Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


İSPANİYA VƏ PORTUQALİYA XI – XV ƏSRLƏRDƏ Ərəblər İspaniyada



Yüklə 3,06 Mb.
səhifə176/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   172   173   174   175   176   177   178   179   ...   263
Orta srlr tarixi S D Skazkin

İSPANİYA VƏ PORTUQALİYA XI – XV ƏSRLƏRDƏ Ərəblər İspaniyada.

VIII əsrin əvvəlində ərəblərin İspaniyanı işğal etməsi nəticəsində Pireney yarımadasında qüdrətli Kordova əmirliyi (X əsrdən Kordova xilafəti) yarandı. Sonralar ümumi ad – mavrlar adı almış ərəblər və Şimali Afrika tayfaları olan barbarlar yarımadanın şimalındakı dağlıq rayonlar istisna edilməklə, demək olar, bütün İspaniyanı ələ keçirmişdilər. Ən zəngin təbii sərvətləri olan və hələ Roma dövründən etibarən iqtisadi cəhətdən inkişaf etmiş vilayətlər müsəlmanların əlinə keçdi.


Ərəblər qot İspaniyasını burada güclü feodallaşma prosesi getdiyi bir mərhələdə işğal etmişdilər. İspaniya qüvvətli romalaşmaya məruz qaldığı üçün həmin proses burada sürətlə gedirdi, qullar və kolonlar bilavasitə istehsalçıların əsas kütləsini təşkil edirdilər. Barbarların nəsli əyanları VII əsr üçün ya quldarlar sinfini təşkil etmiş, ya da onlarla qaynayıb-qarışmışdılar. Azad vestqot icmaları, sürətlə, Cənubi Qalliya və İspaniyanın işğalından sonra tezliklə iri torpaq sahiblərinə çevrilmiş əyanlardan asılı vəziyyətə düşdülər. Asılı feodal kəndliləri, başlıca olaraq, serblər və libertinlərdən (İspaniya – Roma və qədim alman mənşəli), habelə kolonlardan formalaşmışdı. Ərəblər vestqot və İspaniya – Roma əyanlarına, kilsə və kral xəzinəsinə məxsus torpaqları ələ keçirdilər. bir çox vestqot feodalları şimala – Asturiya və Pireneyin dağlıq rayonlarına qaçdılar. Kəndlilər isə, çox hallarda, əvvəlki yerlərində qaldılar. Onların vəziyyəti əvvəllər, hətta bir qədər yüngülləşdi. Lakin kəndlilər şəxsən və torpağa görə asılı vəziyyətə qaldılar. Onlar feodal rentası verirdilər. Bundan başqa onlar istilaçılara da vergilər ödəyirdilər. Feodal mükəlləfiyyətləri və dövlət vergilərinin zülmü zaman keçdikcə getdikcə daha dözülməz olurdu. Sonralar, müsəlmanların əsarət altına salınmış xristian əhaliyə münasibətdə yol verdikləri dini fanatizm partlayışları bu zülmü daha da ağırlaşdırırdı.


Şərqin daha yüksək inkişaf etmiş ölkələri ilə əlaqə saxlayan İspaniya ərəbləri ölkənin kənd təsərrüfatını zənginləşdirdilər. Onlar İspaniyada bir sıra yeni bitkilər – çəltik, şəkər qamışı, xurma, nar, tut ağacı becərməyə başladılar.


Ərəblərin zamanında suvarma kanalları sistemi genişləndi ki, bu əkinçiliyin yüksəlişinə çox kömək etdi; üzümçülük və şərabçılıq yüksək tərəqqi etdi. Maldarlıq (başlıca olaraq köçəri qoyunçuluq) da inkişaf etdi. İqtisadiyyatda mədən-filiz peşəsi və müxtəlif sənətlər (ipək istehsalı, mahud toxunması, silah, şüşə, saxsı, dəri məmulatı, zinət şeyləri, habelə əski kağız istehsalı) çox mühüm rol oynayırdı.


Ərəb İspaniyasında şəhərlər böyük yüksəliş dövrü keçirirdilər. Artıq X əsrdə onların sayı 400-ə çatırdı. Ərəb dövlətinin paytaxtı Kordova X əsrdə Avropanın ən böyük sənətkarlıq, ticarət və mədəni mərkəzlərindən birinə çevrilmişdi. Ərəb İspaniyasının qüvvətli donanması vardı ki, bu da şəhərlərin Afrika, İtaliya, Bizans və Levantla qızğın ticarət etməsinə imkan yaradırdı; quru yolla Cənubi Fransa və Lombardiya ilə ticarət əlaqəsi saxlayırdı. İspaniya malları Hindistana və Orta Asiyaya qədər gedib çıxırdı. Əsas ixracat malları kənd təsərrüfatı və mədən məhsulları, sənətkarlıq məmulatı idi. Qul ticarətinin böyük əhəmiyyəti vardı. Daxili ticarət də inkişaf etmişdi.


Ərəb İspaniyasının iqtisadi müvəffəqiyyətləri ilə yanaşı mədəni yüksəliş də baş verməkdə idi. Kordovada çox böyük kitabxana və universitet var idi. Ölkənin bir çox başqa şəhərləri də öz kitabxanaları ilə şöhrətlənirdilər. Ərəb İspaniyasının ali məktəbləri Avropada ilk ali məktəblərdən idilər. Təbabət, riyaziyyat, coğrafiya elmləri xeyli inkişaf etmişdi.

Ərəb İspaniyası o dövrün ən görkəmli mütərəqqi fliosoflarının – İbn Rüşd (Averroes) və Maymonidin vətəni idi. İspaniyada incəsənət və ədəbiyyatın, xüsusilə poeziyanın çiçəklənməsi elə bir zamanda baş vermişdi ki, həmin dövrdə Qərbi Avropanın qalan yerlərində mədəniyyətin səviyyəsi hələ çox aşağı idi; bəzi avropalılar Kordova, Sevilya, Malaqa, Qranada universitetlərinə oxumağa gəlirdilər.


İspaniyanın ərəb mədəniyyəti ancaq Avropaya təsir etməklə qalmayıb o dünya mədəniyyəti tarixində mühüm yer tutur. Avropa ölkələri Kordova xilafəti vasitəsilə ərəb alimlərinin riyaziyyat, astronomiya, coğrafiya, fizika, əlkimya, təbabət, anatomiya, zoologiya, fəlsəfəyə dair əsərləri ilə (tərcümələri ilə) tanış oldular. Qərb bir çox yunan mütəfəkkirləri və alimlərinin əsərlərini (başlıca olaraq ərəbcədən latıncaya tərcümələr vasitəsi ilə) tanıdı; İspaniyada tikinti işləri yüksək səviyyəyə çatmışdı. Ərəb-ispan memarlığının çox gözəl abidələri – VIII – X əsrlərdə tikilmiş, XIII əsrdə isə xristian məbədinə çevrilmiş məşhur Kordova məscidi, Qranada hakimləri sarayı Alqambra (XIII – XV əsrlər), Sevilyada Alkasar saray-qalası (XII əsr) və b. zəmanəmizədək qalmışdır.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin