Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə207/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   203   204   205   206   207   208   209   210   ...   263
Orta srlr tarixi S D Skazkin

Balkanda türk istilaları.

Bizans dövləti XlV-XV əsrdə tənəzzülə uğrayırdı. Aramsız feodal didişmələri və taxt-tac müharibələri mərkəzi hakimiyyətin zəifləməsi , xalqın var-yoxdan çıxması, mailiyyə sisteminin dağılması və ordunun zəifləməsi –imperiyanın daxili vəziyyəti belə idi. Onun xarici siyasi vəziyyəti də kəskin şəkildə pisləşmişdir.


Xlll əsrin sonlarından başlayaraq Bizansın ən qorxulu düşməni Bizansı Kiçik Asiyadan sıxışdırıb çıxarmağa başlmamış türklər-Osmanlılar oldu. 1331-ci ildə Nikeyanın alınması ilə türklər bizansın kiçik Asiya yarmadasının istilasını başa çatdırdılar. 1352-ci ildə türklər Dardanelin Avropa sahillərində mühüm dayaq məntəqəsinin – Simpe qalasını və 1354-cü ildə


Qalipoli şəhərini tutdular. Bizans dövlətinin daxili tənəzzülündən istifadə edən türklər onun Avropadakı vilayətlərinin işğalına başladılar. 1363 –cü ildə l Sultan Murad Adrianopolu aldı və öz paytaxtını buraya köçürdü. Sonra Türklər Serbləri Kosova döyüşündə məğlub etdilər (1389) və Bolqarıstan çarlığını özlərinə tabe etdilər (1393).

XV əsrin sonları üçün Bizans əraziləri Konstontinopol və ona yaxın olan çox az sayda şərqi Frakiya şəhərlərinədək endirildi. Bu dövlətə həmçinin Egey dənizində bir neçə ada, Fessalonika və Pelonnes də daxil idi. Bu yerləri faktiki olaraq Türkiyə mülkləri faktiki olaraq paytaxtdan ayrı salınmışdı. Bizans imperiyası Osmanlı türklərinin vassalına çevrilirdi. Imperatorlar böyük məbləğli bac verməli, hərbi yürüşlər zamanı Sutanın ordusuna gəlməli idilər.


Lakin Bizansın başı üzərini almış bu ölüm təhlükəsi şəraitində də Bizansın ayrı-ayrı feodal qrupları arasında mübarizə davam edir və hətta qüvvətlənirdi. Bunların içərisində aydın sürətdə üç əsas cərəyan nəzərə çarpırdı: latınpərəstlər, ardıcıl provaslavlar və türkpərəstlər. Feodal əyanların mənafeyinin bir qismini əks etdirən, qərblə siyasi və iqtisadi əlaqələri olan latınpərəstlər belə hesab edirdilər ki, feodal Bizansı ancaq qərbin köməyi ilə saxlamaq olar. Bu məsələdə də qərbdən katolikliyə güzəştə getmək bahasına kömək zəruridir. Latınpərəstlər proqramı ancaq antivətənpərvər proqram olaraq qalmırdI, həmin proqram həm də qeyri-real idi. Çünki qərbi Avropa feodalları və papalıq heç də Bizansı xilas etmək istəmir, əksinə, burada öz ağalığını bərpa etmək istəyirdilər. Lakin provaslav cərəyan da xalq kütlələrini türk istilaçılarına müqavimət göstərmək üçün öz trafına toplya bilmədi. Bu cərəyanın başçıları yerarxları və saray əyanlarının bir qismə, əsas qüvvəsi saysız-hesabsız rahiblərdən ibarət idi. Doğma etiqadın saflığı uğrunda gedən mübarizənin örtüyü altında ancaq bircə arzu – öz gəlirlərini və rentanı kimliyindən asılı olmayaraq heç kəslə bölüşməmək arzusu gizlənirdi. Provoslav cərəyanın nümayəndələri heç bir real mübarizə proqramı irəli sürmədilər. Türkpərəst cərəyan açıqca dönüklük edirdi. Bu cərəyanı həm ayrı-ayrı feodal qrupları, həm də tacirlərin bir hissəsi – öz mal-dövlətini və imyitiyazlarını xilas etmək naminə açıq-aşkar vətənə məhəl qoymayan hissəsi müdafiə edirdi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin