Türk-Osmanlılara qarşı mübarizə. Konstantinopolun süqutu.
Türk təhlükəsi imperiyanın paytaxtı Konstantinopolun başı üstünü almışdır. Zəifləmiş Serbiya və Bolqarıstan türklərə müqavimət göstərə bilmirdilər. XV əsrin əvvəllərindən Türkiyə mülkləri Konstantinopolu dövrəyə almışdı. Bizansin süqutu ancaq ona görə yarım əsr təxirə düşdü ki, Teymurun ordusu Ankara döyüşündə Osmanlını dəhşətli məğlubiyyətə uğratdı. Türkiyədə Sultan Bəyazidin oğlanları arasında taxt-tac uğrunda silahlı mübarizənin başlanması, Anadoluda qalxan kəndli üsyanları Türklərin diqqətini bir müddət Bizansdan yayındırdı. Lakin artıq 142-ci ildə türklər Konstantinopolu hücumla almağa cəhd etdilər. ll sultan Murad Kiçik Asiyada Osmanlı əyanları yenidən qiyam qaldıracaqları üçün mühasirəni dayandırdı. Bizans Makedoniya və Frankiyada özünün bir sıra şəhərlərini Türklərə verməyə məcbur oldu, öz əlində isə keçmiş mülklərinin yalnız əhəmiyyətsiz hissəsini saxlamış oldu. 1430-cu ildə Türklər Bizansın ən böyük iqtisadi mərkəzi – Fessalonikanı ələ keçirdilər.
Belə şəraitdə Bizans nəyin bahasına olursa olsun qərbdən kömək almaq qərarına gəldi, 1439-cu ildə Florensiya kilsə yığıncağında və provoslav kilsələri arasında papa taxt-tacının başçılığının qəbul olunması şərti ilə ittifaq bağlandı. Belə qiymət bahasına satın alınmış ittifaqın da Bizansa heç bir xeyri olmadı. Hətta bu ittifaq Bizansn özündə mübarizə və siyasi
çəkişmələrin güclənməsinə səbəb oldu ki, bu da qüvvələrin türklərlə mübarizə üçün birləşməsinə mane olurdu.
1452-ci ildə türklər bilavasitə Konstantinopolu ələ keçirmək üçün hazırlıqlara başladılar. Onlar şəhəri mühasirəyə alıb onun xarici aləmlə əlaqəsini kəsdilər. 1453-cü ildə Sultan ll Mehmet şəhəri hər tərəfdən mühasirəyə aldı. Konstantinopol qalası ətrafına o dövr üçün əla hesab edilən artilleriya ilə sialahlanmış 200 000 –lik türk ordusu cəmlənmişdi, çoxlu gəmi isə şəhərin yolunu dəniz tərəfdən kəsmişdi. Bizans tarixçisi Dükanın dediyinə görə qalanın hər mühafizəçisinə 20 mühasirəçi düşürdü. Bundan başqa şəhər daxildə siyasi partiyalar arasında didişmə davam edirdi ki, bu da şəhərin müdafiəsini zəiflədirdi. Xalqdan qorxan və yeganə ümüdi yadelli muzdlu əsgərlərə , yunanlara, fransızlara , almanlara arxalanan hökümətin uzaqgörməz siyasəti nəticəsində son vuruşmada yunanların az bir hissəsi iştirak etdi. Ən önəmli istehkamların müdafiəsi muzdlu əsgərlərə tapşırılmışdır.
Konstantinopol müdafiəçilərinin qəhrəmancasına mübarizəsinə baxmayaraq şəhər 1453-cüilin mayın 29 da hücumla alındı və üçgünlük qarətə məruz qaldı. Axrıncı Bizans imperatoru Xl Konstantin Paleoloq döyüşdə öldürüldü. Şəhər sakinlərinin çoxu qılıncdan keçirildi və ya köləyə döndərildi. Əzəmətli saray və məbədlər talan olundu və yandırıldı. Bir çox gözəl incəsənət abidələri isə məhv edildi.
Konstanitinopolun süqutu ilə Bizans imperiyasının da varlığına son qoyuldu. Osmanlı imperiyasının paytaxtının adı dəyişdirilib İstanbul qoyuldu və Konistantinopola köçürüldü Türklər Konistantinopolun ardınca keçmiş Bizans dövlətinin Orta Yunanıstan və Peloponnesdəki başqa vilayətlərini də tutdular. 1461-ci ildə isə Trabzon İmperiyasının paytaxtı olan Trabzon da ələ keçirildi.
Dostları ilə paylaş: |