Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə182/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   178   179   180   181   182   183   184   185   ...   263
Orta srlr tarixi S D Skazkin

Kastiliya və Araqonun birləşməsi.

Kilsə, şəhərlər və xırda zadəganlara ittifaqa arxalanan , dəniz ticarətindən əldə olunmş böyük gəlirə malik olan həm Kastiliy, həm də Araqonun kral hakimiyyətləri XIV-XV əsrlərdə iri feodalların siyasi hüquqlarına qəti hücum etdilər və onları öz müstəqilliklərinin xeyli hissəsindən məhrum etdilər.


Kral hakimiyyəti XV əsrin sonuna doğru iri feodalların sikkə kəsmək hüququnu əlindən aldı , ara müharibələrinin qadağan etdi, onların çoxlu torpağını müsadirə etdi. Kral rühani-cəngavər cəmiyyətinin torpaqlarına da yiyələndi.

1479-cu ildə Araqon və Kastiliya ər-arvad –Araqonlu Ferdinandla Kastiliyalı İzabellanın hakimiyyəti altında vahid dövlətdə birləşdilər. Bu hadisə İspaniyada kral hakimiyyətinin güclənməsində mühüm mərhələlərdən biri oldu. Iri feodalların qüdrətinin sarsıdılmasında kral hakimiyyətinə şəhərlər kömək edirdilər. 1480- ci ildə Kastiliya şəhərləri öz aralarında ittifaq – “müqəddəs ermandada” bağladılar. Bu ittifaq feodallara qarşı mübarizə üçün öz milisini yaratdı. Lakin şəhərlərin hərbi qüvvəsindən feodalları cilovlamaq üçün istifadə edən kral hakimiyyəti tədriclə şəhərlərin ölərinin də hüququnu azaldırdı. Kilsə, xüsusən 1480- ci ildən İspaniyada tətbiq olunmağa başlayan inkvizisiya da kral hakimiyyətinə çox böyük kömək etdi.


Kilsə əleyhinə olan hər cür təriqətlərə qarşı mübarizə aparan inkvizisiya, bununla, mövcud quruluşa qarşı hər cür ictimai və siyasi müxalifəti də dəf etmiş olurdu. Marksın dediyi kimi, İspaniyada


“ inkvizisiya sayəsində kilsə mütləqiyyətin əlində ən sarsılmaz alətə çevrildi” . İspaniya inkvizisiyasına birinci olaraq qəddar Torkvemada başçılıq etdi ki,onun adı qəddarlıq mənasında ümumi isimə çevrildi.


Ölkənin daxilində mövqelərini möhkəmləndirən İspan kralları zərbəni Qrenada əmirliyinə - ərəblərin İspaniyadakı son mülklərinə qarşı yönəltdilər. Uzun sürən müharibədən sonra, 1492-ci ildə, Qranada təslim oldu. Qranadanın süqutu ilə bütün Pireney yarımadası, Portuqliya istisana edilməklə,İspan krallarının əlinə keçdi. Mavrlar Qranadanı, onların və yəhudilərin mülkiyyətləri və dini azadlıqlarının saxlanılması şərti ilə təslim etdilər. Lakin bu vədlərə əməl olunmadı.


Təqib olunan müsəlmanlar bir sıra üsyanlar qaldırdılar. Onlar iki yoldan birini seçmək


məcburiyyəti qarşısında qaldılar:ya xristianlığı qəbul etməli, ya da İspaniyanı tərk etməli idilər . Ölkənin cənubunda yaşayan müsəlmanların və yəhudilərin böyük hissəsi Afrikaya köçdü. Beləliklə, ölkənin iqtisadi inkişafında mühüm rol oynayan tacir-sənətkar əhalisinin çox hissəsi İspaniyada getdi. Ispaniyada qalıb xristianlığı qəbul edən mavrları (morisklər ) kilsə daim təqib etdi.


Ferdinandla İzabellanın zamanında İspaniyada mütləqiyyət bərqərar olur. Iri feodallar siyasi müstəqilliklərini itirir, saray əyanlarına çevrilirlər. Parlament əvvəlki əhəmiyyətini itirir və getdikcə daha az çağırılmağa başlayır. Idarəçilik mərkəzdə kral şuralarının, yerlər də isə kral məmurlarının (korrexidorların) əlində cəmlənməklə bürokratik xarakter alır.Lakin İspaniyanın əyalət və silkləri arasında əsirlər boyunca yaranmış əlaqəsizlik öz əksini idarə aparatının son dərəcə böyük və nizamsız olmasında tapdı.


14-cü fəsil.



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin