Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


Papalığın Şərq ekspansiyası və kilsələrin ayrılması



Yüklə 3,06 Mb.
səhifə213/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   209   210   211   212   213   214   215   216   ...   263
Orta srlr tarixi S D Skazkin

Papalığın Şərq ekspansiyası və kilsələrin ayrılması.

IX əsrin ortalarında papa I Nikoloyn (858-867) zamanında qərb və şərq kilsələri arasındakı toqquşma özünü xüsusi kəskinliklə biruzə verdi. Papalığın ərazi ələ keçirməyə çalışması və Bolqarıstanda papa elçilərinin peyda olması Papa I Nikolayla Konstantinopol patriarxı Foti arasında münaqişəyə səbəb oldu. Hər iki tərəfin çağırdığı kilsə məclislərində ( soborlarda) qərb və şərq kilsələri arasında ehkam, qanun-qayda və mərasim ixtilafları olduğu üzə çıxdı ki, bu fərqlər dövrümüzə qədər qalmışdır. Qərbdə belə hesab edirdilər ki, “müqəddəs ruh” (yəni ruhuqüds) bərabər sürətdə həm “ata-allah”dan, həm də “oğul-allah” dan (latınca filioque) törəyir. Şərqdə isə “müqəddəs ruh”un ancaq “ata-allah”dan törədiyi qəbul olunmuşdu. Qərb kilsəsi müqəddəslərin allah qarşısında “lazım olduğundan çox artıq xidmət göstərmələri” haqqında təlimə tərəfdar idi; guya bir “xidmət” də müqəddəs “bərəkət” ehtiyatı yaradır ki, kilsə həmin ehtiyat hesabına öz mülahizələrinə görə, adamların günahlarını bağışlaya və onların ruhuna “əbədi qurtuluş” verə bilər, hətta “günahların bağışlanması” haqqında fərmanlar – indulgensiyalar da sata bilərdilər. Şərqdə bu təlim rədd olunurdu. başlıca mərasim fərqləri bundan ibarət idi ki, katoliklərdə “Xristə qovuşma” mərasimi zamanı ruhanilər bu ayini çörək və çaxırla, dünyəvi adamlar isə ancaq çörəklə icra edirdilər; pravoslavlarda isə bu ayin icra olunarkən fərq qoyulmadan, bütün dindarlara həm çaxır həm də çörək verilirdi. Qərbdə beş barmaqla xaç çevirirdilər. Şərqdə isə xaç çevirmə üç barmaqla edilirdi. Qərb kilsədində ibadət hər yerdə ancaq latın dilində gedirdi. Pravoslav kilsəsində isə yerli dillərdə ibadət olunurdu. Qərbdə kilsə bütün ruhanilərdən subay qalmağı tələb edirdi. Şərqdə isə ancaq rahiblərdən subay qalmaq tələb olunurdu. bizans kilsədindən fərqli olaraq qərb kilsəsi ruhanilikdən çıxmağa yol vermirdi; dünyəvi adamlara Müqəddəs yazını oxumaq və izah etməyi yasaq edirdi; xristian kilsəsində papanı birinciliyini və kardinal təsisatını təsdiq edirdi. Şərqdə isə bu qəbul olunmurdu.


Lakin kilsələr arasında kəsilmək bilməyən mubahislərin real əsası, əsla ehkam, qayda-qanun və mərasim itilafları deyil tamamilə real əməli mənafey idi. Papalıq özünün dini-siyasi nüfuz dairəsini Şərqə yaymağa inadla can atırdı. Şərqd kilsəsi bu ekspansiyaya qətiyyətlə mane olurdu.


Şərq kilsəsinə qarşı mübarizədə, ilk dəfə olaraq, papa I Nikolay yalandan yepiskop Sevilyalı İsidora ( IV-VII əsrlər) aid edilən papa məktubları toplusundan istifadə etdi. Bu topluya (“Yalançı İsidorun dekretləri”nə ) kilsə məclislərinin qərarları barədə saxta sənədlər, “Konstantin bəxşişi” və başqa düzəltmə sənədlərdən ibrət yüzən artıq uydurma papa məktubları daxil edilmişdi. Bu “sənədlər”in də məqsədi papanın kilsədə birinciliyinin və papalığın dünya dövləti yaratmaq ideyalarını əsaslandırmaq idi. Sonralar rəsmi olaraq kilsə hüququ toplusuna daxil edilmiş “Yalançı İsidorun dekretləri”, bu vaxtdan etibarən XV-XVI əsrlərdə onların saxta


olduğu sübutedilənə qədər, papa ağalığının orta əsrlərdə hamı tərəfindən qəbul edilmiş əsasına çevrildi.

Papa IX Levinin Konstantinopola göndərdiyi elçilər 1054-cü ilin yayında Bizans patriarxı Mixail Kerullarini lənətlədilər. Mixail Kerullari də, öz növbəsində, kilsə məclisi topladı və papa elçilərini lənətlədi. Əvvəllər formal şəkildə vahid olan xristian kilsəsinin qəti olaraq qərb-Roma katolik kilsəsinə və şərq-Yunan katolik və ya pravoslav kilsəsinə parçalanması bu cür baş verdi. Kilsələrin ayrılması və onlardan hər birinin sonrakı inkişafını Bizansın və Qərbi Avropa ölkələrinin ictimai-siyasi inkişaf xüsusiyyətləri müəyyən edirdi. Kilsə Bizansda tamamilə imperator hakimiyyətinə tabe edildi: Qərbdə isə dünyəvi hakimiyyətə qarşı mübarizədə öz müstəqilliyini qorudu və uzun müddət siyasi cəhətdən başçı olmaq iddialarını saxladı.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin