Cənubi İtaliya
Cənubi İtaliya və Siçiliyada feodal münasibətləri yadellərin ağalığı şəraitində inkişaf edirdi ki, bu da həmin yerlərin tarixində iz qoydu. XI əsrdə bu vilayətləri normanlar (Normaniyadan çıxma normanlar) zəbt etdilər: 1130-cu ildə, II Rojerin zamanında, Cənibi İtaliya və Siçiliya vahid dövlət halında – Siçiliya krallığında birləşdilər. Normal oşğalı feodal münasibətlərinin inkişafını sürətləndirdi: işğalı krallar yerli əyanların və kəndlilərin torpaqlarının çox hissəsini ələ keçirib feod olaraq norman feodallarına və kilsəyə payladılar. Böyük torpaq mülkləri kral torpaqlarına (domenə) qatıldı. Asılı torpaq istifadəçilərinə çevrilən kəndlilərin mühüm hissəsi öz azadlığını itirdi. XII əsrdə Siçiliya krallığında çoxlu təhkimli (serb) vardı: onların bir feodalın torpağından digərinə keçmək hüququ yox idi: Siciliya krallığında, habelə yarımazad kəndlilər – villanlar da vardı; onlar müəyyən şərtlərlə, məhdud hüquqla bir feodalın torpağından başqasına keçə bilərdilər. hər iki qrupdan olan kəndlilər biyara getməli, məhsul və pul töyçüləri verməli idilər. Bütövlükdə, Şimali və Orta İtaliyaya nisbətən, Siçiliya krallığında feodal münasibətlərinin inkişaf prosesi ləng gedirdi. Buna görə də cənubda azad kəndlilərin – allod sahiblərinin mühüm təbəqəsi hələ də qalmışdı. Onlar icmalar halında yaşayır və təhkimləşməyə qarşı inadla mübarizə aparırdılar; bu kəndlilər dəfələrlə (1123, 1168, 1178, 1199-cu illərdə) feodallara və kral hakimiyyətinə qarşı üsyan qaldırmışdılar.
Cənubi İtaliya şəhərlərinin müqəddəratı da şimaldakından fərqli oldu. XI-XII əsrlərdə onlar da xeyli yüksək tərəqqi səviyyəsinə çatmışdılar. Lakin bu tərqqi, başlıca olaraq, trzanzit ticarətlə əlaqədar idi; həmin şəhərlərin öz sənətkarlıq istehsalı və yerli ticarət burada zif inkişaf etmişdi. Buna görə də burada əmtəə - pul münasibətləri də kəndin heyatına əhaəmiyyətli bir təsir göstərmədi. Bunun nəticəsində, həm də XII əsrin əvvəllərindən Cənubi İtaliyada nisbətən qüvvətli dövlət yarandığı üçün Cənubi İtaliya şəhərləri müstəqillik, hətta muxtariyyət belə qazana bilmədlilər, həmişəlik qüvvətli mərkəzi hakimiyyətdən asılı qaldılar.
Dostları ilə paylaş: |