Orta əsrlərin təriqətçilik hərəkatçıları.
Papa siyasətinin ən mühüm tərəfi təriqətlətlərə qarşı mübarizədən ibarət idi. Təriqətlər rəsmi kilsə ehkamlarından bu və ya digər dərəcədə uzaqlaşan din təlimləri idilər. Təriqətlər xristianlığı müstəqil bir din kimi ilk addımlar atmağa başladığı dövrdən başlayaraq bütün varlığı boyu müşahidə etmişdir. Lakin təriqətçilik hərəkatları məhz feodalizm dövründə çox böyük vüsət və əhəmiyyət kəsb edirdi.
Xristian dini orta əsr Qərbi Avropasında ancaq feodallar sinfinin dünyagörüşünü deyil, bir hakim məfkurə kimi, həm də bir çox cəhətdən xalq kütlələrinin şüurunu da müəyyən edirdi. Enkelsin yazığı kimi onların hissləri “ancaq dini qida ilə qidalandırılmışdı”. Bele bir şəraitdə hər hansı hətta rəsmi ortodoksiyaya düşmən olan, ictimai təlim və hərəkat belə labüt olaraq ilahiyyat forması almalı idi. Təriqətçilik hərəkatlarının əsasını feodalizm qruluşunun ayrı-ayrı tərəflərinə və ya bütövlükdə feodalizmə qarşı ictimain etiraz təşkil edirdi. Lakin katolik kilsəsi mövcud qayda-qanunları nəzəri baxmından əsaslandırdığı və təsdiq etdiyi üçün, onların “ilahi sanksiyası” rolunda çıxış etdiyinə görə “feodalizm üzərinə ümumi formada ifadə olunan bütün hücumlar və hər şeydən əvvəl kilsə üzərində olan hücumlar , bütün inqilabi nəzəriyyələr-ictimai və siyasi nəzəriyyələr, başlıca olaraq, eyni zamanda həm də ilahi təriqətlərindən ibarət olamalı idilər. Mövcud ictimai munasibətlərə hücumun mümkün olması üçün onun üzərindən müqəddəslik parıltısını yox etmək lazım idi.
Erkən orta əsrlərdə, hələ feodal münasibətlərinin təşəkkül etmədiyi, feodal ictimai və onun həyata keçirilməsi vasitələrinin (o cümlədən əsas ideoloji təsir forması kimi katolikliyin də) isə ümumi xarakter almadığı bir şəraitdə Qərbi Avropa hələ kütləvi təriqətçilik hərəkatlarının nə olduğunu bilmirdi. Lakin təriqətçi təlimlər üçün hələ o zaman əlverişli zəmin
vardı. X-XI əsrlərdə Şimali İtaliya və Cənubi Fransada təriqətçilərin inkişafına boqomilər təriqəti də böyük təsir göstərdi.
İnkişaf etmiş orta əsrlər dövründə Qərbi Avropada təriqətçilik hərəkatının yüksəlişi, ilk növbədə şəhərlərin meydana gəlməsi və inkişafı ilə bağlı idi.
Feodalizm cəmiyyətində şəhərlilərin silki hüquq bərabərsizliyi, şəhər əhalisinin aşağı təbəqələrinin təkcə dünyəvi feodallar və kilsə feodalları tərəfindən deyil, həm də şəhər tacirləri və patrisilər tərəfindən istismar olunması, ictimai ziddyyətlərn kəskinliyi, nəhayət nisbətən (kəndlə müqayisədə ) fəal ictimai həyat şəhərləri əsl təriqət mərkəzlərinə çevrilmişdi. Təsadüfü deyil ki, şəhərlərin ən erkən və coşğun inkişaf etdiyi Şimali İtaliya, Cənubi Fransa, Reyn vilayəti, Flandriya, Şimal-Şərqi Fransa, Qərbi Almaniya kimi vilayətlər, eyni zamanda təriqətçilik hərəkatlarının ən fəal inkişaf etdiyi mərkəzlər idilər.
Şəhərlərin inkişafı təriqətlərin kəndə də yayılmasına kömək etdi. Əmtəə pul münasibətlərinin inkişafı və bununla əlaqədar olaraq kəndlilərin ühüm bir hissəsinin vəziyyətinin pisləşməsi kəndli kütlələrinin təriqətçilik hərəkatlarına cəlb olunması üçün zəmin yaradırdı. Kilsə feodalları, xüsusilə öz hakimiyyətləri altında olan şəhərlərin özünü idarə hüququ əldə etmək cəhdlərinə, öz mülklərində yaşayan kəndlilərin şəxsi azadlıq əldə etməsinə qızğın surətdə əngəl törətdiklərinə görə kilsə əleyhinə əhvali-ruhiyyə, təriqətçilik əhvali-ruhiyyəsi güclənirdi. Bu dövrün bütün ictimai hərəkat və sinfi muqavimət formaları dini pərdə altında gedirdi. F.Enkels yazmışdır:”Feodalizmə qarşı inqilabi muxalifət bütün orta əsrlər boyunca davam etmişdir. O dövrün şəraitinə uyğun olaraq gah mistika, gah açıq bidət gah da silahlı üsyan şəklində baş verir.
Dostları ilə paylaş: |