Muzdlu fəhlələr və yoxsul sənətkarların üsyanı
Erkən kapitalist münasibətlərinin inkişafı şəhərlərdə zəhmətkeşlər üçün elə istismar və zülm formaları gətirdi ki, sex quruluşu bu cür istismar və zülmün nə olduğunu bilmirdi. Bu da Şimali İtaliya və Orta İtaliya şəhərlərində öz xarakterinə görə yeni xalq hərəkatlarına – ilkin proletariatın üsyanlarına səbəb oldu. Bu cür ilk çıxış 1345-ci ildə yun darayan Çuto Brandinin başçılığı ilə Florensiyada baş verdi. O, muzdlu fəhlələrin toplanışlarında çompi qardaşlığını yaratmağı, qardaşlıq üzvlərindən müntəzəm olaraq vəsait toplamağa və əmək haqqının artırılması uğrunda mübarizəyə başlamağı təklif edirdi.
Hakimiyyət orqanları Brandini yaxaladıqda çompi işi dayandırdı, emalatxanaları tərk edib sinyoriya sarayına doğru yollandı, onun azad olunmasını tələb etdi. Tarixdə muzdlu fəhlələrin ilk kortəbii tətili olan bu tətil yatırıldı, Çuto Brandini isə edam edildi.
XIV əsrdə muzdlu fəhlələr və xırda sənətkarların həyəcanları başqa iri mahudçuluq mərkəzlərində, məsələn, Peruçça və Siyenada da baş vermişdi (1371).
1378-ci ildə Florensiyada, bu dövrdə ilkin proletariatın ən böyük hərəkatın – Çompi üsyanı oldu. Bu zaman Florensiya Papalıqla ağır və uzunsürən müharibə aparırdı. Müharibə ço böyük vəsait tələb edirdi ki, bu da ən əvvəl şəhər yoxsullarının həyatına təsir göstərirdi. Xalqın “kök” (“piylənmiş”) popolanlara qarşı haqlı qəzəbini yayındırmaq üçün həmin təbəqənin nümayəndələrindən biri – Salvestro Mediçi bu narazılığı Papalığa rəğbət bəsləyən şəhər feodallarına qarşı yönəltmək qərarına gəldi və xalqı onlara divan tutmağa çağırdı. Onun çağırışı dərhal əks-səda doğurdu. Lakin çompi öz qəzəbini təkcə şəhərin feodal əyanlarına qarşı deyil, həm də birinci növbədə özlərinin bilavasitə istismarçılarına – “kök” (“piylənmiş”) popolanlara qarşı çevirirdilər. 1378-ci il iyulun ortalarında şəhər darvazalarının arxasınca toplanmış yun darayanlar, yun çırpanlar, yun didənlər, yun yunanlar, boyaqçılar və başqa muzdlu fəhlələr, habelə mahud sexlərinin yoxsul sənətkarları “yadelli məmur” vəzifəsinin ləğv olunmasını və əmək haqqının 50% artırılmasını, yəni gündə 8 solddan 12 solda qaldırılmasını, tələb etdilər. Bundan başqa onlar bir daha (“piylənmiş”) popolanlara tabe olmamaq və dövlət idarəçiliyində iştirak etməyə nail olmaq haqqında öz aralarında razılığa gəldilər.
Onlar siyasi hüquqlar əldə etmək yolunu muzdulu fəhlələrin yeni sexini təşkil etməkdə görürdülər. Belə ki, Florensiyada ancaq sex üzvləri tam hüquqlu vətəndaş idilər.
Hakimiyyət orqanları hərəkatın başçılarını (Simonçino və b.) yaxaladıqda minlərlə çompi izdihamı sinyoriya sarayına doğru yolandı, onların azad olunmasını tələb etdi və sarayı yandırmaqla hədələdi. Çompinin rəhbərləri azad olundular. Ilk qələbə əldə edən üsyançılar varlıların evlərini yandıra-yandıra şəhərin küçələri ilə irəliləməyə başladılar; onlar istismarçıların əsas yuvasını – “Lana”sexinin imarətini yandırdılar. Hökumət başçısının – “ədalət qonfalonyeri “nin, yəni “ədalət bayraqdarı”nın bayrağını ələ keçirən çompilər belə hesab etdi ki, onlar respublikada ali hakimiyyəti ələ almışdır. Çompinin və kiçik sexlərin rəhbərlərinin yığıncağında yeni hökumət yaradılmasını tələb etmək qərara alındı; bu yeni hökumətdə üç yer çompinin nümayəndələrinə mənsub olmalı idi. Onlardan biri hökumət başçısı
– “ədalət bayraqdarı” vəzifəsini tutmalı idi. Elə buradaca çompi sexinin nümayəndələri müəyyən olundu ki, onların razılığı olmadan respublikada heç bir qərar qüvvəyə minə bilməzdi.
Silahlanmış çompilər podestanın sarayını hücumla aldılar.Ertəsi gün, onlar, senyoriya sarayını mühasirə edib öz tələblərini priorlara qəbul etdirməyə müvvəq oldular. Priorlar bir-birinin ardınca sarayı tərk etməyə başladılar.
Yeni sinyoriya təşkil olundu. Mikels di Lando bu sinyoriyanın başçısı elan olundu. O, priorlar qaçarkən xalqa öz xidmətini təklif etdi və ondan “ədalət bayraqdarı”nın bayrağını aldı. Çompi onu öz adamı hesab edirdi. Lakin üsyan zamanı o, artıq, çoxdan yun darayan deyildi və varlı mahudçunun emalatxanalarında nəzarətçi idi. Lando yalançı adam idi; o, “piylənmiş” popolanlarla əlaqədar idi və gedişində xəyanətkar rol oynadı. Londondan başqa yeni hökumətə daha iki çompi xırda sənətkarlardan üç prior və üç “piylənmiş” popolan daxil oldu. Üç yeni sex, o cümlədən çompi sexi yaradıldı. Çompi sexinə 9 min nəfərə yaxın adam daxil idi. Ikinci sex boyaqçıları, toxucuları və başqalarını birləşdirirdi; üçüncüyə isə dərzilər və və çobarçılar daxil idilər.
Lakin qalib gəlmiş üsyançılar yaşayış vasitələrindən məhrum oldular. Belə ki mahud emalatxanaları üsyanın ilk günlərindəcə başlanılmış, onların sahibləri isə qaçmışdılar. Bundan
əlavə, içərilərində xeyli “piylənmiş” adamalr olan torpaq mülkiyyətçiləri şəhərə taxıl gətirilməsini dayandırdılar. 1378-ci ildə avqustun sonlarında, tərkibində “piylənmiş” popolanların da daxil olduğu senyoriyanın siyasətindən narazı qalan çompi, bu hökumətə qarşı özünün “Allah adamalarının səkkiz müqəddəsi” adını almış hökumətini yaratmağa cəhd göstərdi. Hökumətin öz inzibati orqanları və büdcəsi olmalı idi. Çompi tələb edirdi ki, “Səkkiz müqəddəs” priorlar sarayında.
Çompi tələb edirdi ki, "Səkkiz müqəddəs" priorlar sarayında yerləşsinlər və "dövlətə aid olan heç bir iş onların qərarı olmadan görülməsin"; onlar priorlardan yuxarıda durmalı idilər. Çompinin nümayəndələri başqa Domeniko Tuçço və Matteo Salvi olmaqla həmin təbəqələrlə saraya gəldikdə, "piylənmiş" popolanlara satılmış Mikele di Lando "Xainlər!" deyə qışqırıb xəncərlə onların üzərinə atıldı və onları yaraladı; onların ikisinin həbs olunmasını əmr etdi.
Mikele di Landonun köməyi ilə ", piylənmiş" popolanlar üsyançıları darmadağın etməyə hazırlaşırdılar: onlar şəhərə doğru qoşun çəkirdilər; çompinin mütəffiqlərini - sex sənətkarlarını ondan ayıra bilmişdilər. Sex sənətkarları öz tələblərinin həyata keçirilməsinə nail olmuşdular: onlar, artıq, hökumətdə iştirak edirdilər və özləri üçün yeni sex də açdırmışdılar. Bundan sonra onlar, yəni sənətkarlar üsyanının geniş vüsət alacağından və ilkin proletariatın inqilabi mübarizə üsullarından qorxurdular. Mikelo di Lando qabaqcadan hazırlanmış plan əsasında bütün sexlərin yığma qoşunlarını Senyoriya meydanına topladı. Varlı meyxana sahibləri və qəssablar sexinin yaxşı silahlanmış ustaları Çompinin üstünə tökülüşdülər. Meydandan çıxış yolları bağlandı. Çompi inadla vuruşurdu. Ən nəhayət "kök"lər qələbə çaldılar. Elə həmin gün çompinin nümayəndələri prioratın tərkibindən çıxarıldılar; onların yeni sexi bağlandığı və Çompiyə hər-hansı təşkilat yaratmaq qadağan olundu. Çompi amansız təqiblərə məruz qaldı. Lakin, piylənmiş "popolanlar 1382-ci ilədək hakimiyyəti tamamilə öz əllərinə almağa cəsarət etmədilər. Onlar hakimiyyəti kiçik sexlərin sənətkarları ilə şərikli idarə edirdilər.
Italiya şəhərlərində muzdlu fəhlələrin başqa üsyanları kimi Çompi üsyanı da ilkin proletariatın yetkinləşməsi və kifayət qədər mütəşəkkil olmaması, onun sinfi baxımdan müstəqil olmaması nəticəsində məğlubiyyətə uğradı. Üsyanda iştirak edən xırda ustalar - mülkiyyətçilər həlledici məqamda xəyanət etdilər. Çompinin məğlub olmasında Mikele di Landonun satqınlığı da az rol oynamadı. Çompi üsyanı, eyni zamanda, siyasi hakimiyyəti ələ keçirməyə çalışan ilkin proletariatın XIV əsr üçün nisbətən yüksək olan mübarizə əzmini də göstərdi.
Dostları ilə paylaş: |