Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Şimali və Orta İtaliyada şəhər kommunalarının yaranması



Yüklə 3,06 Mb.
səhifə159/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   155   156   157   158   159   160   161   162   ...   263
Orta srlr tarixi S D Skazkin

Şimali və Orta İtaliyada şəhər kommunalarının yaranması

Qərbi Avropa ölkələrinin çoxunda demək olar, bütün orta əslər boyu siyasi və inzibati həyatın mərkəzi feodal qəsri idi. həmin ölkələrdən fərqli olaraq, İtaliyada kommunaların meydana gəlməsi ilə belə mərkəz şəhərlər oldu. Feodallardan olmayan kommunalar sadə şəhərlilərin – sənətkarlar və xırda tacirlərin senyorlara qarşı şiddətli mübarizəsi nəticəsində meydana gəlsə də, onların qələbəsinin bəhrəsindən bütün şəhərlərdə şəhər varlıları və xırda


feodallar istifadə etdilər. Komunna qurulan kimi şəhərdə hakimiyyət senyorlardan konsullar kolleksiyasının əlində keçirdi. Konsullar kollegiyası şəhərin təsrrüfat, hərbi və məhkəmə işlərinə nəzarət edən icra orqanı idi. Konsullar əyanlar (kapitanlar), xırda feodallar (valvassorlar) və tacirlər içərisindən seçilirdilər. Sənətkarların və xırda tacirlərin nümayəndələri kollegiyaya buraxılmırdılar. Kommunalarda qanunvericilik hakimiyyətini “müvəkkillər şurası – kredensa” həyata keçirirdi. həmin şuraya üzvlər şəhərin bütün rayonlarından seçilirdi.

Kommunalar meydana gəldikdən sonra şəhərlərdə ticarət və sənətkarlıqdan əldə olunan yığım, artıq, feodalın xəzinəsinə getmir, şəhər iqtisadiyyatının inkişafına sərf olunurdu; İtaliya şəhərlərinin XII-XIII əsrlərdə xeyli inkişaf etməsinin səbəblərindən biri bu idi. Kommuna öz hakimiyyətini şəhər divarları ilə məhdudlaşdırmırdı; adətən, şəhəri əhatə edən və “kontado” adlanan kənd yerləri kəndlərdə və feodal qəsrləri ilə birlikdə kommunadan asılı olurdu.


XII əsrdə şəhəri əhatə edən kənd yerləri üzərində şəhərin iqtisadi və siyasi təsiri bərqərar olur. Sonrakı əsrlərdə bir çox İtaliya şəhər kommunaları öz mülklərinin hüdudlarını genişləndirdilər. Onlar başqa şəhərləri də onların ətraf yerləri ilə birlikdə ələ keçirdilər. Bu cür daha geniş ərazi “distretto” adlanır və çox vaxt bütov bir dövləti təmsil edirdi.


Şimalı və Orta İtaliyada çoxlu şəhər – dövlətlər – Florensiya, Siyena, Milan, Ravenna, Paduya, Venetsiya, Kenuya, Piza və b. Bu cür yarandı.


Şəhərlərin hakimiyyətinin kənd yerlərinə şamil edilməsi feodalların siyasi qüdrətini xeyli sarsıtdı. XI əsrdən başlayaraq bəzi feodallar öz qəslərini tərk edib şəhərlərə köçürlər. Lakin feodalların çoxlu şəhərə müqavimət köstərməkdə davam edirdilər. Onlar sənətkarlar və tacirlərin təsərrüfat fəaliyyətinə mane olur, ticarət yollarını, dağ keçidlərini nəzarət altında saxlayır, kommunaların qərarlarnı pozurdular. XII əsrdə popolanlar qrandlara (feodallara) qarşı silahlı mübarizəyə başlayır, onların qəsrlərini yandirib dağıdır, özlərin isə zorla şəhərə köçürülər. Şəhərə köçən feodallar burda da uca divarları və mürcləri olan qəsrləri tikirdilər. Lakin bu hərbi isnatkahlar, çox vaxt kommuna üçün təhlükəli olsa da, indi onun, yəni kommunanın gündəlik nəzarəti altında idilər və buna görə də o qədərdə qorxulu deyildilər.


Qərbi Avropanın başqa ölkələrinin şəhərlərindən fərqli olaraq İtaliya şəhər – kommunaları feodalların siyasi və iqtisadi qüdrətini bu cür qıra bildilər. Bunun nəticəsində onlar, həmçinin kənd sənətkarlığının da rəqabətini aradan qaldırmağa və asılı hala saldıqları ərazinin təsrrüfatının şəhərə xidmət etdirməyə müvəffəq oldular. Şəhərlərin senyorlar üzərində qələbəsi Şimali və Orta İtaliya iqtisadiyyatının yüksək tərəqqisinə və ölkənin bu vilayətlərində şəhərlərin iqtisadi və siyasi əhəmiyyətinin daha da artmasına kömək edti.


Kommunaların tərəqqisi feodal münasibətlərinin məhv edilməsi demək deyildi və bu ola da bilməzdi. Lakin mövcud feodal iyerarxiyası sitemində mühüm dəyişiklik edildi. Kommunalar sanki, feodalların yerini tuturlar: onların hakimiyyəti altında olan yerlərdə siyasi hakimiyyət kommunanın əlinə keçdi. Lakin bu zaman şəhər həm təsrrüfat, həm də siyasi baxımdan feodal orqanizmi olaraq qalırdı. Şəhərlərin feodal təbiyyətinin təzahürlərindən biri onların iqtisadi və siyasi cəhətdən ayrılmağa meyil göstərmələri idi. Bu cür ayrılmağa onlar müstəqil dövlətlərə çevrilməklə nail olmuşdular.


Şimali və Orta İtaliya şəhər – respublikalarının siyasi ayrılıq siyasəti həm bütövlükdə İtaliyada, həm də onun iqtisadi cəhətdən daha inkişaf etmiş şimal hissəsində orta əsrlərin sonuna qədər vahid dövlət yaranmasının səbəblərindən biri idi. Şimali Fransa və İngiltərə şəhərlərindən fərqli olaraq İtaliya kimi Almaniya şəhərləridə, ölkəninn siyasi baxımdan birləşdirilməsi


mərkəzlərinə çevrilməlidilər: əksinə, çox vaxt, buna əngəl törədirlər. Bu onunla izah olunur ki, artıq XII əsrdə, bu şəhərlər daxili bazardan daha çox xarici bazarlara bağlı idilər. Bu hələ bir yana dursun, şəhərlər xarici bazarlarda – istər şərq bazarlarında (Lenvant, Misir, Bizans), istərsədə qərb bazarlarında (Fransa, Alamniya, Ingiltərə, Flandriya) ticarətdə rəqabət aparırdılar. Sonralar, bu rəqabət bank əməliyyatlarına da keçdi. Venetsiya ilə Genuya, Genuya ilə Piza ilə rəqabət aparırdı. Bu rəqabət İtaliyanın özündə şəhər – dövlətlər arasında aramsız toqquşmalara çevrilirdi. Bu toqquşmaların səbəbi, həmçinin bir sıra şəhərlərin öz ərazilərini başqalarının – daga zəiflərinin hesabına genişləndirməyə çalışmaları idi. Elə həmin səbəbə görə uzun müddət Milanla Kremona, Blonya ilə Modena arasında və b. müharibələr getmişdir. İtaliya şəhərləri ancaq opnlar üçün hər hansı ümumi xarici təhlükə yarandıqda, xüsusilə Almaniya imperatorunun hücumu zamanı, müvəfəqqəti olaraq, birləşirdilər.



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin