Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Feodallaşma sinfinin ayrı-ayrı qrupları arasında mübarizə



Yüklə 3,06 Mb.
səhifə192/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   188   189   190   191   192   193   194   195   ...   263
Orta srlr tarixi S D Skazkin

Feodallaşma sinfinin ayrı-ayrı qrupları arasında mübarizə

Feodallaşmanın başa çatmasının nəticəsi XIII əsrin ortalarına doğru mərkəzi hakimiyyətin zəifləməsindən ibarət oldu. İri dünyəvi və ruhani feodalların iqtisadi gücü artdı. HələXII əsrin 2-ci yarısında xüsusi torpaq mülkləri kral torpaqlarından (domen) az idi. Lakin bu vaxtdan etibarən iri dünyəvi və ruhani torpaq sahibləri kral mülklərindən paylanılan torpqa bəxşişləri hesabına öz mülklərini xeyli genişləndirirlər. Torpaq bəxşişləri paylanılması kral II Endrenin (1205-1235) hakimiyyəti illərində xüsusilə genişləndi. Onun zamanında feodal əyanların siyasi nüfuzu da olduqca artdı.


Bu şəraitdə xırda feodallar-“qəsr iobagionları” və “kral qulluqçuları “ nın hərəkatı başlandı. Onları kral kəndliləri kütləsi və bir-biri rəqabət aparan iri dünyəvi feodal fraksiyalarından biri müdafiə edirdi. II Endri 1222 və 1231-ci illərdə “ Qızıl bullalar” (qızıl möhürlə təsdiq olunmuş fərmanlar) verməyə məcbur oldu. İngiltərədəki “ Böyük azadlıqlar xartiyası” na çox oxşayan bu sənədlər hakim sinfin ayrı-ayrı təbəqələrinin malik olduqları imtiyazları, həmçinin bu təbəqələrə münasibətdə kral hakimiyyətinin mövqeyini təsbit etdi. Həmin sənədlərdə ifadə olunmuş feodal hüquq normaları bir neçə yüzillik boyu davam etdi. Kral hakimiyyətinin xırda və orta feodallarla əlaqədar siyasəti bununla ifadə olunurdu ki, mərkəzi hakimiyyət iri torpqa sahiblərinə qəsrləri ola bütöv mahallar bəxşiş verməməyi , xarici yürüşlərdə iştirak etmək müqabilində “ kral qulluqçuları “ na məvacib verməy, xırda feodalları iri sahibkarların özbaşınalığından qorumağı öhtəsinə alırdı. Kral bütün iri sahibkarlara onların imtiyazlı vəziyyətini-vergilərdən azad olunmalarını , şəxsi toxunulmazlıqlarını, əyalət idarəçiliyində həlledici rollarını saxlayacağına təminat verdi. Kral iri sahibkarlara, həmçini krala “müqavimət hüququ” deyilən hüquq da verdi. Kral bullalarda təsbit olunmuş imtiyazları pozardısa, onlar bu hüquqdan istifadə edə bilərdilər.Kral hər il əyanların nümayəndələrindən ibarət yığıncaq toplamalı idi. 1231-ci il fərmanı ruhani feodalların imtiyazlarını xüsusi olaraq


təsbit etdi. Dünyəvi və ruhani feodalların qüdrətinin artması XIII əsrin ortalarına doğru krallıqda feodal özbaşınalığının başlanması ilə nəticələndi.



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin