Roma respublikası. Arnold Breşianski
Orta İtaliyanın xeyli hissəsini əhatə edən Papa vilayəti başqa cür inkişaf etdi. Bu vilayətin hökmdarı, eyni zamanda, katolik kilsəsinin başcısı olduğuna görə, Roma isə onun təşkilatı və ideoloji mərkəzi olduğundan Papalığın Avropa siyasəti həmin dövlətin tarixinə mühüm təsir göstərirdi. Bu siyasətin əsasında Avropanın dünyavi hökmdarlarına başçılıq etmək xəhdi durrdu. XI-XII əsrlərdə, papalığın imperiya ilə mübarizədə müvəffəqiyyət qazanması nəticəsində, onun Avropada nüfuzu nəzərə çarpacaq dərəcədə gücləndikcə,papalar öz hakimiyyətləri altında olan ərazini Toskananın bir hissəsi, Spoleto və Benevekto hesabına genişləndirə bildilər; XII əsrin sonlarında onlar ən böyük İtaliya şəhərlərindən birini – Perççanı tabe etdilər. Papa vilayəti iqtisadi baxımdan Şimali İtaliya və Toskanadan geri qalırdı. Burada şəhərlər ləng inkişaf edir, kənddə isə təhkimçilik münasibətlri qalırdı. Papalığın Romaya və Papa vilaətinin başqa şəhərlərinə özünündarə hüququ verilməsinə yönəlmiş siyasəti geriliyə, kənddə köhnə istismar üsullarının saxlanılmasına az təsri göstərmirdi. Romanın özü ilə əsl feodal yuvası idi. Burada papa iqamətgahından başqa iki yüzə qədər feodal qəsri vardı.
Roma iqtisadi baxımdan Milan və ya Florensiya kimi inkişaf etmiş mərkəzlərdən geru qalırdı. Roma əhalisi Papa sarayına və küllü miqdarda ziyarətçilərə xidmətdən mühüm gəlir götürürdü.
Papalığın şəhərlərlə əlaqədar siyasətinin irtiçacı xarakteri XII əsrin 40-cı illərində, Romada kommuna qurmaq uğrunda mübarizə şiddətləndikcə, parlaq surətdə təzahür etdi. 1143-cü ildə şəhərlilər və cəngavərlər Kapitolini ələ keçirib respublika elan etdilər və senat seçdilər: respiblikanın rəhbərləri özlərini Qədim Roma ənənələrinin varisləri hesab edirdilər. Breşialı Arinold yenidən yaradılmış Roma respublikasında xüsusi nüfuza malik idi. Bunnan evvəl o, artıq, Breşiada (o burada doğulmuşdu0 yepiskopa və vatlı ruhanilərə qarşı yönəlmiş müxaklfətə
başçılıq etmişdi. Buna görə onu İtaliyadan qovmuşdular. O, bir neçə ilini Fransada keçirmiş, XII əsrin mütərəqqi filosovu Abelyarın ardıcılı olmuş, sonra isə kilsə tərəfindən məhkum edilmişdi. Berşialı Arnold kisəsəini topaq mülklərindən və srəvətdən əl cəkməsini tələb edirdi; papanın dünyəvi hakimiyyətinə qarşı çıxırdı: feodal əyanların ağalığına qəti etiraz edirdi: o, Romanın qüdrətli olmasını və İtaliyanın birliyini arzulayırdı. Onun təbliğinin təsiri altında Roma şəhərliləri kardinalların evlərini, feodal qəsrlərini dağıdırdılar. Papa isə Romadan qaçmalı olumuşdu.
Bu zaman I Fridrix Barbarossanın başçılığı altında alman feodallarının qoşunları İtaliyaya soxuldular. Papaya qarşı mübarizədə Fridrixdən kömək almaq ümidi ilə Roma respublikasının senatı ona imperator tacı təklif etdi. Lakin Fridrix bu təklifi rədd etdi və Romaya ddaxil olub imperator tacının papa IV Adnandan qəbul etdi. Alman ritsarlarının zorakılığı şəhərlilərin qəzəbinin partlayışına səbəb oldu, onlar imperatora silahlı müqavimət göstərdilər. Papa Roma üzərinə interdikt qoydu (yəni şəhəri lənətlədi, bütün dini aypn və mərasimləri qadaöan etdi – tərc): bununla əlaqədar olaraq ziyarətçilərin axını dayandı. nəticədə, şəhərlilər gəlirlərindən məhrum oldular. Roma respublikasının senatına mülayim (mötədil) ünsürlər üçün gəldilər: Breşialı Avpold şəhərdən qovuldu, sonra isə Fridrixin əmrilə ələ keçirilib işgəncə ilə edam olundu (1155). Roma respublikası aradan qaldırıldı, papanın hakimiyyəti isə bərpa olundu.
Dostları ilə paylaş: |