Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


XII-XIII əsrlərin başlıca təriqətçilik hərəkatları



Yüklə 3,06 Mb.
səhifə218/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   214   215   216   217   218   219   220   221   ...   263
Orta srlr tarixi S D Skazkin

XII-XIII əsrlərin başlıca təriqətçilik hərəkatları.

Artıq XI əsrin əvvəlində Qərbi Avropada – Şalonda, Orleanda , Arrasda(Fransa),Monforta (İtaliya ), Qoslarda (Almaniya) ayrı-ayrı təriqətçi hərəkatları yayılmışdı. XI əsrin ikinci yarısında İtaliya şəhərlərində (Milan,Flonrensiya ) geniş xalq hərəkatları yayıldı. Bu hərəkatların iştirakçıları yoxsulluq tərki-dünyalıq təbliğ edir, dini mərasimləri rədd edirdilər. Bu hərəkatlar içərisində Milan patariyası (Milanda dilənçilərin, nimdaş paltar alverçilərinin və b. Yaşadıqları “Patariya” məhəlləsinin adı ilə əlaqədar olaraq belə adlandırılmışdır) xüsusilə məşhur idi. əksəriyyəti şəhər yoxsullarından ibarət olan patariyalılar, kəskin surətdə ruhanilərin sərvətinə qarşı çıxır, hüquqlarına hücum edirdilər onlar məsələn, ruhaniləri subay həyat sürməyə çağırırdılar.


Bununla bərbaər onlar varlı tacirlərə və əyanlara qarşı çıxırdılar. Lakin bu erkən hərəkatlar, əsasən, mənfi xarakter daşıyırdılar və işlənib hzırlanmış müsbət məramnaməyə malik deyildilər. Ilk dəfə mustəqil təriqətçi təlim yaradanlardan biri Breşialı Arnold idi. O, XII əsrin ortalarında Romada papa əleyhinə üsyana başçılıq etmişdi. Öz dövrünün kilsəsini kəskin tənqid edən Breşialı Apnold İncilə müraciət etmiş və oradan çıxardığı nəticəyə əsaslanaraq hakimiyyətin dünyəvi adamlara verilməsini tələb etmişdi. Burkerlərin yerli yepiskopluğa və onu müdafiə edən papalığa qarşı mubarizəsi şəraitində bu tələb doğulmaqda olan Roma şəhər kommunasının siyasi proqramını əks etdirirdi. Onun yaratdığı təriqət (arnoldçular)-erkən burger təriqətçi öz rəhbərinin edamından sonra da yaşamaqda davam edirdi; həmin təriqət ancaq XIII əsrin əvvəlində başqa təriqəti cərəyanlar kütləsi içərisində əriyib getdi.

Bir sonra Qərbi Avropa ölkələrində təriqətçilik hərəkatlarının XII əsrin ikinci yarısında və XIII əsrə təsadüf edir. Həmin yüzilliklərdə təriqətçilik hərəkatları Cənubi Fransa və Şimali İtaliyada xüsusilə çox idi. Bu yerlərdə təriqətçilik əhalinin xeyli hissəsini təşkil edirdilər. Bu dövrdə təkcə bir Lombardiyaa arnolduçular , katarlar , valdenslər, “Lombardiya yoxsulları” fratiçelli (qardaşlar), apostol qardaşları, flakellanslar (flakellantlar və bir çox başqa təriqətlər fəaliyyət göstərirdilər. Bu zamankı təriqətçilik hərəkatlarının səciyyəvi xüsusiyyəti bundan ibarət idi ki, bu təriqətlərin böyük əksəriyyəti burger təriqəti olsalar da, həmin təriqətlərin bir çoxuna hələlik burger cərəyanından ayrılmamış kəndliplebey təriqəti ünsürləri də daxil idi.


XII əsrin ən kütləvi təriqətçilik hərəkatlarından biri katarlar (yunanca “kataros “-saf,təmiz ) təriqətidir. Bu təriqətdə burger cərəyanı ilə bərabər kəndli-plebey cərəyanı da nəzərə çarpır. Katarların təlimi antifeodal xarakter daşıyırdı; onlar dövlət hakimiyyətini tanımaqdan imtina edirdilər; fiziki zorakılığı və qan tökülməsini rədd edirdilər. Onlar katolik kilsəsini, habelə bütünlükdə bu dünyanı şeytan əməli, papanı isə onun canişini hesab edidilər; buna görə də onlar rəsmi kilsənin ehkamları və mərasimlərini, onun iyerarxiyasını rədd edir, kilsə sərvəti və hakimiyyətinə qarşı çıxırdılar. Onların təlimində boqomilçilik təliminə yaxın olan ilkin təsəvvürlər –dünyada əskidən xeyir və şər başlanğıclarının mübarizə aparması haqqında təsəvvürlər güclü idi. Katarlar öz kilsə təşkilatlarını yaratmışdılar. Bu kilsə təşkilatı tərki dünyalıq bu kütləyə aid edilmirdi; onlar sərbəst olaraq müxtəlif peşələrlə məşğul ola bilərdilər. Katarlıq bütün Cənubi Avropa ölkələrinə geniş yayılmışdı; bu yerlərdə həmin təriqət çox vaxt başqa təriqətlərlə (Langedokda valdenslərlə, Lombardiyada patariyalarla və s.) qaynayıb qarışır, onlara radikallaşdırdıcı təsir göstərirdi.


XII-XIII əsrlərin təriqətçiləri içərisində Florlu (və ya Kalabriyalı) İoaximin (tərq. 1132-1202) ideyaları böyük təsirə malik idi. O, həmin dövrün ən böyük zahidlərindən (mistiklərindən) biri idi. Florlu İoaxim xristian allahının üç sifətini dünya tarixinin üç erası kimi izah edirdi. O öyrədirdi ki, əvvəlcə “ ata allah”ın hakimiyyəti hökümranlıq etmişdir. Bu hakimiyyət sərtliyi, kölə tabeçiliyi ilə fərqlənirdi; “ata allah”ın hakimiyyəti Əhdi-ətiqdə təcəssüm olunmuş qədim “Moisey qanunları” ilə tənzim olunurdu. “Ata allah”ın hakimiyyəti əvəz etdi; “oğul allah”ın hakimiyyəti İncilə, Əhdi-cədidə əsaslanır. Üçüncü eranı-“müqqəddəs ruh”, “Əbədi İncil” erasını isə o həqiqi məhəbbət və tam azadlıq erası kimi izah edirdi; əbədi ədalət də bu erada bərqərar olacaqdı. İoximçilərin fikrincə Yer üzərində sülh və həqiqət səltənəti 1200-lə 1260-cı illər arasındakı dövrdə başverəcək “ümumdünya çevrilişi” nəticəsində başlanacaqdır. Zahdlikdə (mistika) aşılanmasına baxmayaraq ioximçilərin təlimi feodalizmə düşmən məzmuna malik idi.


“Cənnətin” ancaq o dünyada mümkün ola biləcəyini öyrədən kilsə ehkamının əksinə olaraq bu təlim insanlara tezliklə real yer dünyasının əzablarından xilas olacaqlarını vəd edir, mövcud qayda-qanunların keçici olduğunu və onların məhvinin labüdlüyünü təsdiq edirdi. Bu nihilizm təlimi kəndli-plebey muxalifətinin feodalizm qruluşuna qarşı ən erkən təzahürlərindən biri idi ki, bu muxalifət də ictimai ədalət haqqında təsəvvürü həmin qruluşun məhv edilməsi ilə əlaqələndirirdi. Buna görə də ioximçilik ideyaları xalq içərisində uzun müddət böyük kütləviliyə malik oldu və orta əsrlərin ən qətiyyətli təriqətçi fikir nümayəndələrinin- Dolçino başda olmaqla apostol qardaşlarının və b.-nın yaradıcılığında daha da inkişaf etdi.

Təriqətçilər içərisində İncil ideyaları xüsusilə geniş yayılmışdı. Erkən xristian kilsəsi qayda-qanunlarının dirçəldilməsi xəyalında olan saysız –hesabsız təriqətlər içərisində XIII əsrdə valdenslər təriqəti xüsusi əhəmiyyət kəsb etdi.


XII əsrin son rübündə yaşamış varlı Lion tacirinin oğlu Pyotr Vald (Valdo,Valda) özünün bütün əmlakını arvadına verərək, fəal surətdə, yoxsulluq və tərki-dünyalıq təbliğ etməyə başladı. Onun ardıcılları-valdıçılar keşişləri kəskin tənqid etməklə yanaşı, kilsə ehkamlarına etirz edən ideyalar irəli sürürdülər. Onlar məhşər ayağını, dini mərasimlərin çoxunu, ikonaları, duaları, müqəddəslərə sitayişi, kilsə iyeyarxiyasını inkar edirdilər. Valdıçıların idealı “yoxsul” apostol kilsəsi idi. Onlar ( həmçinin kilsə ondabirinə, vergilərə, hərbi, xidmətə feodal məhkəməsinə qarşı çıxır və ölüm cəzasını rədd edirdilər. Bu görüşlər onları katarlarla yaxınlaşdırdı;


XII əsrin sonlarında katarlar və valdaçılar Cənubi Fransada ümumi ad-albiqoyçular adı altında virgə fealiyyət göstərirdilər. XII əsrdə valdaçılar parçalandılar. Onların bir hissəsi (“katolik yoxsulları”) bəzi ibadət xüsusiyyətlərinin və vəz etmək hüquqlarının qəbul edilməsi şərti ilə katolik kilsəsi ilə yaxınlaşırdı. Valdaçılrın ifrat qrupu katarlara qarışıb İtaliyaya getdi. İtaliyada onlardan bir sıra yeni təriqətlər (“Lombardiya yoxsulları” və s.) ayrıldı. Valdaçıların digər bir hissəsi də Almaniya, Çexiya və Polşa köçdü. XIV əsrdə bu ölələrdə kəndlilər və xırda şəhər sənətkarları içərisində valdaçılıq geniş yayıldı. Valdaçı qruplarından biri də İsveçrə və Savoyyanın geriə qalmış və əçatmaz yerlərində fəaliyyət göstərirdi. Burada valdaçılıq, F. Engelsin dediyi kimi, “patriarxal Alp çobanlarının onların içərisinə feodalizmin soxulmasına” olan munasibətlərini ifadə etməyə başladı.


İtaliyada İncil ideyalarına onlarla müxtəlif təriqət inam bəsləyirdi. Bu ideyalar həm şəhər, həm də kənd əhalisi içərisində son dərəcə geniş yayılmışdı. Çox vaxt tərki-dünyalıq təbliği və tövbə etmə, flagellantlar hərəkatında olduğu kimi, ifrat formalar alırdı. Flagellantlar (“qırmanclayanlar”) cır-cındır içərisində, ayaqyalın yollarda və küçələrdə çıxır, camaat qarşısında özlərinə işkəncə verir, öz tərəfdarlarını vəcdə getirirdilər. Bu hərəkət 1260-cı ildə vaxtı ilə ioximçilərin qabaqcadan xəbər verdikləri “ilahi çevriliş” dövründə xüsusilə kütləvi oldu; sonralar isə tənəzzül etmeyə başladı.


XII və XIII əsrlərdə təriqətlər yalnız əhalinin aşağı təbəqələri içərisində deyil, həm də şəhərlilərin ziyalı hissəsi - şəhər məktəbləri və universitetlərinin müəllim və tələbələri içərisində də yayılmışdı. Msəslən, Breşialı Arnold azadfikirli filosof Abelyanın şagirdlərindən və davamçılarından biri idi.


Paris universitetinin magistrı Benli Mori XIII əsrin əvvəlində kilsəyə düşmən olan panteist təlimlə çıxış etdi və tezliklə “ yer üzərində ilahi səltənətin”in başlanacağını bildirdi.


1210-cu ildə bu təlim təriqətçi təlim hesab olundu, onun ardıcılları- amalrikanlar isə tutulub yandırıldılar.



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin