meydana gəlməkdə olan iri mərkəzləşmiş dövlətlər papaya tabe olmaq istəmirdilər. XIII Bonifasinin Fransa mütləqiyyəti ilə mübarizədə məğlub olması papa hakimiyyətinin Papa vilayətinin özündə də zəifləməsinə səbəb oldu. 1309-cu ildə papa iqamətgahının Avinyona köçürülməsi Papalığın, faktiki olaraq, Fransa siyasətinə tabe olması və onun Papa vilayətinin feodalları və şəhərləri üzərində nəzarəti itirməsi demək idi.


Bu, müəyyən qədər, Roma şəhər kommunasının güxlənməsinə kömək etdi. Yeri gəlmişkən, yerli feodallara qarşı Roma kommunasının güclənməsində, qismən, papa da maraqlı idi. Papanın olmadığı şəraitdə kommuna qüvvətli baronların özbaşınalığını məhdudlaşdıra bildi. XIV əsrin əvvəlində Roma popolanların Arlottini "xalq kapitanı" elan etdilər. Onun əmri ilə iri feodallar şəhərdən sürgün olundular, feodal qəsrləri isə yerlə yeksan edildi. 1347- ildə, əyanlar öz hüquqlarını bərpa etdikdə, popolanlarla feodal əyanları arasında yenidən mübarizə başlandı. Popolan hərəkatına Kola di Riyenso başçılıq edirdi. Onun atası meyxana sahibi, anası isə paltaryuyan idi; buna görə də yaxşl təhsil ala bilmişdi. Kola antik dövrün ehtirasları pərəstişkarı idi və Romanın əski qüdrətinin bərpa olunmasını arzulayırdı. Parlaq natiqlik məharəti olan Riyenso xalq qarşısında çıxış edir, qanunsuzluq törədən feodalların iç üzünü açıb tökürdü. Baronların Romadan getməsindən istifadə edən Kola di Peyenso özünün bir qrup silahlı tərəfdarları ilə birlikdə Roma şəhərlərinin köməyi ilə Kapitolidəki hökumət binalarını ələ keçirdi. Senatorlar Romadan qaçdılar. Riyenso özünü “azadlıq, sülh və ədalət tribunu, Müqəddəs Roma imperiyasının xilaskarı” elan etdi. O, təntənəli surətdə bildirdi ki, hakimiyyəti Roma xalqı təmsil edir, Roma isə respublikadır. Bununla da o, papanı dünyəvi hakimiyyətdən məhrum etdi. Buna cavab olaraq papa onu kafir və qəsbkar elan etdi.


Kola di Riyensonun hakimiyyəti antifoedal xaraket daşıyırdı: o, bütün baronları respublika qarşısında and içməyə və öz qalalarını ona – respublikaya verməyə məcbur etmişdi; Roma sakinlərinə feodallar qarşısında and içmək və onları suveren adlandırmaq yasaq olunmuşdu. Bergirlər azaldılmış gəlir isə tam tənəzzül etmiş olan ticarət və sənətkarlığın vəziyyətini yaxşılaşdırmağa yönəldilmişdi; vahid ölçü müəyyən edildi, habelə üstündə “Doğma tribunluq. Roma dünyanın başçısıdır” sözləri yazılmış sikkə də kəsildi. Ölkənin vahidliyini arzu edən Kola di Riyenso bütün İtaliya şəhərlərini İtaliyanın paytaxtı kimi Roma ətrafında birləşməyə çağırdı.


Lakin öz aralarında rəqabət aparan və müstəqilliklərini itirməkdən qorxan şəhər respublikaları Romaya tabe olmaqdan imtina etdilər. digər tərəfdən Riyensonun özü də lazımı ardıcıllıq və qətiyyət göstərmədi. O, Roma torpaqlarında təhkimçilik hüququnu saxladı və qiymaçı feodalları asanlıqıa bağışlayırdı. Xalq hakimiyyəti prinsipi elan edən Kola di Riyenso bütün məsələləri təkbaşına həll etməyə başladı. Nəticədə o, xalqın etimadını itirdi və Romada feodal hakimiyyəti bərpa olundu. 1347-ci ilin sonunda Kola di Riyenso Romadan qaçmağa məcbur oldu.

Sonralar, 1354-cü ildə o, yenidən Romada peyda oldu. Bu dəfə o, Roma papanın lçisi kimi gəlmişdi. Papa Kola di Riyensonun məşhurluğundan istifadə edib Romada öz hakimiyyətini bərpa etməyə çalışırdı. Kola di Riyenso xalqın köməyi ilə yenidən hakimiyyəti ələ keçirə bildi. Lakin o, muzdulu ordunu saxlamaq üçün vergini artırdıqda Roma əhalisi üsyana qalxdı. Bu üsyan zamanı Riyenso öldürüldü. Roma respublikasının məğlub olmasının əsas səbəblərindən biri Roma popolanlarının iqtisadi və siyasi baxımdan zəifliyi idi. Buna görə də onlar feodallara qarşı ciddi mübarizə aparmağı bacarmadılar.


1378-ci ildə, papa taxtı yenidən Romaya köcürüldüyü zaman papanın hakimiyyəti təkcə xaricdə deyil, İtaliya daxilində də zəif olaraq qalmaqda idi. Papa hakimiyyətinin İtaliya daxilində zəif olmasına səbəb “böyük təfriqə” dövrü – papa taxtına bir neçə papanın etdiyi qırxillik dövr idi. Yalnız XV əsrin sonu –XVI əsrin əvvəli üçün papalar öz dövlətlərinin, XIII əsrdə ələ keçirdikləri geniş ərazisində hakimiyyətlərini bərpa edə bildilər. Bu zaman Papalıq özünün ümumavropa miqyasında teokratiya iddialarından xeyli dərəcədə əl çəkdi.


Papa dövləti İtaliyanın feodal knyazlıqlarından birinə, tiranlığa çevrilir. Bu tiranlığın başçısı katolik kilsəsinin beynəlxalq siyasətindən daha çox öz hakimiyyətini möhkəmləndirmək, qohum-əqrabasını varlandırmaqla məşğul idi. Italiyanın mənafeyini həmişə öz teokratik planlarına, sonralar isə sülalə siyasətinə tabe edən Papa dövləti heç cür İtaliyanın birləşdirilməsi mərkəzi ola biməzdi. F. Engelsin qeyd etdiyi kimi, papa hakimiyyəti həmişə italiyanının milli birliyi yolunda əngəl olmuşdur; hərçənd , o tez-tez bu birliyin nümayəndəsi kimi çıxış etmişsə də, lakin o bunu ancaq mənfəət məqsədi ilə - özünün dünyəvi mülklərini genişləndirmək məqsədi ilə etmişdir. Engels daha sonra yazıırdı: “artıq 1500-ü ildən papa, ortabab bir knyazlıq kimi, öz mülkləri ilə İtaliyanı ortadan kəsmiş və onun birləşdirilməsini, əslində, həyata keçirilməsi mümkün olmayan bir işə çevirmişdi”.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin