Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Valaxiya, Moldaviya və Transilvaniya XV əsrin sonunadək



Yüklə 3,06 Mb.
səhifə197/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   193   194   195   196   197   198   199   200   ...   263
Orta srlr tarixi S D Skazkin

Valaxiya, Moldaviya və Transilvaniya XV əsrin sonunadək

Karpat dağları vadilərindəki torpaqlara və bundan cənuba doğru Dunayın ortalarına qədər uzanan, xeyli hissəsi qədim Dakinyanın tərkibinə daxil olan geniş ərazilərə, III əsrdə Roma ağalarının süqutundan sonra, qot, hunn, gelid və avar tayfaları dəfələrlə hücum etmişdilər; onlar qismən bu yerlərdəməskənləşmiş, qismən də qərbə doğru irəliləmişdilər. VI-VII əsrlərdə burada slavyanlar peyda oldular və möhkəm surətdə məskunlaşdılar. Onlar sonralar əsasının Romalaşmış Dakinyalıların nəsillərinin təşkil etdiyi əhali ilə qaynayıb qarışdılar. Slavyanlara məxus çay və dağ, aləti və başqa şey adları həmin uzaq keçmişi yada salır. Yerli əhali “voloxlar” adını da slavyanlardan almışdı ki, həmin ada ilk dəfə “Ötən günlərin dastanı” salnaməsində təsadüf olunur. Bu salnaməyə görə “voloxlar” slavyanlarla birlikdə IX əsrin sonlarında hazırda Ruminya Sosialist Respublikasının əhatə etdiyi ərazidə yaşayırdılar. Voloxlar və ya vılaxlar xalq latın dili deyilən dildə- romalıların danışıq dilində danışırdılar. Bu dili Dakiya tayfaları hələ Roma ağalığı dövründə qəbul etmişdilər. Müasir rumın dilinin əsasını da bu dil təşkil etdi.




Valaxiya,Moldoviya və Transilvaniya ərazisində feodal münasibətlərin meudana gəlməsi və inkişafı

Roma qullar imperiyasının dağılması və VI-XII əsrlər slavyan müdaxilələrindən sonra yerli Dakiya və slavyan tayfalarında feodallaşma prosesi başlandı. Bu prosesin əsasını, hətta keçmiş Roma Dakiyasının vilayətlərində də, Roma quldarlıq münasibətləri qalıqlarının cüzi təsiri ilə ibtidai icma quruluşunun tədriclə dağılması təşkil etdiyi üçün həmin proses əvvəlcə nisbətən ləng getdi.


IX-X əsrin əvvəllərinddə Valaxiya, Transilvaniya və Moldoviya torpaqlarının qismən feodallaşmış cənub slavyanları və şərq slavyanlarının dövlətləri ilə əlaqələrinin möhkəmlənməsi nəticəsində feodal münasibətlərinin bərqərar olması xeyli sürətləndi. Bu dövrdə Dunayla Cənubi Karpat arasındakı ərazi Birinci Bolqarısrtan dövlətindən asılı idi. Bolqar feodalları icma torpaqlarını zəbt edir, azad icma üzvlərini isə asılı sonra da təhkimli kəndlilərə çevirdilər. IX əsrin sonu – X əsrdə xüsusilə 865-ci ildə Valaxiya ,Transilvaniya əhalisinin və Moldaviya torpaqlarının qərb hissəsində yaşayan , o zaman bolqarların hakimiyyəti altında olan ,əhalinin xristianlığı qəbul etməsindən sonra ,bu yerlərdə monastırlar meydana gəldi ki, həmin monastırlar da icma torpaqlarını ələ keçirirdilər. Eyni zamanda ,X-XI əsirlərdə knezliklər adlanan bir sıra kiçik feodal mülkləri də meydana gəldi.Knezliklərə knyaz başçılıq edirdi. Onun geniş torpaqlari vardı;hərbi ,məhkəmə və inzibati hakimiyyətə malik idi. Bir neçə knyezlik bir voyevodalıq idi.Voyevodalığa voyevoda və ya qospodlar başçılıq edirdi.Müasir Rumıniya ərazisində feodal münasibətlərinin təşəkkülünə Rus dövlətində inkişaf etmiş feodal münasibətləri böyük təsir göstərirdi. Həmin ərazidə yaşayan xalqlar bu dövlətlə sıx bağlı idilər.


Göstərilən torpaqların şərq hissəsində valaxlar və moldavanlarla yanaşı şərqi slavyan tayfaları olan uliçlər və tiverlilər də yaşayırdılar. Moldaviya torpaqlarının bolqarlardan asılı olmayan hissəsində Qədim Rus dövləti ilə bir vaxtda xristianlıq qəbul edildikdən (989) sonra, burada, habelə Valaxiya və Transilvaniya ərzisinidə slavyan dili ( ta XVIII əsrin ortalarına qədər) oldu.


Valaxiya, Moldaviya və Transilvaniya XI-XIII əsrlərdə

Moldaviya torpaqları və Valaxiya torpaqlarının bir hissəsi X-XI əsrlərdə kifayət qədər uzun müddət Kiyev knyazlarının hakimiyyəti altında qaldı. 1116-cı ildə Kiyev knyazı Vladimir Monomax bura öz canişinlərini göndərdi.XII əsrdə bu torpaqlar Qalisiya knyazlığının tərkibinə daxil idi.Qədim Rus dövləti ilə sıx əlaqələr nəticəsində Moldaviya torpaqlarında ticarət-sənətkarlıq mərkəzləri-Romanov torq (Roman), Soçava(Suçava), Seret, Bayya, Malıy Qaliç(Qalas), Berlad(Bırlad), Yaskıy tork(Yassı) şəhərləri meydana gəlirdi. Bu şəhərlərdən Bizansa və başqa ölkələrə gedən ticarət yolları keçirdi. XI-XIII əsrlərdə, həmçinin Valaxiyada (Arceş,Tırqovişte,Kımplunq) və Translivaniyada(Kluj,Alba Yuliya,Orada Mare,Sibiu və b.) da şəhərlər meydana gəlir və inkişaf edirdi.


Feodal münasibətlərinin inkişafı prosesində tədriclə valax və moldavan xalqları təşəkkül edirdi.lakin bu proses Qərbi Moldaviya və Valaxiya torpaqlarında etnik tərkibi çox müxtəlif olması və daimi xarici müdaxilərlə əlaqədar olaraq uzun çəkdi. Bu torpaqlarda mövcud olan xırda dövlətlər iqtisadi cəhətdən bir-biri ilə zəif əlaqədar idilər. Daimi müharibələr,macarların yürüşləri əlaqələrin səhmana düşməsinə maneə olurdu.Müasir Rumıniya ərazisini XI əsrdən peçeneqlər,XII əsrdən isə qıpçaqlar (poloveslər və ya kumanlar) viran edirdilər.Kifayət qədər yüksək inkişaf etmiş bu diyarın iqtisadiyyat və mədniyyəti,nəhayət,1241-ci ildə monqol-tatar basqını nəticəsində şiddətli dağıntıya məruz qaldı. Iki ilin talançılıq və zorakılıqdan sonra monqol-tatarların əsas hissəsi çəkilib şərqə getdi. Lakin onların xeyli qüvvələri Moldaviya torpaqlarında qaldı və bu vilayət yüz ilə yaxın monqol-tatar zülmünün bütün dəhşətlərinə məruz qaldı. Valaxiya torpaqları da basqına məruz qaldı. Lakin monqol-tatarlar getdikdən sonra bu ərazi nisbətən əlverişli vəziyyətə düşdü. Burada xırda knyazlıq və boyevodalıqların nisbətən böyük knyazlıq halında birləşməsi üçün kifayət qədər əlverişli iqtisadi və siyasi şərait yarandı.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin