Kilsə ilə dövlətin ittifaqı.
Papalığın bu kələkləri, habelə papaların Italiyada və Qərbi Avropanın qalan yerlərin siyasi nüfuz əldə etmək iddiaları istər kilsə daxilində, istərsə də dünyəvi hökmdarlar tərəfindən müqavimətə rast gəldi. Bu və nisbətən sonrakı dövrlərdə onlar Bizans imperatorları və Konstantinopol patriarxı ilə, Lanqobard kralları ilə, sonralar Frank, daha sonra isə Almaniya imperiyaları ilə hesablaşmalı oldular.
Lakin bütövlükdə, erkən orta əsrlərdə Qərbi Avropada kilsə ilə dövlət arasında sıx ittifaq vardı. Kilsə onun "mövcud feodalizm quruluşunun ən mühüm nəticəsi və ən mühüm sanksiyası sifəti" ilə çıxış edirdi. Kilsə onun öz nüfuzuna nə iləsə qəsd edənlərə qarşı olduğu kjmj, bu quruluşun düşmənləri ilə mübarizədə də diqüətlə işlənib hazırlanmış kilsə cəza sistemindən istifadə edirdi. Məsələn, "qovma" cəzası zamanı bu və ya digər cəza sistemindən istifadə edirdi. Məsələn “qovma” cəzası zamanı bu və ya digər adam kilsədən xaric olunurdu (yəni qovulurdu); “interdikt” (yəni “qadağan”) zamanı hər hansı vilayətdə və ya bütöv bir ölkədə bütün dini mərasimlər dayandırıldı; “anafema” (yəni “lənətləmə”) camaat qarşısında təntənəli lənətləmə mərasimindən ibarət idi; müxtəlif cür kilsə tövbələri və i. a. cəzalarda vardı. Bütün bu tədbirlər
zamanın mövhumatçı adamları üçün heç də dünyəvi hakimiyyətin kəsdiyi cəzalardan az dəhşətli və az təsirli deyildi. O dövrdəki təsəvvürlərə görə kilsənin himayəsindən məhrum olmaq insanın “əfv olunmaq” ümidini kəsr və onun üçün axirət dünyasında cəhənnəm əzabı təhlükəsi yaradırdı.
Erkən feodal dövləti də, öz növbəsində, kilsənin mənafeyni müdafiə edir, ona kömək göstərirdi. Gödək Pipin İtaliyad Papa dövlətinin yaradılmasında fəal iştirak etmişdi. Böyük karl kilsə ondabirini məcburi vergi kimi qanunlaşdırdı; həmin vergi bütün əhalidən alınmağa başlandı. Bu verginin əsas ağırlığı kəndlilərin üzərinə düşürdü. Onlar onda biri üç şəkildə ödəyirdilər: “böyük ondabir” –taxılla verilir; “kiçik ondabir” –tərəvəz,meyvə və ev quşlarına görə alınır; “qan ondabiri “ isə mal-qaradan alınırdı.
Erkən orta əsr cəmiyyətində kilsənin çox böyük nüfuzu təkcə onun sərvəti və dövlətlə ittifaqının nəticəsi deyil, həm də onun cəmiyyətin zehni həyatındakı inhisarçı mövqeyinin nəticəsi idi. O zaman ibtidai məktəb təhsili, ədəbiyyat, kitabların hazırlanması və köçürülməsi tamamilə kilsənin əlində cəmlənmişdi. Son dərəcə məhdudlaşdırlmış antik mədəni ənənə ünsürlərinin seçilməsi və mehafizə olunması bütnlüklə ondan asılı idi. Kilsənin bunlara öz ideoloji məqsədlərini həyata keçirmək üçün ehtiyacı vardı. O zaman az –çox savadı olan adamların hamısı –şairlər, yazıçılar, tarixçilər, müəllimlər başlıca olaraq ruhanilərin içərisindən çıxırdılar.
Dostları ilə paylaş: |