Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə193/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   189   190   191   192   193   194   195   196   ...   263
Orta srlr tarixi S D Skazkin

Macarıstanın xarici siyasəti

Macarıstan krallığı öz varlığının lap əvvəlindən Almaniya imperiyası ilə uzunsürən və inadlı mübarizə aparmalı oldu. 1030-cu ildə o İştvan Almaniya imperatoru II Konradın hücumunu dəf etdi. Bu vaxtdan etibarən macarıstan kralları imperiyanı özlərinin əsas düşməni hesab edirdilər. Buna onların əsasları vardı. Imperiya tərəfindən törədilən təhlükə Kiev Rus dövləti ilə dostluq, mehriban qonşuluq münasibətləri saxlanılması üçün şərəait yaradırdı. XI əsrin sonlarına kimi bu cür davam etdi. 1091-ci ildə ölkəyə soxulmuş Qıpçaqları (Kumanları və ya Polovesləri) darmadağın etməklə Macarıstan avropa xalqlarını şərq köçərilərindən qorunması işinə öz töhfəsini vermiş oldu. XII əsrin ortalarından başlayaraq Macarıstan-Avstriya markqraflarının və Bavenberq hersoqlarının törətdikləri təhlükə ilə hesablaşmalı oldu. Sinif daxili və sülalə didişmələri Macarıstanın digər qüdrətli düşmənə-Bizans imperatoru I Manuil Momninə qarşı mübarizəsinidə mürəkkəbləşdirirdi.(XII əsrin 50-60-cı illəri). Kral hakimiyyəti qonşu əraziləri ələ keşirməklə öz gəlir mənbələrini artırmağa çalışırdı. 1089-cu ildə I Laslo (1077-195) Sloveniyanı fəth etdi; 1105-ci ildə Kalman (1095-1116) Xorvatiyanın asılı hala salınmasını başa çatdırdı. Xorvatiya feodalları macarıstan kralının suverenliyini ( yəni ondan vassal asılılığını tərc) qəbul etdilər, macarıstan və Xorvatiya krallıqlarının şəxsi birliyi ilə razılaşdılar; Kalman Dalmasiyanı şəhərlərini də öz hakimiyyəti altına saldı. Macar kralı həmin şəhərlərdə gəlirlərinin üçdə biri qədər pulda bac almaq müqabilində onların muxtariyyətini saxladı. Macarıstan kralları, uğursuzda olsa, alisiya –Valın Rus torpaqlarını özlərinə tabe etməyə də cəhdlər göstərdilər. 1241-1242-ci illərdə Macarıstan xalqlarının nəsibi ağır fəlakət oldu. Bu zaman onlar monqol-tatar basqınlarının dəhşətlərini dadmalı oldular. Monqollar krallığa 1241-ci ilin martında üç dəstə ilə soxuldular. əsas dəstəyə Batu xan başçılıq edirdi. Iri feodal sahiblərinin nüfuzunun artdığı və kral torpaqlarının (domenin) azaldığı şəraitdə kral IV Bela (1235-1270) düşməni dəf etmək üçün kifayət qədər hərbi qüvvəyə malik deyildi. Onun topladığı qoşunlar Şayo çayı sahilində darmadağın edildi. Belanın özü isə əvvəlcə Avstriya hersoqunun yanına, sonra isə Dalmasiya sahillərinə qaçdı. Lakin monqol qoşunları Adriatikaya çatdıqda, gözlənilmədən, rus torpaqlarına döndülər. (1241-ci ilin yayı). Monqol-tatarların qüvvələrini özünə cəlb edən rus torpaqlarının qəhrəmanlıq mübarizəsi Macarıstanı uzunmüddətli əsarətdən xilas etdi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin