Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə178/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   174   175   176   177   178   179   180   181   ...   263
Orta srlr tarixi S D Skazkin

Kastiliya.

İspaniyanın mərkəzi hissəsi- Kastiliya krallığı bütün yarmadanı beşdə üç hissəsini əhatə edirdi və rekonkistada başlıca rol oynamışdı.


İşğal prosesində Kastiliyada kilsə,rühani-cəngavər cəmiyyətləri və dünyəvi feodalların qüdrətli və müstəqil iri torpaq mülkləri yaranmışdı. Lakin bununla yanaşı xırda zadəgan torpaq sahibliyidə xeyli inkişaf etmişdi. Rekonkistada fəal iştirak etmiş cəngavərlər-idalqolar Kastiliyada xüsusilə çox idilər. Onar azğın döyüşkənlikləri və dinc əməyə həqarətlə baxmaları ilə fərqlənirdilər. Onların əksəriyyəti yoxsul yaşayırdılar.


Kastiliya ispancadan tərcümə edilmiş ,şəhərlər və ya qəsrlər ölkəsi deməkdir. Burada,həqiqətən,külli miqdarda özünə məxsus xarakterə malik olan şəhərlər vardı.Onlar,hər şeydən əvvəl ,müdafiə məqsədi ilə tikilmiş qalalar idilər və rekonkista zaman getdikcə irəliləmək üçün dayaq məntəqələri rolu oynayırdılar. Bu şəhərlərin əhalisi hərbi xidmət göstərməli idilər;onlardan piyada və süvari dəstələri düzəldirdilər;özü də,rəhbər rol süvari rıtsarlara məxsus idi. Onların rekonkistadakı rolu şəhərlərə xeyli müstəqillik verirdi. Hər bir şəhərin yazılı surətdə təsbit olunmuş fueros adlanan hüquqları,qaydaları və imtiyazları vardı. Bunları aradan qaldırmaq üçün göstərilən hər cür cəhdi şəhərlər fəal surətdə dəf edirdilər. Şəhərlər öz aralarında ittifaqlar- ermandadlar (yəni qardaşlıq) bağlayırdılar.Bu


ittifaqları yartmaqda məqsəd mavrlara qarşı birgə hərakat etmək ,habelə feodallara qarşı, bəzən də krala qarşı öz mənafelərini qorumaqdan ibarət idi. Şəhərlər öz hüquqları uğrunda çox vaxt kəndli icmaları ilə ittifaqda çıxış edirdilər. Kastiliya şəhərləri ilk əvvəl (XII əsrə qədər) öz xarakterlərinə görə kəndlilərdən az fərqlənirdilər. Onlar inkişaf etmiş sənətkarlıq və ticarət mərkəzlərinə , ancaq,tədriclə çevrildilər. Bu şəhərlərdə sex təşkilatları meydana gəlirdi. Ərəblərin əlindən geri alınmış şəhərlərdə sənətkarlıq və ticarət XV əsrin lap sonuna qədər ərəb və yahudi əhalisinin əlindı idi;işğal olunmuş ərazidə xeyli ərəb və yəhudi qalmışdı ki,onlar XIV əsrin ortalarına qədər güclü təqibə məruz qalmadılar.

Rekonkistanın başlanğıc dövründə Kastiliyanın əski şimal vilayətlərində kəndlilər təhkimləşdirildilər. Onların vəziyyəti çox ağır idi. Mavrların əlindən geri alınmış əyalətlərdəki kəndlilərin vəziyyəti isə başqa cür idi. Xarabazarlğa çevrilmiş geniş ərazilərə bu yerləri abadlaşdırmaq və qorumaq üçün yeni məskunlar cəlb olunur,onlara hər cür güzəştlər və sərbəstliklər,hər şeydən əvvəl, şəxsi azadlığ verirdilər. Məskunlar, artıq XII-XIII əsrlərdə, çoxlu miqdarda azad kəndlitəbəqəsindən ibarət idi.


Bu kəndlilər icmalarla yaşayırdılar Sərbəst icmalar- “behetriyalar” geniş yayılmışdı.Həmin icmaların üzvlərinin senyorları azad surətdə seşmək və dəyişdirmək hüququ vardı. Mühüm azad kəndli təbəqəsinin olması əski xristian ərazilərindəki təhkimli kəndlilərin də vəziyyətinə təsir göstərməyə bilməzdi. Rekonkista kəndlilərin qaçması üçün geniş imkan açmışdı. Bu Kastiliya feodallarını krallığın köhnə vilayətlərindəki kəndlilərin istismarını tədriclə xəiflətməyə məcbr edirdi. Kastilyanın kənd təsərrufatının özünəməxsus xarakteri də buna kömək edirdi. Bu vilayəin geniş daşlı yayları qoyunçuluq üçün çox münasib idi. Qoyunçuluq isə çoxlu miqdarda işçi qüvvəsi və biyar tələb etmirdi. Ispanuiya yunu İtaliyada ,xüsusilə Florensiyada ,yaxşı satılırdı. Buna görə də Kastiliyada əmtəə-pul münasibətlərinin tərəqisi,əsas etibarıilə ,qoyunçuluğun inkişafı ilə bağlı idi. Iri mülkiyyətçilər, xüsusilə ruhani – rıtsar cəmiyyətləri,çox böyük qoyun sürüləri saxlayırdılar. Bu sürülər bir otlaqdan digərinə sürülüb aparılır,bəzən bütün Kastiliyanı bu başdan o başa keçib gedirdi. Artıq XIII əsrin sonlarında otlaq məsələsini nizama salmaq üçün Kastiliya qoyunçularının ittifaqı – “Mesta” meydana gəldi. Bu iri qoyunçuluq təşkilatı krallardan bir sıra mühüm imtiyazlar almışdı . “ Mesta” nın öz xəzinəsi,inzibati heyəti və məhkəməsi vardı.




Araqon.

Araqon krallığı XII-XIII əsrlərdə yaranmışdı. Bu krallıq Araqon krallığıın Qərb hissəsini təşkil edən Araqonun özü və sahilboyu vilayətlər olan Kataloniya və Valensiyanın Araqona XIII əsrdə birləşdirilmişdi. Araqonun özü İspaniyanın iqtisadi baxımdan geri qalmış vilayətlərindən biri idi. Kataloniya isə şəhərlər, sənətkarlıq və ticarətin xeyli inkişaf etməsi ilə fərqlənirdi. Lakin siyasi üstünlük həmişə qüdrətli Araqon krallarının əlində qalmışdı. Həm Araqon ,həm də Kataloniyada kəndlilər feodallardan büsbütün asılı vəziyyətdə idilər; senyorların özbaşnalığından qorunmaq üçün hər cür müdafiədən məhrum edilmişdilər. Kəndlilərə ncaq adi təhkimçilik mükəlləfiyyətləri deyil,həm də “iyrənc qaydalar” zülm edirdi. Bu qaydalara görə ölmüş sonsuz kəndlinin bütün əmlakına feodal yiyələnirdi. Ölən kəndlinin uşaqları qaldıqda da mirasın çoxunu feodal ələ keçirirdi. Ər-arvad sədaqətinə xəyanət edildikdə ,senyor mülklərində yanğın baş verdikdə və s. hallarda kəndlidən xüsusi cərimələr alınırdı. Birinci gecə hüququ , zorla dayəliyə gətirmə və bir sıra alçaldıcı mükəlləfiyyətlər də “iyrənc qaydalar”a daxil idi. Kataloniyada əmtəə-pul münasibətlərinin xeyli inkişaf etməsi kəndlilərin onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdırırdı. Ağaların təlabatının artması və kənd təsərrüfatı məhsullarının satılması üçün şəhərlərdə geniş imkanlar yaranması nəticəsində burada feodalların asılı kəndlilərə təzyiqinin güclənməsinə səbəb olmuşdu.


Araqon krallığının iri feodalları (“rikos ombres” yəni varlı adamlar) xeyli dərəcədə siyasi müstəqiliyə malik olmaları ilə fərqlənirdilər. Hər cür vergilərdən azad olan bu feodallar öz aralarında ittifaqlar bağlayır ,özləri kral seçir və taxtan salırdılar ;onlar krala müharibə elan edə bilərdilər.


Zadəganların aşağı təbəqələri onlardan asılı idilər.Araqonun özündə iqtisadi baxımdan zəif olan şəhərlər siyasi nüfuza malik deyildilər. Aralıq dənizi ticarəti ilə bağlı olan, İtaliya və Cənubi Fransa ilə qızğın əlaqə saxlayan Kataloniya və Valensiyada şəhərlər böyük siyasi nüfuza malik idilər. Kataloniya şəhərləri, birinci növbədə Barselona ,təkcə ticarət mərkəzləri deyildilər;bu şəhərlərdə metal çıxarılması və emalı ,d\ri istehsalı, gəmiquraşdırma və b. kimi sənətlər inkişaf etmişdi və çiçəklənməkdə idi.

Balear adaları (XIII əsr) ,Siciliya ( 1302) ,Sardiniya ( 1324) və Neapol krallığının (1442) birləşdirilməsi nəticəsində Araqon krallığı güclü dəniz dövlətinə çevrilmişdi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin