Apostol qardaşları təriqəti və Dolcina üsyanı
Kəndlilərin ağır vəziyyəti onların içərisində etiraz hərəkatları yayılmasına səbəb olurdu. Bu hərəkatlar çox vaxt, dini təriqətlər formasını alırdı. Təriqətlər əhalinin müxtəlif təbəqələrini əhatə edirdi. Lakin bunlar ən çox kəndlilər və şəhər əhalisinin aşağı kütləsinin – yaxın keçmişdə kənddən gəlmiş əhalinin içərisində yayılmışdı. XII-XIII əsrlərdə ölkədə onlarla ticarət vardı. Bunlar həm yerli zəminlə aşılanmış ümumavropa təriqətləri (katarlar,valdenslər) həm də İtaliyanın özünə məxsus təriqətçilər (qumiliatlar, fraticellilər və b.) idilər.
Bütün bu cürbəcür təriqətləri bütövlükdə ümumxalq burker təriqəti kimi qiymətləndirmək olar: kəndli – plebey təriqət ünsürləri bu ümumxalq təriqətindən, hələlik ayrılıb müstəqil təriqətə çevrilməmişdi.
İtaliyada “müstəqil bir partiya cərəyan” (F. Engels) kimi kəndli-plebey təriqətinə keçid Apostol qardaşları təriqəti ilə baş verdi. bu təriqəti, təqribən 1260-cı ildə, keçmiş Parma kəndlisi Seqarelli yaratmışdı. Papaların dəfələrlə qadağan etməsinə və inkvizisiya təqiblərinə baxmayaraq apostolcular hərəkatı, demək olar, bütün İtaliyanı bürüdü. Əvvəllər bu təriqət onunla bir zamanda baş vermiş digər təriqətlərdən heç nə ilə fərqlənmirdi. Lakin, artıq, XIII əsrin son onilliklərindən başlayaraq bu təriqətdə kəndli – plebey əhvali – ruhiyyəsi getdikcə güclənir. Bu əhvali – ruhiyyə 1300-cü ildən etibarən – Seqarellinin edam olunmasından sonra Şimali İtaliyanın dağ rayonlarının radikal əhvali – ruhiyyəli apostolcularının başçısı Dolçinonun təriqətə rəhbər olması ilə xüsusilə nəzərə çarpır.
Dolcinonun nəzəriyyəsi, bir çox məsələlərdə, o zamankı təriqətçilərin adi ideyalarına əsaslanır. bəzi məsələlərdə isə onlardan irəli gedirdi. Xüsusi mülkiyyəti pisləyən və yoxsulluğu təbliğ edən Dolçino bərabərçilik ideyası və hətta ümumi mükiyyət ideyası tərəfdarı idi. O, papa, kardinal, keşiş və rahiblərin məhvə məhkum olduqlarını qabaqcadan söyləyir və “yer üzərində
minillik ilahi səltənət”in başlanacağı vaxtını konkret olaraq göstərirdi. Dolçino belə hesab edirdi ki, ilahi səltənət kilsə və varlılar üzərində zor işlətmə yolu ilə çalınan qələbə nəticəsində qurulacaqdır. Doğrudur, Dolçino papalığı qarşıdakı məhvini Sicilya kralı Araqonlu Fridrixin işə qarışması ilə əlqaləndirirdi; təriqət başçısının monokiya xəyalları özünün bunda göstərirdi. Dolçino dövrü apostolçularının nəzəriyyəsi, bütovlükdə, aşağı kütlələri hərəkatını təmsil edirdi. Bu hərəkatda kəndli – plebey təriqəti ünsürləri getdikcə artırdı. Apostolçuların nəzəriyyəsi tamamilə kəndli – pilebey tərqətinin mövqeyinə bir qədər gec, artıq, silahlı üsyanın gedişində keçdi.
Dolçino 1304-cü ilin əvvəllərində özünün ən yaxın silahdaşları ilə birlikdə Pyemontun Seziya çayı sahilindəki dağ - ətəyi yerlərdə (Şimal – Qərbi İtaliya) gəldi. İtaliyanımn başqa ucqar vilayetlərinin (Savoyya, Friul, Kalabriya, və b.) kəndliləri kimi Pyemont kəndliləri də əmtəə - pul münasibətlərinin yüksək səviyyədə inkişaf etməsindən daha çox, bu münasibətlərin inkişaf etməməsindən əziyyət çəkirdilər.Kəndlilər üç qat zülm-dünyəvi seniyorlar,kilsə və şəhərlərin zülmü altinda idilər.Bu onların,daim,zülmkarlara qarşı çıxış etməsinə səbəb olurdu.Dolçinonun bu yerlərdə görülməsi vəziyyəti daha da gərginləşdirdi.Onun alovlu təbliği kütləvi surətdə adamları özünə cəlb edirdi.Hərəkatın geniş vüsət aıması yerli feodalları vahiməyə saldı və onlar hərəkata qarşı mübarizə məqsədi ilə ittifaq bağladilar.1305-ci ilin martinda apostolçular feodalların birləşmiş qüvvələrini darmadağın etdilər.Lakin onlar,çox çəkmədən,dağlara çəkilməli oldular və burada mühasirəyə alindilar.Feodllarla aramsiz toqquşmalar nəticəsində verilən təlafat,acliq və sərt qış apostolçuları məhv olmaq qarşısında qoydular.Bir dəfə gecə,salamat qalmiş min nəfərə yaxin apostolçu mühasirəçiləri aldadaraq qar basmış ciğirlarla Sebello dağina dırmaşdi.Apostolçular tələsik özlərinə istehkam düzəltdilər. Yeni müharsirə başlandı. Feeodal ittifaqına başçılıq edən Verçello yepisqopu üsyançıları tədric etmək niyyəti ilə ətraf kəndləri əhalisini köçürdü və onların düşərgəsinin dövrəsində istehkamlar və mühasirə qüllələri qurdurmağa başladı. Üsyançıların istehkamını hücumla almaq cəhdləri uğursuz oldu. Dolçinonun baçılıq etdiyi apostolçular cəngavərləri dalbadal darmadğaın etdilər. İttifqaın cəhdlərini mənasız olduğunu görən papa, 1306- cı ilin payızında üsyançılara qarşı xaç yürüşü elan etdi. Dəhşətli məhrumiyyətlər çəkən üsyançıları tam əldən salan yeni qış girmişdi. 1307-ci ilin martında, əlavə kömək alan yepiskop hücuma başladı. Son döyüş üç gün davam etdi. Yüzlərlə üsyançı həlak oldu. Qalanlar isə əsir alınaraq əzabla öldürüldülər. Dolçinonun arvadı və silahdaşı Mraqarita onun gözləri önündə edam olundu. Dolçinoya isə dəhşətli işgəncələrverildi və dörd yerə şaqqalandı.
Üsyanın gedişində, Apostol təriqətinə hələ bundan əvvəl xas olan inqilabi xüsusiyyətlər daha artıq təzahür etdi. Muüasirə şəraiti üsyançılardan bütün qüvvələrini gərginləşdirməyi tələb edirdi. Bəzi mənbələrin məlumatına görə onların düşərgəsində əmlak bərabərliyi işdə həyata keçirilmişdi. Üsyanın digər müasiri belə məlumat verir: üsyançılar elan etmişlər ki, <>. Kilsəyə qarşı baş vermiş çıxış, bu cür. Böyüyərək onun müqəddəsləşdirdiyi bütün cəmiyyətə qarşı çevrildi. Üsyanın gedişində apostolçular hərəkatı, qəti olaraq, kəndli – plebey təriqətinin mövqeyinə keçdi.
XIV əsrin ikinci yarısı – XV əsrdə kəndli üsyanları
XII-XIV əsrlərdə olmuş Apostol qardaşları hərəkatı İtaliyada silahlı üsyanla culğalaşmış halda baş vermiş yeganə təriqət idi. Bundan sonra ölkədə təriqətçilik hərəkatı zəiflədi: hərçənd kəndlilərin mübarizəsinin vüsəti azalmadı. Lakin, indi, kəndli çıxışları bilavasitə, real tələblər – vergilərin ləğv olunması və ya azaldılması, ağır istismar formalarına qayıdılmasına etiraz və s. Kimi tələblər uğurunda mübarizə xarakteri kəsb edir.
XIV əsrin ikinci yarısında ən böyük kəndliçıxışlarından biri Tukinlər üsyanı (1382-1387) idi. Bu üsyan ölkənin şimal – qərbinin, demək olar, bütün dağlıq hissəsini əhatə etdi. Lakin Kanavezdə (Pyemontun şimal hissəsi) xüsusilə kəskin xarakter aldı. Burda üsynçılar əyanların qəsrlərini yandırır və dağıdır, senyorları öldürürdülər. Lakin kəndli çıxışlarının müxtəlif vaxtlarda və ayrı –ayrı şuarlar altında baş verən partlayışları bir – biri ilə əlaqədar deyildilər; bu, feodallar, şəhərlilər və Savoyya hersoqu qoşunlarının onları yatırmasını asanlaşdırırdı.
XV əsrdə ən böyük hərəkat Kalabiyada olmuş kəndli müharibəsi (1459) idi. Bu müharibə baron qiyamları şəraitində baçlanmışdı. Lakin, çox keçmədən, kəndlilər öz tələblərini irəli sürdülər. Bunların başlıcası ocaqbaşı (ocaq – fokollelo) verkisinin ləvğ olunması idi. Üsyan bütün Kalabriyanı əhatə etdi və onun hüdudlarından kənara çıxdı. Üsyanda 20 min nəfərdən çox kəndli iştirak edirdi. Bu cür təhlükə qarşısında baron qrupları birləşməyə məcbur oldular. Lakin onlar ancaq toplarla təchiz olunmuş kral qoşunları gəlib çatdırdıqdan sonra üsyançılrı məğlub edə bildilər.
Dostları ilə paylaş: |