Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə175/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   171   172   173   174   175   176   177   178   ...   263
Orta srlr tarixi S D Skazkin

Savonarola

Demoqoqcasina xalqın qılığına girmələrinə baxmayaraq Medicilərin siyasəti kütləvi narazılığına səbəb oldu. Həmin narazılığın ifadəçisi Florensiyadakı müqəddəs Mark dominikian monastrının başçısı alovlu natiq Cirolamo Savonarola oldu. Onun proqramı İtaliyanın siyasi və dini cəhətdən yeniləşdiriliməsinə yönəlmişdi: o, kilsənin dünyəvi hakimiyyətinə qarşı çıxır, papalığı tənqid edir, qismən Avropa reformasiyasının gələcək tələblərini qabaqlayaraq varlığı və sələmçiliyi pisləyirdi.


Savonarola özü xalq üsyanının əleyhdarları olsa da onun təbliğləri xalq kütlələrinin çıxışına səbəb oldu. 1494-cü ildə, fransız qoşunlarının İtaliyaya müdaxiləsi zamanı, onlar Florensiyaya yaxınlaşarkən Lorensonun oğlu pyero üsyan nəticəsində şəhərdən qovuldu və burada başqa Savonarola olmaqla respublika quruldu. Florensiyanın xırda mülkiyyətçi, ticarət


– sənətkar təbəqələrinin mənafeyini ifadə edən Savonarola bir sıra islahatlar keçirdi. Bu islahatlar iki tərəfli xarakter daşıyırdı.


Məcburi borcların ləğvi, sələmçiliyin yasaq olunması, lombard təşkil edilməsi, tərpənməz əmlaka görə patrisi tirpaq sahibliyinə zərbə vuran mütərəqqi vergi (desima) alınması xalqın mənafeyinə uyğun olaraq həyata keçirilən tədbirlər kimi görünürdü; bununla belə, respublikaya başçılıq etmək böyüməzdi; dogər tərəfdən, xalqın da vəziyyətini yaxşılaşdırmadı. Şuranın ixtiyarına verildi ki, onun üzvləri də ən varlı vətəndaşlardan ibarət idilər. Bu saziş varlıları qane edə bilincə sənəti və şən tamaşaları qiymətləndirməyi adət etmiş florensiyalıları narazı salmağa başladı: o, “faniliyə” qarşı mübarizə şüarı ilə rəsm lövhələrini, musiqi alətlərini, kitabları yandırmağa çağırırdı, hər cür əyləncəni qadağan etmişdi. Savonarola sadə xalq kütlələri içərisində nüfuzdan düşməyə başladı. Papa kuriyası və Florensiyada onu müdafiə edən partiya bundan istifadə etdi. 1498-ci ildə Savonarola ələ keçirilib ittiham olundu, və bidətçi kimi yandırıldı.




İtaliya XV əsrin sonlarında

XV əsrdə tirançılıq idarə üsulu Şimali İtaliyanın digər ən böyük mərkəzində - Milanda daha da möhkəmlənir. Burada tiranlıq XIII əsrin sonlarında bərqərar olmuşdu. XV əsrin əvvəlində Milanda Viskonti nəslindən olan tiranlar hakimiyyət sürüdülər. sonra isə, 1450-ci ildən şəhərdə hakimiyyəti Sforsa nəslindən olan tiranlar ələ keçirdilər.


Florensiyada, Milanda, habelə Şimali və Orta İtaliyanın başqa şəhər – dövlətlərində tiranlıq idarə üsulunun meydana gəlməsi, bu şəhər – dövlətlərin daxili mərkəzləşməsinə müəyyən kömək göstərmiş olsa da, burada hökmranlıq edən siyasi dağınılığı aradan qaldırmadı. Əgər bu şəhər – dövlətlər özlərinin ən yüksək tərəqqi çağlarında, XIII – XIV əsrlərdə İtaliyanın siyasi birliyini təmin edə bilmədilərsə, iqtisadi tənəzzül başlandığı dövrdə buna nail olmağa əsla qadir deyildilər.


Hələ də varlı olan, öz aralarında düşmənçilik edən ayrı-ayrı siyasi qurumlara parçalanmış. Artıq başlanmış iqtisadi durğunluq dövrünə qədəm qoymuş İtaliya XV əsrin


sonlarına doğru, bu zaman üçün nisbətən qüvvətli mərkəzləşmə dövlətlərin yarandığı, qonşu Fransa və İspaniyaya nisbətən qat-qat aciz vəziyyətə düşdü.

Bu, 1494-cü ildə, əlli min nəfərlik fransız qoşunları kral VIII Karlın başçılığı altında İtaliyaya müdaxilə etdikdə və Neapol krallığının sərhədlərinə qədər gəlib çatdıqda tam aydınlığı ilə özünü göstərdi.VIII Karlın yürüşü XVI əsrdə İtaliyanı var-yoxdan çıxaran, ölkənin iqtisadi tənəzzülünü daha da dərinləşdirən və onun siyasi pərakəndliyini qəti olaraq möhkəmləndirmiş olan uzunsürən “İtaliya müharibələr”nin ancaq başlanğıcı idi. XV əsrin sonlarında Amerikaya və Hindistana dəniz yolunun kəşfi İtaliya iqtisadiyyatına digər sarsıdıcı zərbəni vurdu, onun ticarətdə üstünlüyünü aradan qaldırdı və aqrarlaşmasını güclənirdi.


XIV – XV əsrlərdə İtaliyanın iqtisadi və mədəni cəhətdən xeyli yüksəlişini cücərtiləri, uzunsürən yadelli basqınları və iqtisadi sarsıntıların dərinləşdirdiyi, təsərrüfat dağınıqlığı və siyasi pərakəndəlik şəratində müdaxiləsiz surətdə inkişaf edə bilmirdi. XV əsrin sonu üçün İtaliya tənəzzül həddində durmuşdu. Ölkənin tənəzzül növbəti – XVI yüzilliyin sonunda başa çatdı.


13-cü fəsil



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin