İtaliya şəhər – dövlətlərində tiranlıq.
XIV əsrin son illəri və xüsusilə XV əsrin ilk onillikləri Şimali və Orta İtaliya şəhərlərinin siyasi qruluşunda çox mühüm dəyişikliklərlə əlamətdardır. Onların çoxunda respublika idarə forması istibdadla əvəz olunur ki, bu da bəzən gizli şəkildə baş veirirdi. Belə siyasi qruluş İtaliyada sinyoriya və ya tiranlıq adlanırdı. XV əsr üçün tiranlıq İtaliyanın Florensiya, Milan , Boloniya, Ferrara, Urbino və başqa şəhərlərində, vilayətlərində möhkəm bərqərar oldu; hərçənd onların bəzilərində tiranlığın rüşüymlərinə bundan xeyli əvvəl təsadüf olunurdu.
Şəhər – dövlətlərdə tiranlıq qurulmasının başlıca səbəblərindən biri “piylənmiş” popolanların xalq üsyanlarının qarşısını almağa can atmaları idi. Xalq hərəkatları qarşısında qorxuya düşən popolanlar, kommuna dövrünün respublika-demokratiya qaydalarından əl çəkməyə və bir ailənin möhkəm irsi hakimiyyətinin qurulması ilə razılaşmağa hazır idilər.
Tiranlığın qurulmasını belə bir hal asanlaşdırırdı ki, XIV əsrdə xalq üsyanlarının məğlub olması nəticəsində oxsul şəhərlilər, yəni şəhər əhalisinin əvəllər demokratik qaydaların bərqərar olması uğrunda xüsusilə fəal və inadla mübarizə aparmış olan təbəqəsi zəifləmişdi.
Şəhər – dövlətlərdə gedən kəsilmək bilməyən siyasi mübarizə, burada ayrı-ayrı nəsillərin nümayəndələrinin hakimiyyəti ələ keçirməsi üçün əlverişli zəmin yaradırdı. Həmin siyasi mübarizənin gedişində, faktiki olaraq, Şəhərin istehsal və ticarətini öz inhisarında saxlayan ən nüfuzlu və varlı ailələrin gah biri,gahda digəri irəli çıxırdı. Tiranlığı mahud manufakturalarının, XV əsrdə isə başlıca olaraq, ipək parça manufakturalarının, XV əsrədə isə başlıca olaraq, ipək parça istehsal edən manufakturaların sahibləri müdafiə edirdilər. onlar muzdulu fəhlələri maneiz surətdə istismar etməkdə və öz məhsullarını satmaq üçün xarici bazarları genişləndirməkdə xüsusilə maraqlı idilər. hər iki şərti onlar üçün ancaq istibdad tipli qüvvətli hakimiyyət təmin edə bilərdi. Sonralar tiranlığı, həmçinin “piylənmiş” popolanların bank sələmçi ünsürləri də fəal müdafiə edirdilər.
Dostları ilə paylaş: |