Neapol krallığı XIV- XV əsrlərdə.
XIV –XV əsrlərdə Cənubi İtaliyada iqtisadi tənəzzül baş verdi. Yerli sənətkarlıq və ticarət getdikcə sönükləşir, şəhərlərin əhəmiyyəti azalır. Bu şəhərlərdə Şimali və Orta İtaliyanın zəngin şəhərlərindən olan tacirlər və sələmçilər ağalıq edir, Neopol krallarına Siciliya üstündə Araqon sülaləsi ilə sürən və uğursuz müharibələr aparmaq üçün borc pul verirdilər. verdikləri borc pul müqabilində onlar kraldan torpaq mülkləri və zadəgan rütbələri alır, feodal senyorlarına çevrilirdilər. kral maliyyəsi elə acınacaqlı vəziyyətə düşmüşdü ki, Neapol kraliçəsi Covanna 1348 –ci ildə Anju sülaləsinin irsi mülkü olan Avinyonu papaya satmağa məcbur olmuşdu.
Cənubi İtaliyada dövlətin erkən, möhkəm iqtisadi əsası olmayan mərkəzləşməsi davasız oldu. Neapol krallığının iqtisasdi tənəzzülü onun siyasi baxımdan da zəifləməsinə gətirib çıxardı. Anju kralları ilə feodallara güzəştə getməyə məcbur idilər. Ölkədə feodal irticası başlanırdı. Bunun da nəticəsində təhkimli kəndlilərin istismarı və hüquqsuzluğu daha da artırdı.
1442-ci ildə Cənubi İtaliya da Araqon sülaləsinin hakimiyyəti altına düşdü. Bu sülalə Siciliyanı yenidən Neapol krallığı ilə birləşdirdi və bu vilayətlərdə bir çox yüzilliklər ispan ağalığını bərqərar etdi.
XV ərsdə İtaliyanın iqtisadi təkamülü.
əgər Papa vilayətində, Cənubi İtaliya və Siciliyida XV əsrdə feodal münasibətlərihökmranlıq edirdisə, Şimali və Orta İtaliyanın qabaqcıl şəhər-dövlətlərində həmin yüzilliyin lap axırlarına qədər və sonrakı əsrdə erkən kapitalist münasibətləri inkişafa davam edirdi. Mahudçuluqla yanaşı, ipəktoxuma manufaktura istehsalı da inkişaf edirdi. Bu istehsal sahəsi əsrin sonuna doğru mahudçuluğu tədriclə sıxışdırdı.
XV əsrin sonlarına doğru Şimali və Orta İtaliya şəhərlərinin iqtisadiyatında ilk durğunluq əlamətlri nəzərə çarpmağa başlayır. Bu ilk növbədə onunla əlaqədar idi ki, İtaliyanın bu vilayətində erkən kapitalist münasibətləri ölkənin başqa hissələrində və Avropanın qalan yerlərində feodalizmin hökmranlığı şəraitində inkişaf edirdi. Bundan əlavə İtaliyada vahid milli bazar yaranmamışdı. Həmin şərait müəyyən mərhələdə erkən kapitalist münasibətlərinin daha da inkişafını ləngitməyə başladı. Erkən kapitalist münasibətlərin müvəffəqiyyətlə inkişafına ölkənin siyasi pərakəndiliyi də mane olurdu; bu pərakəndliyi İtaliya şəhər-dövlətləri də inadla davam etdirirdilər. hətta şəhər-dövlətlərin özündə manufaktura istehsalı bütün sənaye sahələrini deyil, yalnız ixracla əlaqədar sahələri - əsasən toxuculuğu əhatə edirdi. Başqa sahələrdə sənərkarlığın feodalizm üçün səciyyəvi olan təşkili – sex quruluşu qalmaqda idi. Artıq manufaktura inkişaf edən sahələrdə də, formal olaraq, sexlər ləğv edilməmişdi. Kənd yerlərində manufaktura cuzi inkişaf etmişdi. Erkən kapitalist münasibətlərinin belə məhdud əsasa malik olması, hətta İtaliyanın ən qabaqcıl şəhər-dövlətlərində belə, XV əsrin sonlarından etibarən kapitalist münasibətləri inkişafının ləngiməsinə, sonralar isə durğunluğa gətirib çıxarmalı idi. Belə də oldu.
Bu özünü, xüsusilə hər bir şəhərdə bir neçə ən varlı və nüfuzlu nəslin inhisarlarının bərqərar olması meylində göstərdi. Əvəllər çoxluq təşkil edən ticarət-sənaye və bank kompaniyaları onlarla rəqaət edə bilmirdilər. İnhisarçıların nüfuzunun artmasına bir də bu təsir göstərirdi ki, iqtisadiyyat sahəsində hökmranlıq edən inhisarlar, bir qayda olaraq, şəhər – dövlət idarəçiliyini də öz əllərində saxlayırdılar.
Iqtisadiyyatda başlanmış durğunluğun digər təzahürü sənaye ünsürlərinin ziyanına olaraq bank – sələmçi ünsürlərinin güclənməsi, habelə sənaye və ticarətdə qoyulan pul vəsaitinin nəzərə çarpacaq dərəcədə azalması və torpaq sahibliyi sahəsində qoyulan vəsait ilə artması idi.
Kənd təsərrüfatında da çox mühüm dəyişiklikliklər baş verir: XIII-XIV əsrlərdə aqrar münasibətlərinə yarımkapitalist təsərüfatçılığı ünsürləri gətirən yardarlıq (messadtiya) XV əsrin sonlarına doğru tədriclə feodallaşır, onun feodal tərəfləri ön plana çıxır; icarə haqqı artıq, torpaq mülkiyyətçisinin yardar üzərində şəxsi nəzarətçi bbərqərar olur, yardara məhsul yığımına qədər və icarə haqqını verməzdən əvvəl taxıl satmaq qadağan olunur; icarə torpağından qaçan icarəçini məhbəs gözləyirdi. Beləliklə, feodal irticası təzahürləri kənddə də müşahidə olunurdu ki, bu da öz növbəsində təsərüffat həyatında ümumi durğunluğa imkan yaradırdı.
Dostları ilə paylaş: |