Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Şəhərlərdə müxalifət hərəkatının yüksəlməsi



Yüklə 3,06 Mb.
səhifə155/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   151   152   153   154   155   156   157   158   ...   263
Orta srlr tarixi S D Skazkin

Şəhərlərdə müxalifət hərəkatının yüksəlməsi

Alman bürgerlərində müxalifətçilik əhval ruhiyyəsi artıq XIV əsrdə meydana gəlir.Şəhərlilər knyaz özbaşınalığının nəticəsi olan siyasi hərc-mərclikdən və qoluzorluluğun hökmranlığından razı deyildilər.Bürgerlər içərisində ağır vergilərdən də narazılıq artırdı.XIV əsrdə bürger müxalifəti öz məfkurə siyasətini mistikaçı hərəkatı adlanan dini hərəkatda tapdı.Bu hərəkatda Köln ilahiyyatçısı Ekkart və onun şagirdləri İohan Tauler,Henrix Seuz başçılıq edirdi.Mistikaçılar katolik kilsəsində hökmranlıq edən sırf zahiri möminliyə qarşı çıxırdılar.Kilsənin bu cür möminlik təliminə görə insanın özü öz ruhunun xilas edilməsində heç bir rol oynamır.Mistikaçilarin təliminə görə isə insanın daxili dini aləmi həlledici əhəmiyyətə malikdir.B u təlimdfə rüşeym halında gələcək reformasiya ideyaları gizlənirdi. Mistikaçıların təklimi ruhani və dünyəvi knyazların katolik kilsəsi tərəfindən təsdiq olunan müstəbidliyinə qarşı bürgerlərdə oyanan qəti etioraz ruhunu əks etdirirdi.


Lakin XIV əsrdə mistikaçılar hərəkatı geniş xarakter almadı. O fəal hərəkətə deyil süst möminliyə çağırdığı üçün xalq kütlələrinə yad olaraq qaldı.Bu etiraz hərəkatı mühafizəkar əhvali ruhiyyəli orta əsr bürgerlərin içərisindən başlanmışdı.Bir qədər sonra XV əsrdə alman burkerlərinin ölkədə meydana gəlmiş kapitalist münasibətləri rüşeymləri ilə bağlı olan azsaylı qabaqcıl nümayəndələrinin səsi getdikcə daha gur eşidilməyə başlandı.Mərkəzi hakimiyyəti qüvvətləndirmək və Almaniyanın baıqa xalaqlar içərisində özünəlayiq yer tutmasının qəbul olunması tələbləri bu dairələrdən çıxırdı.Həmin dairələrin ən qabaqcıl nümayəndələri kəndli hərakatına rəğbət bəsləyirdilər


1439-cu il tarixli «İmperator Cigizmundun Reformasiyası » adlı siyasi pamfletdə bu qabaqcıl bürger təbəqəsinin mənafeyini əks etdirən tələblər göstərilirdi.Həmin tələblər bunlar idilər:Almaniyanı mərkəzləşdirilmiş dövlətə çevirmək;nəhayətsiz feodal müharibələrinə son qoymaq;yerli hakimləri ümumdövlət qanunlarına tabe etmək;feodal imtiyazlarını dövət hüquq və vəzifə sistemi ilə əvəz etmək;vahid məhkəmə,gömrük,və sikkə(pul)sistemi yaratmaq.Həmin pamflet sənətkarlıq və ticarət şəraitini yaxşılaşdırmaq üçün sex məhdudiyyətlərinin ləğv olunmasını və iri ticarət – sələmçi şirkətlərinin aradan qaldırılmasını tələb edirdi.Naməlum müəllifin fikrincə göstərilən dəyişiklikləri etməyə şəhərlilər – imperiyada dövlət hüququnun mühafizəçiləri təşəbbüs göstərməlidirlər.Bununla yanaşı ,o, belə hesab edirdi ki, kiçik və sadə adamların fəal rolu olmadan dəyişikliklər etmək mümkün olmayacaqdır.Buna görə də o, feodalların qəsb etdikləri icma yerlərinin, icmaların özünə qaytarılmasını, bir sıra mükəlləfiyyətlərin və xüsusilə kəndlilərin təhkimli vəziyyətdə olmasının aradan qaldırılmasını tələb edirdi.


Artıq, XV əsrin birinci yarısında, xüsusuilə Çexiyada quscu müharibələrindən sonra, F. Engelsin dediyi kimi “bütün ehramın – kiyazlar, məmurlar, zadəganlar, keşişlər, patrisilər və büreklərin” öz ağırlığı ilə üzərində durduğu alman kəndliləri fəal inqilabi hərəkata keçməyə başladılar.


Almaniya imperatoru və Roma papasının qusculara qarşı təşkil etdikləri xaç yürüşləri (1420-1431) iflasa uğradıqdan və tabarçuların əsas qüvvəso kəndli kütlələrindən ibarət olan inqilabi sex ordusu Çexiyanın hüdudlarından çıxıb Bavariya, Avstriya, Sileziya və Macarıstana daxil olduqdan sonra Almaniyanın müxtəlif hissələrində kəndlilərin inqilabi çıxışları başladı. Məsələn, 1431-ci ildə Vorms rayonunda kəndlilərin feodallara və sələmçilərə qarşı yönəldilmiş böyük üsyanı baş verdi. həmin üsyan kiyazları və şəhər zadəganlarını bər vəlvələyə saldı. O zaman Bazeldə keçirilən kilsə yığıncağının (soborun) iştirakçıları böyük təlaşla keçməyə hazır olan alman kəndlilərinin həyacanları kiyazların hakimiyyəti üçün və imperiyanın özünün varlığından ötrü qorxu törədirdi.


XV əsrin 30-cu illərinin sonunda və 40-ci illərində Almaniyanın cənub-qərb torpaqları Fransa kralına xidmət edən “armanyakların” muzdlu silahlı dəstələrinin basqınına məruz qaldı. Cənub – qərbi Reyi torpaaqlarını öz mülklərinə qatmaq arzusunda olan Fransa kralı VII Karl həmin dəstələri bu yerlərə dofinin, yəni vəliəhtin (gələcək kral XI Lüdoviqin) başçılığı altında göndərmişdi. Armanyaklar alman torpaqlarını var – yoxdan çıxarır, taalnçılıq edir, yanğınlar, qətillər törədirdilər. Alman knyazları və feodalları, eləcə də Almaniya imperatoru onlara kömək edir, bu yolla da kəndlilərin müqavimətini qıracaqlarına və şəhərlərdə müxalifətin artmasının qarşısını alacaqlarına ümid edirdilər.


Lakin yadelli qəsbkarlar xalq kütələrinin, özü də ilk əvvəl kəndlilərin, qızğın müqavimətinə rast gəldilər. Yadelli qəsbkarlara və talançılara qarşı ümumi mübarizəyə çağıran kəndli dəstələri öz bayraqları altında çıxış edirdilər. Həmin bayraqlarda allahın anasını (İsanın anası, yəni Məryəm ana nəzərdə tutulur – tərc.) təsviri ilə yanaşı uzun bağlı kəndli maşmağının şəkli çəkilmişdi. İlk dəfə armanyaklara qarşı mübarizə zamanı qaldırılmış “Başmaq” bayrağı, sonralar kəndliləri feodallara və knyazlara qarşı mübarizəyə çağıran simvol oldu.


1460-cı ildə Cənub – Qərbi Almaniyada Geray vilahətinin kəndliləri “Başmaq” bayrağı altında üsyana qalxdılar. 1493-cü ildə Elzasda kəndlilər və şəhərlilərin daxil olduğları gizli ittifaqın hazırladığı qəsdin üsdü açıldı. Qəsd iştirakçılarının niyyəti Şlettştadt şəhərini ələ keçirib “Başmağ” ın bayrağını qaldırmaqdan ibarət idi. Onlar bu bayrağın sadə xalq kütlələrini öz sıralarına cəlb edecəyinə inanırdılar. Hakimiyyəti ələ keçirdikdən sonra ittifaq üzvləri məhkəmə işlərində bir ısra dəyişikliklər etmək, knyaz vergiləri və töycülərinin bir hissəsini aradan qaldırmaq, sələmçiliyi ləğv etmək niyyətində idilər.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin