Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə174/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   170   171   172   173   174   175   176   177   ...   263
Orta srlr tarixi S D Skazkin

Florensiyada Medici tiranlığı.

Florensiyada tiranlığın tarixi daha xarakterikdir. Florensiyanın bir-biri ilə rəqabət aparan bir neçə ən varlı ailəsi arasında uzun sürən mübarizədən sonra, 1434-cü ildə, bu şəhər-dövlətin faktiki hakimi (1468-ci ilədək hakimiyyətdəolmuşdur). Bank sahibi kozimo Medici oldu. Onun zamanında respublika idarə formaları zahiri cəhətcə hələ qalmışdı. Lakin siyasi vergi aparatının bütün telləri onun əlində cəmlənmişdi. Dövlət idarələrində ən mühüm vəzifələri ona sadiq adamlar tutmuşdular. Banl və manufaktura sahiblərinin adamları olan Kozimo Mediçi və onun varisləri Pjero və Lorenso, demaqoqcasına, özlərini yoxsulların himayəçiləri kimi qələmə verirdilər: onlar öz rəqiblərini vergilərlə müflisləşdirib, bu hesaba, bəzən, geniş əhali təbəqələrinin vergi yükünü yüngülləşdirirdilər. medişilər şəhərdə böyük tikinti işləri aparmaqla da müəyyən qədər məşhurlaşdılar. Sadə xalq kütlələri həmin tikintilərdə işləyib əmək haqqı alırdılar.


Mediçi tiranlığı Böyük Lorenso (1649-1492) zamanında özünün ən qüdrətli çağına çatdı. Muasirləri onu incə ağlı, bədii istedadı və idarəçiliyinin zahiri dəbdəbəsinə görə belə adlandırırdılar. Florensiyanın ən varlı bank sahibləri nəslinin başçısı olan Lorensonun İtaliyanın və Avropanın bütün ən iri şəhərlərində bankları vardı. O, neçə-neçə müstəbidlərə borc verməklə bir sıra ölkələrin siyasətinə təsir göstərirdi. Lorenso sarayının əzəməti, onun incəsənəti himayə etməsi ağıllı, lakin incə və qəddar siyasətlə uyuşdurulmuşdu. Köhnə demokratik qaydalar, əslində məhv edilmişdi. Florensiya formal şəkildə, respublika olaraq qalsa da, bütün məsələlər respublika idarələrində deyil, Şurada həll olunurdu. Şura isə tamamilə Lorensodan asılı idi. Floresiyadan asılı olan Volterra və Prato şəhərlərində baş ermiş üsyanlar onun əmri ilə rəhsizcəsinə yatırılmışdı: Volterrada yoxsul Mikele Meonun başçılığı xalq kütlələri hakimiyyəti ələ keçirmişdilər; həmin üsyan 1472-ci ildə yatırıldı; Pratoda baş vermiş üsyan isə 1470-ci ildə yatırılmışdı.


1478-ci ildə Lorensonun həyatına edilmiş uğursuz qəsddən sonra onun hakimiyyəti daha da möhkəmləndi. Bununla əlaqədar olaraq xüsusi qanun qəbul edildi. Həmin qanuna görə Lorensonun həyatı və firavanlığına edilən hər bir qəsd “əlahəzrətin təhqir olunması” kimi qiymətləndirilməli idi. Bununla da Lorenso, faktiki olaraq, müstəbid kimi qəbul olundu.


Mediçilər hakimiyyətinin zahiri qüdrəti, sarayın cah-calalı və elmin, incəsənətin iqtisadiyyatını əldən salan dərin daxili ziddiyyətlər gizlənirdi. Bu dövrdə Florensiyanın xarici


siyasi uğurlarının çoxu dövlətin bütün qüvvə və vəsaitlərinin görünməmiş dərəcədə gərginləşdirilməsi hesabına əldə olunmuşdu; bu qüvvə və vəsaitə isə Lorenso özününkü kimi sərəncam verirdi.



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin