Kilsənin iqtisadi əsasının möhkəmlənməsi və onun Vl -Xl əsrlərdə feodallaşması.
Barbar basqınları və inqilabi üsyanlar zamanı kilsə öz mülklərini və əmlakını nəinki saxlaya bildi , hətta sərvətini xeyli artırdı. O feodallaşma prosesinə fəal kömək etdi və bu işdə az rol oynamadı. Artıq erkən orta əsrlərdə Qərbi Avropa ölkələrinin çoxunda torpaq sahələrinin mühüm hissəsi monastırların, yepiskopların , iri kilsələrin ruhani heyətinin əlində cəmlənmişdi. Kilsə asılı kəndlilərin əməyini qəddarlıqla istismar edirdi. Kilsə feodalları formalaşmaqda olan feodal yerarxiyasında mühüm yer tuturdular. Kralların və başqa dünyəvi hakimlərin vassalları olan bu feodalların özlərinin də çoxlu təkcə ruhani deyil, həm də çoxlu dünyəvi vassalları vardı. İri kilsə feodalları geniş toxunulmazlıq hüququna malik idilər. Kilsənin iqtisadi və ictimai nüfuzunun möhkəmlənməsində monastrların böyük əhəmiyyəti vardı. 529-cu ilə Nursialı Benedikdin yaratdığı Montekassino (İtaliyada) monastrı ilə ilk rahib cəmiyyətinin – benedikçilər ordeninin əsası qoyuldu. Bu cəmiyyətin nizamnaməsindən sonrakı erkən orta əsr monastrlarının yaradılmasında geniş istifadə olundu. Bu monastrların da çoxu benedikçilər cəmiyyətinə məxsus idi. Artıq VII – VIII əsrlərdə monastrlar və yekiskop mülkləri adətən iqtisadi həyat mərkəzləri idilər. Onlarla yanaşı çoxlu yarmarkalar keçirilirdi: onlara məxsus yerlərdə asılı kəndlilərin kolonların və serblərin əməyi ilə becərilən geniş təsərrüfatlar vardı. Varlanan monastrlar və yepiskoplar öz təsərrüfat fəaliyyətlərini daha da genişləndirir, öz mülklərini müflisləşməkdə olan icma üzvlərinin torpaqları hesabına, öz kəndlilərinin əməyi ilə meşələr, bataqlıqlar və boş yerləri mənimsəmək hesabına artırırdılar. Ən iri və varlı monastrlar Qərbi Avropa ölkələrinin həyatına da təsir göstəriridilər və. Kilsə getdikcə güclü mərkəzləşmiş xarakter alır və eyni zamanda iyerarxiya təşkilatı olurdu. Qərbdə və şərqdə kilsə təşkilatının ən aşağı özəyi dini məhəllələr idi. Dini məhəllələrə məhəllə keşişləri başçılıq edirdilər. Məhəllə keşişləri yepiskopun başçılıq etdiyi iyerexiyanın tərkibinə daxil idi. Hər bir yeparxlığın “dindarlar” icmasının təkbaşına başçısı olan yepiskop kilsədə xüsusi əhəmiyyət kəsb edirdi. Bir sıra yeparxlıqlar metropolya halında birləşmişdilər.Bu mitropoliyalara Şərqdə mitropolit, Qərbdə isə arxiyepiskop başçılıq edirdi. Şərqdə hələ V əsrdə daha yüksək dərəcəli kilsə birlikləri-patriarxlıqlar (Konstantinopolda, İskəndəriyyədə, Antioxiyada və Qüdsdə) meydana gəldi. Qərbdə Roma yepiskopu- papa patriarxlarla bərabər (sonralar isə onlardan daha yüksək) səviyyədə kilsənin idarə olunmasında yepiskop məclisləri böyük əhəmiyyət kəsb edirdi.
Yerli ( və ya məhəlli) məclislərə ayrıca əyalətin və ya bir neçə əyalətin yepiskopları toplaşırdılar; "ümumdünya məclislərinə" xristian kilsəsinin bütün yeni yepiskopları toplaşırdılar. Bu kilsə məclislərində ehkam, ayin, kilsənin təşkili məsələləri həll olunurdu (IX əsrdək belə məclisləri Bizans imperatoru çağırırdl).
Papalığın meydana gəlməsi Qərbi Avropa kilsənin qüvvətlənməsində böyük rol oynadı. IV əsrin sonu - V əsrin əvvəlində Roma papaları, müstəsna olaraq özləri üçün, papa, yəni kilsə başçısı adlanmaq hüququna yiyələnirdilər. Özlərinin kilsədə başçısı olmaq iddialarını papalar " apostol Pyotrun varisləri" olmaları ilə əsaslandırırdılar. Əfsanəyə görə o, Xristin Roma da ilk yepiskopu - , canişini olmuşdu. Qərbdə, xüsusilə Italiyads, qüvvətli dünyəvi hakimiyyətin olmamasından istifadə edən papalar V - VI əsrlərdə sürətlə yüksəldilər, faktiki olaraq, Roma yeparxlarının dünyəvi hakjmlərinə çevrildilər. Qərbi Avropa ölkələrində kilsə torpaq sahibliyinin inkişafı ilə əlaqədar olaraq bu torpaqlardan papanın sərəncamına müxtəlif rüsumlar daxil olmağa başladı. Papanın əlində olan torpaqların hamısı birlikdə "Müqəddəs Pyotr mülkü" (patrimonium S. Petri), onun özü isə həmin torpaqların ali senyoru hesab olunmağa başlandı. Kilsənin təşkili get-gedə feodal - iyerxia quruluşu kəsb etməyə başladı; ona papa başçılıq edir, ən aşağı pillələrin isə - məhəllə (prixod) keşişləri dururdu. VI əsrin sonlarına yaxın Qərbi Avropada papalıq bütün xristian kilsəsinə tamamilə başçılıq etmək iddiasını irəli sürməyə başladı. Papa I Qriqori (590-604) fəal surətdə Konstantinopol patriarxına qarşı çıxaraq onun "ümumdünya" kilsənin başçısı tituluna malik olmaq hüququnu inkar etdi.
Dostları ilə paylaş: |