Kral hakimiyyəti və parlament.
Pireney yarmadasında bütün krallıqlarda XII-XIII əsrlərdə silki monarxiyalar yaranır. Kral hakimiyyətini ayri-ayri silk nümayəndələrinin yığıncaqları- parlamentlər məhdudlaşdırırdı. Parlamentdə silklər ayrı-ayrı iclas edirdilər. Kastiliya parlamentinin üç palatası vardı:ruhanilər,zadəganlar və şəhərlər. XV əsrin əvvələrindən şəhərlərin nümayəndələri ,bəzən kənd icmalarının nümayəndələri ilə birlikdə iclas edirdilər. Bu Kastiliya parlamentinin xüsusiyyəti idi. Araqon parlamentinin xüsusiyyəti isə bundan ibarət idi ki, burada xırda və orta zadəganlar iri feodallardan ayrı iclas edirdilər. Araqonda parlamentin dörd palatası vardı:ali əyanlar,xırda və orta zadəganlar,ruhanilər və şəhərlər. Portuqaliya,Kataloniya və Valensiyada da parlamentlər vardı. Parlament monarxiya hakimiyyətinin fəaliyyətini məhdudlaşdırır,vergiləri səs vermədən keçirir,taxt-tac varisliyinin mübahisəli məsələlrini həll edir, daxili və xarici siyasətə təsir göstərirdi. K.Marks göstərirdi ki,Pireney yarımadasındakı krallıqlar formalaşarkən kral hakimiyyətini məhdudlaşdırmaq üçün əlverişli şərait vardı: “Bir tərəfdən, ərəblərə qarşı uzunsürən mübarizə ərzində ərazinin kiçik hissələri ayrı-ayrı vaxtlarda geri alınmış və əlahidə krallıqlara çevrilmişdi. Bu mübarizənin gedişində xalq qanunları və adətləri yaranırdı. Başlıca
olaraq zadəganların həyta keçirdikləri tədriclə istila onların qüdrətini fövqəladə dərəcədə artırdı, bununla bir zamanda isə kralın hakimiyyətinin zəiflətdi. Digər tərəfdən,ölkə daxilindəki yaşayış məntəqələri və şəhərlər böyük əhəmiyyət kəsb etdi,çünki əhali möhkəmləndirilmiş yerlərdə birgə məskən salmağa və orada mavrların aramsız hücumlarından qorunmağa məcbur idi;eyni zamanda İspaniyada vəziyyət yarımada da olduğu kimi və Provansla ,İtaliya ilə mütəzəm əlaqələr sahil boyunda birinci dərəcəli dəniz sahili ticarət şəhərlərinin meydana gəlməsinə səbəb oldu. Artıq XIV yüzillikdə şəhrlərin nümayəndələri parlamentlərin ən qüdrətli hissəsini təşkil edirdilər;parlamentləri tərkibinə ,həmçinin ruhanilərin və zadəganların ad nümayəndələri daxil idilər”.
Dostları ilə paylaş: |