Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Şəhərlərin və mədən işlərinin inkişafı



Yüklə 3,06 Mb.
səhifə195/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   191   192   193   194   195   196   197   198   ...   263
Orta srlr tarixi S D Skazkin

Şəhərlərin və mədən işlərinin inkişafı

XIII əsrdə Macarıstan krallığında şəhərlər – sənət və ticarət mərkəzləri, əkinçi əməyindən ayrılmış və feodal asılılığından azad olmuş sənətkar və tacirlərin məskənləri meydana gəlir. Krallar bir çox sənətkar və tacir məskənlərinə şəhər imtiyazları bəxş edirdilər. Ən iri şəhərlər Buda, Peşt, Esterqom, Dyer, Şoprop, Sekeşfehervar, Pojon ( müasir Bratislava), Kolojvar(müasir kluj) idilər.Macarıstan krallığında şəhərlərlə yanaşı çoxlu “kənd şəhərləri” adlanan yerlər də vardı. Bunlar elə böyük kəndlər idilər ki, onların sakinləri içərisində öz məhsullarını yerli bazarda satan sənətkarlar da vardı. Belə məskənlər şəhər imtiyazlarından istifdadə etmirdilər və ayrı-ayrı feodalların hakimiyyəti altında idilər. Şəhər sənətkarlığının inkişafında böyük irəliləyişlər XIV əsrdə baş verdi. 70-ci illərdə ayrı-ayrı ixtisaslardan olan sənətkarları birləşdirən sexlər (sənətkar birlikləri- tərc.) formalaşır. Bu zaman sex təşkilatının əhatə etdiyi 25-ə yaxın sənət vardı. Macarıstan krallığında şəhərlər sosial və etnik ziddiyyətlər mərkəzləri idilər. Avropanın bir çox başqa ölkələrində olduğu kimi şəhərlilər kimi bütövlükdə, feodallara qarşı idilər. Onlar feodal özbaşınalığına qarşı mübarizədə kralı müdafiə edirdilər.


Şəhərlərdə hakimiyyət ayrı-ayrı patris ailələrinin əlində idi və çox vaxt irsi keçirdi. Patrisiatın tərkibinə şəhər torpaq mülkiyyətçiləri, ən varlı tacirlər və sələmçilər daxil idilər. Bu zaman krallığın şəhərləri üçün şəhərin yuxarı təbəqələrinin feodallaşması səciyyəvi idi: ticarət və sələmçi kapitalın bir çox nümayəndələri feodallara- torpaq sahiblərinə çevrilirdilər. Macarıstan şəhərlərində patrisiatın çoxu almanlar idilər. Onların böyük hissəsi bura şəhərlərin meydana gəldiyi dövrdən sonra köçmüşdülər. Krallar onlara xüsusi himayəçilik göstərirdilər. Lakin XIV-XV əsrlər ərzində şəhərlərdə hakimiyyət iddiasında olan macar tacirləri və sələmçilərinin qüdrəti artdı. Sənətkar kütləsi isə getdikcə daha çox macarlar hesabına artırdı. Buna görə də patrisiatla şəhərin kütləsi arasındakı kəskin mübarizəni etnik ziddiyyətlər mürəkkəbləşdirirdi. Məsələn, Buda şəhərlilərinin 1439-cu ildə qalxmış üsyanı alman təzyiqini ləğv etmək şüarı altında keçmişdi.

XIV-XV əsrlərdə Macarıstanda mədən işçiləri coşqun inkişaf edir; ocümlədən qiymətli metallar və mis çıxarılması artır. Mədən sənayesinin inkişaf etdirilməsi hesabına gəlirini artırmağa çalışan kral hakimiyyətinin gördüyü tədbirlər də buna kömək etdi. Kral Karl Robert (1308-1342) 1327-ci ildə mədən islahatı həyata keçirdi. Həmin islahatla torpaqlarında 392 mədən işləri görülən feodalların hüquqları məhdudlaşdırılırdı.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin