Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə177/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   173   174   175   176   177   178   179   180   ...   263
Orta srlr tarixi S D Skazkin

Rekonkista

Pireney yarımadasının şimalında ərəblərdən asılı olmayan ərazilər – Asturiya, Qalisiya və Baskoniya qalmışdı. Ərəblərin işğal etdikləri torpaqların onların əlindən geri alınması (ispanca-rekonkista) bu xristian dövlətlərinin ərazisindən başlandı. Rekonkistanın başlanğıcı 718-ci ildə Kovadonq yaxınlığında baş vermiş vuruşma hesab olunur. Həmin vuruşmada Pelayonun başçılıq etdiyi vestqot qoşunları ərəb dəstəsini darmadağın etdi. Asturiya, rekonkistanın gedişində öz sərhədlərini genişləndirərək, X əsrin əvvəlində Leon krallığına çevrildi. X əsr də ondan yeni dövlət- Kastiliya ayrıldı ki, bu dövlət də 1037-ci ildə krallığa çevrildi. Bir qədər sonra bu iki krallıq birləşdi. VIII əsrin sonu –IX əsrin əvvəlində frankların nəticəsində Priney yarımadasının şimal-şərqində paytaxtı Barselona olan İspaniya markası yaradıldı; İspaniya markasından IX əsrdə Navarr, bir qədər sonra isə Katoloniya və Araqan dövlətləri ayrıldılar. 1137 ci ildə kataloniya və Araqon vahid dövlətdə birləşdilər- Araqon krallığı meydana gəldi. XI əsrin sonunda Priney yarımadasının qərbində Portuqaliya qaraflığı meydana gəldi. Bu qraflıq da XII əsərdə krallıq oldu.


XII əsrin sonuna doğru xristian dövlətləri yarımadanın böyük bir hissəsini ərəblərin əlindən almışdılar. Onların iqtisadi cəhətdən daha inkişaf etmiş Ərəb xilafəti üzərində qələbəsi, qismən, Ərəb dövlətinin dağılması ilə izah olunur. Bu dövlət XI əsrin əvvəlində öz aralarında ədavət aparan bir sıra (20-dən çox) əmirliklərə çevrilmişdi. Lakin bu əsas səbəb deyildi. Çünkü İspaniya dövlətlətlərində də birlik yox idi. Bu dövlətlərdə, kral hakimiyyətinin mövcud olmasına baxmayaraq, iri feodallar bir-biri ilə şiddətli mübarizə aparır və bu mübarizə, hətta, müsəlman dövlətlərindən kömək də alırdılar. Hər necə olsa da, ispan Şimalı ərəb-mavr Cənubuna nisbətən həm siyasi baxımdan daha mütəşəkkil, həm də hərbi cəhətdən daha qüvvətli çıxdı.


Qalib gəlmiş ərəblər üçün İspaniyanın yerli xristian əhalisi istismar hədəfi idi. Məğlub edilmiş əhali, ərəb dilini və bəzi ərəb adətlərini mənimsəmiş, lakin, xristian dinini saxlamış əhali (mosarablar) və hətta islamı qəbul etmiş əhali (reneqados) də daxil olmaqla, itaət altında olan və istismar edilən əhali vəziyyətində qalmışdı; bunlar şəhərlərdə aşağı təbəqələr, kənddə isə təhkimli kəndlilərdən ibarət idilər.


Ərəblərin ilkin dövrlərdə, nisbətən. Din azadlığını qəbul etmələri, tədriclə, qatı fanatizmlə əvəz olundu. Şəhər və kəndlərin zülm edilən əhalisi dəfələrlə üsyana qalxmış və köçüb şimala getmişdi. Bu da ərəb dövlətini çox zəiflədirdi.

Xristian dövlətləri arasında kəsilmək bilməyən mübarizəyə (xüsusilə ( Kastilya ilə Araqon arasında ) feodalların daim bir-birilə ədavət aparmalarına baxmayaraq, həlledici məqamlarda ispanlar ümumi düşmənə qarşı mütəşəkkil surətdə çıxış edirdilər. Rekonkista lap əvvəldən kütləvi hərbi məskunlaşma hərəkatı xarakteri aldı. Bu hərəkata əhalinin bütün təbəqələri fəal iştirak edirdilər.


Xristian dövlətləri qoşunlarının əsas hossəsini təşkil edən və buna görədə əlində silah olan kəndlilər ərəblərin əlindən yenicə alınmış ərazilərdə təkcə torpaq deyil,həm də şəxsi azadlıq alırdılar ki,bu da “fueros” (fərmanlarla təsbit olunmuş qayda) vəköçürmə xartiyaları ilə qanunlaşdırılırdı. Buna görə də kəndlilərin rekonkistada marağı vardı və bu hərakatda feodallarla birgə çıxış edirdilər. onları feodallarla,eyni xalqdan və eyni dildən olmaları birləşdirirdi.İspanlardan başqa,ayrı-ayrı dövürlərdə,rekonistada fransız və italyan cəngavərləri də iştirak edirdi. Papalıq rekonkista yürüşlərini dəfələrlə “xaç yürüşü” elan etmiş, qudurğan Avropa cəngavərlərini “aypara”ya qarşı “müqəddəs” müharibədə qoçaqlıq göstərməyə çağırmışdı.


Rekonkista Pireney yarmadası ölkələrinin ictimai və siyasi quruluşu xüsusiyyətlərini müəyyən etdi. K.Marksın dediyi kimi, “ İspaniyanın yerli həyatı ,onun əyalətləri və kommunalarının müstəqilliyi ,cəmiyyətin inkişafında yeknəsəqlik olması” ilk əvvəl “ölkənin coğrafi siması”nda irəli gəlirdi,sonra isə,


“müxtəlif vilayətlər mavrların ağalığından müstəqil surətdə azad olduqları üçün,həm də bu zaman xırda azda dövlət yaratdıqlarından” tarixən inkişaf etdilər.

Rekonkista XII-XIII əsrlərdə xüsusilə fəallaşdı. Ispanlar 1085-ci ildə mühüm qələbə qazandılar. Bu zaman onlar Ərəb İspaniyasının ən böyük şəhərlərindən birini – Toledonu ələ keçirdilər.Müharibədəvə ara mübarizəsində əldən düşmüş müsəlman hakimləri kömək üçün əlmoravilərə- Şimali Afrika bərbərlərinə müraciət etdilər. Əlmoravilər Kastiliya qoşunlarını məğlub etdilər və müvəqqəti olaraq rekonkistanı dayandırdılar. XII əsrin ortalarında əlmoraviləri yeni istilaçılar





  • əlmohadlar –(Mərakeşin Atlas dağlarında yaşayan tayfalar) əvəz etdilər. Ərəb əmirləri bu tayfaları əlmoravilərin ağalığını devirmək üçün çağırmışdılar. Lakin əlmohadlar yarımadanın müsəlman

əmirlərini birləşdirə bilmədilər.


1212-ci ildə Kastiliya ,Araqon,Portuqaliya və Navarranın ümumi qüvvələri Las-Navas-de-Tolosa yaxınlığında mavrları dəhşətli məğlubiyyətə uğratdılar. Bu məğlubiyyədən sonra mavrlar,artıq, özlərinə gələ bilmədilər. Kastiliyalılar 1236-cı ildə Kordovanı ,1248-ci ildə Seviliyanı aldılar;Araqon krallığı 1229-1235-ci illərdə Belear adalarını, 1238-ci ildə isə Valensiyanı ələ keçirdilər .1262-ci kastiliyalılar Kadisi ərəblərin əlindən geri alıb Atlantika okeanları sahillərinə gəlib çıxdılar.XIII əsrin sonuna doğru mavrların əlində yalnız mərkəzi Qranada olan Qranada əmirliyi qaldı. Qranada İspaniyanın cənubunda yüksək əkinçilik və şəhər mədəniyyətinə malik olan varlı vilayət idi. Bu ərazini mavrlar 1492-ci ilədək əldən verrmədilər.


Rekonkista ilə bir zamanda qaliblər ərəblərin əlindən geri alınmış torpaqlarda möhkəmlənir,müharibənin xarabazara çevirdiyi vilayətlərdə məskən saldılar. Kəndlilərlə yanaşı Rekonkistada Cənubi İspaniyanın inkişaf etmiş şəhər mərkəzlərinə can atan şəhər əhalisi- sənətkarlar və xırda cəngavərlər böyük rol oynayırdılar. Rekonkistadan qazancı isə başlıca olaraq,iri feodallar götürürdülər. Onlar işğal olunmuş torpaqlarda çox böyük mülklər yaradırlar. Rekonkisat dövründə meydana gəlmiş rühani-cəngavər cəmiyyətlərinin- Sant Yyaqo,Alkantara və Kalatrava ordenlərinin əldə etdikləri torpaq mülkləri,xüsusilə geniş idi. Müsəlmanlara qarşı uzunsürən müharibələrlə əlaqədar olaraq İspaniyada Avropanın başqaölkələrinə nisbətən daha böyük rol oynamış olan katolik kilsəsi də çoxlu torpaqlar əldə etdi. Təşəkkül etməkdə olan ispan xalqının azadlıq uğrunda qəhramanlıq mübarizə


abidəsi Kastiliya zadəganları,mavrlara qarşı müzəffər müharibənin təşkilatçı Sid haqqında poemadır.Pireney yarmadasında meydana gəlmiş hər bir dövlətin öz xüsusiyyətləri vardı.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin