Kiləsənin təriqətçilik hərəkatlarına qarşı mubarizəsi İnkvizisiya.
Təriqətçilik ideyalarına və din əleyhinə olan cərəyanlara qarşı kilsə amanız fanatizm və barışmazlıqla mubarizə aparırdı. XII-XIII əsrlərin kilsə məclisləri (sobaları) bu mubarizədə fəal iştirak etməyi təkcə ruhanilər qarşısında deyil, dünyəvi hakimiyyət qarşısında da bir vəzifə olaraq qoyurdu. Müxtəlif vaxtlarda kilsə məclislərində (sobalarda) katarlar, patariyalılar, valdaçılar, sonralar isə beginlər mürtəd elan olunmuşdular (lənətlənmişdilər).
Flory İoaxim, Benli Amori, sonralar Pyotr Olivi, XV əsrdə isə Çon Biklif və Yan Qusun (husun təlimləri bidət hesab olundu və yasaq edildi. Təriqətçi cərəyan və məzhəblərin yüzlərlə rəhbəri məhkum edildi və yandırıldı. Sıravi təriqətçilər isə amansızcasına təqiblərə məruz qaldılar. Təriqətçilərə qarşı ən qanlı divan forması kilsə və papalıq tərəfindən ruhlandırılan xaç yürüşləri idi. Albiqoyçulara (1209-cu ildə başlanmışdır) və apostol qardaçlarına qarşı (1306-1307-ci illər) xaç yürüşləri, qusçulara (husçulara) qarşı beş xaç yürüşü (1240-1431- ci illər) və s. Buna misal ola bilər.
Təriqətlərə qarşı mubarizədə inkvizisiya(latınca inquisitio-təhqiqat sözündən) xüsusi rol oyanyırdı. XII əsrin sonlarında kilsə məhkəməsi forması meydana gələn, əvvəllər yepiskoplar tərəfindən həyata keçirilən inkivizasiya tədriclə onların nəzarəti altındann çıxarıldı və XIII əsrin birinci yarısında çox böyük səlahiyyəti olan və bilavasitə papaya tabe olan müstəqil təşkilata çevrildi. İnkvizisiya, tədriclə, təriqətçilərin işi ilə əlaqədar olaraq xüsusi axtarış və məhkəmə təhqiqatı sistemi yaratdı. Inkivizasiya casusluq və çuğulluqdan geniş istifadə etdi. O dolaşıq sözgüləşdirmə (səfsətə, sofizm) kələkləri vasitəsilə öz qurbanlarını günahlarını boynuna almağa məcbur edir, inad göstərənlərə isə kəskin işkəncələr verilirdi. Məhkum edilənlərin musadirə olunmuş əmlakının bir qismi göstərdikləri ciddi-cəhd muqabilində inkvizisiyaçılar və onlara çuğulluq edənlər arasında mukafat olaraq bölüçdürülürdü. Artıq XIII əsrdə inkvizisiya təriqətçilərlə yanaşı azad fikirlilik büruzə edən alim və filosofları da təqib etməyə başladı. İnkvizisiya riyakarçasına “qan tökməmək” prinsipi elan etmişdi. Buna görə də təriqətçilik üstündə tutulanlanlar cezalandırılmaq üçün dünyəvi hakimlərin əlinə verilirdi. Təriqətçilərdən ötrü ən keniş yayılmış cəza tonqalda yandırdılma, ozu də, xeyli hallarda qrup halında yandırılma (buna aytodafe-portuqalca aouto-da-fe- etiqad işi) cəzası idi.İnsanlıq tarixinin ən faciəli səhifələrinən biri inkvizisiyanın fəaliyyəti ilə bağlıdır.
Dostları ilə paylaş: |