Norveçdə feodalizmin inkişafı.
İsveçdədə öz xüsusui torpağı olmayan torpaq istifadəşiləri təbəqəsi tədriclə artsada, iri torpaq sahiblərindən asılı hala düşməmiş kəndlilərin sayı hələ çox idi.Kral hakimiyyətin möhkəmləndirilməsi uğrunda mübarizənin və Finlandiyanın XII əsrdən başlanmış işğalının gediıində qulluqçu silki yarandı. Yerli əyanlar vilayətlərin əlahiddə vəziyyətdə qalmasını və kral hakimiyyətinin seçkili olmasını saxlamağa cəhd göstərdilərsə də məğlubiyyətə uğradılar. Ara müharibələri dövründə krallığın hökmdarı və yığma qoşun başçısının – Jarlın mövqeyi möhkəmləndi. Jarl birker Finlandiyaya qarşı xaç yürüşünə başçılıq etdi. Kilsənin köməyi ilə o öz oğlunu taxta çıxartdı və yeni sülalənin əsasını qoydu. XIII əsrin II yarısında İsveç feodalları - freleslər qəti olaraq hakim silkə çevrildilər. Isveç feodallarının rus torpaqlarına soxulma və Nevanın mənsəbini ələ keçirmək cəhdi onların darmadağın edilməsi ilə sona yetdi.
Danimarkada feodalizmin inkişafı
XII əsr boyu Danimarkada da ara müharibələri baş verdi. Lakin kral I Valdemar , artıq, rəqiblərini aradan aldırıb , kilsə ilə ittifaq bağlayaraq öz hakimiyyətini möhkəmləndirmişdi. Danimarkada kilsənin dövlət işlərinə təsiri çox böyük idi. Ruhanilər kraldan toxunulmazlıq imtiyazları almışdılar. Və feodal münasibətlərinin tən-tənəsinə çox kömək edirdilər. Başqa Skandinaviya ölkələrinə nisbətən Danimarka Qərbi Avropanın inkişaf etmiş feodal dövlətlərinin təsirinə daha çox məruz qalırdı.
XII əsrdə Danimarkada orta və xırda feodal torpaq sahiblərindən ibarət cəngavər qoşunu yaradılır. Həmin orta və xırda feodal torpaq sahiblərindən ibarət cəngavər qoşunu yaradılır. Həmin orta və xırda torpaq sahibləri hərbi xidmət müqabilində vergilərdən azad edilirdilər. Kotan başı alınan ağır torpaq vergisi qoyulması 1250 –ci ildə kral I Erikə qarşı kəndli üsyanın qalxmasına səbəb oldu. Həmin üsyan Kotan qəpik-quruş adlanırdı.
Danimarka kralları slavyan pomoryesinə qarşı son dərəcədə amansız xaç yürüşləri edirdilər. Danimarkanın estlərə qarşı müharibəsi zamanı Narva və Tallin rayonları asılı hala salındı. Danimarka krallları Almaniyada imperator hakimiyyətinin zəiflənməsindən istifadə edib şimali Almaniyada işğallar həyata keçirdilər. II Valdemar (1202 – 1241 ) holştiniya, hamburq və başqa əraziləri özünə tabe etdi.
Cəmiyyətin feodallaşması prossesi XIII əsrin əvvəlinə aid olan ilk yazıya alınmış danimarka hüquq toplularında və Danimarkanın II valdemar zamanında tərti olunmuş torpaq təsvirində öz əksini tapdı.
Şəhərlər və şəhərlilər. Skandinaviya ölkələrində iqtisadi inkişafın ləng getmesi və natural təsərrüfatın çox davamlı olması şəhərlərin nisbətən zəif olmasında özunü gosterdi. Vikinq yürüşləri dövründə böyük rol oynayan ticare merkezleri X-XI əsrlərdə tənəzzül etdi. Ağac işi , duz istehsalı, toxuculuq və başaa sənədlər kəndli peşəsi səviyyəsində qalmışdı. Mal-qara , evdə toxunmuş bir parça mahud və başqa əmtəələr mübadilə vasitəsi rolu oynayırdı.
Bir sıra Danimarka və İsveç şəhərləri kral xartiyaları almışdılar, hımin xartiyalar bu şəhərlərə alman şəhər hüquqi sayağı qismən özunu idarə üsulu verirdilər. Bu zaman Stokholm irəliləyirdi. Lakin iqtisadi cəhəddən zəif Burgerlər Siyasi həyatda mühim rol oynamırdılar. Üstəlik XII əsrin ortalarında Skandinaviya ticarıtində Lubeq və Rostokdan olan varlı hanza tacirləri getdikcə daha görkəmli yer tutmağa başlayırlar. Onlar balıq maldarlıq, mədən məhsulları ixracını öz əllərinə keçirmişdilər. XIII əsrdən etibarən dəmir və mis filizi yataqlarının eyli geniş miyasda istismarına başlanmış isveçdə alman sahibkarları hakim rol oynamağa başladılar.
Danimarka Norveç və İsceç Kralları böyük məbləğdə borc pil aldiqları alman tacirləri və sələmçilərinə böyük imtiyazlar verirdilər.
Skandinaviyanın iqtisadi heyatında alman tacirləri və sənətkarlarının ikitərəfli rolu var.
Lakin almanların , xüsusilə Norveçdə yerli şəhərlərin artmasını ləngidirdi.
Dostları ilə paylaş: |