Qusçu hərəkatı
Alman ruhanilərinin sui-istifadələrinə qarşı çıxışlar, katolik kilsəsinə qarşı müxalifət və milli çex kilsəsi uğrunda mübarizə dini forma almış geniş ictimai hərəkata çevrilmişdi. Bu hərəkat əvvəllər çex xalqının müxtəlif sosial təbəqələrini- burgerləri, kəndliləri, şəhər və kəndin plebey ünsürlərini, feodalların bir hissəsini, xüsusilə xırda və orta feodalları birləşdirirdi. Bu hərəkata Praqa universitetinin ilahiyyat professoru Yan Qus(hus) (təqr. 1369-1465) başçılıq etmirdi. O, kartolik ruhanilərinin eyiblərini açıb tökür, kiləs sərvətlətinə qarşı çıxır və kilsə əmlakının müsadirə olunmasını tələb edirdi. Con Biklifin bəzi müddəaları ilə razılaşan Qus belə hesab edirdi ki, insanların əbədi qurtuluşu allahın idarəsi ilə müəyyən olunur. Buna görə də onların küllü miqdarda ruhanilərə ehtiyacı yoxdur. Qus Papanı yer üzərində Xristin canişini kimi tanımışdır, kilsə iyerarxiyasının zəruriliyini rədd edirdi. O, Romadan aslı olmayan milli çex kilsəsinin yaradılamasını tələb edirdi. Qusun vəzləri sadə xalqa rəğbət ruh ilə aşılansa da o, “burger təriqəti”nin nümayəndəsi idi. Lakin bubnla belə o, almanların təzyiqindən azad olmaq uğruna mübarizədə çexlərin ideoloqu idi. Qus öz əsərlərini çex dilində yazmış bu dinin qramatikasını tərtib etmiş, Bibliyanı çex dilinə çevirmişdi. O, Praqa universitetində ağalıq edən almanlara qarşı mübarizəyə başçılıq etmişdi. Bu mübarizədə universitet idarəsinin çexlərə verilməsi (1409) və Yan Qusun universitetin rektoru seçilməsi ilə baş çatmışdı.
Katolik kilsəsi və Çexiyanın alman ruhaniləri Qusa qarşı qəddarcasına mübarizə aparırdılar. Əvvəlcə Qus kilsədən xaric edildi və Praqanı tərk etməli oldu (1412). Bir qədər sonra isə papa onu Konstanta kilsə məclisinə çağırdı. Burda Qus öz əqidəsinə görə bir təriqətçi kimi mühakimə edildi və tonqalda yandırıldı (1415).
Qusçu müharibələri.
Qusun yandırılması Çexiyada və onun hüdudlarından xaricdə qəzəb fırtınası doğurdu. Bu divana cavab olaraq. Çexiyada qus müharibələri başlandı. Bütün ölkə iki cəbhəyə parçalandı: feodal katolik cəbhəsi.
Birinci cəbhə ali ruhanilər, iri çex feodalları –panlar, şəhər parisiatı və aşağı zadəgarların bir qismindən ibarət idi; ikinci cəbhəyə isə kəndlilər, şəhər sənətkarları, xırda və orta tacirlər usta köməkçiləri və muzdulu fəhlələr, həmçinin orta aşağı ruhanilərin, xırda və orta cəngavərlərin çox hissəsi daxil idi.
Çox keçmədən qusçu cəbhəsində əlahiddə bir radikal qruplaşma meydana gəldi. Bu qruplaşma taborçular (Çexiyanın cənubunda onların mərkəzi olan Tabor şəhərinin adından) adını aldı. Həmin qrupun əsasını kəndlilər və sənətkarlar təşkil edirdilər. Onlar təcrübəli sərkərdə Yan Jijkanın başçılıq etdiyi ordu yaratdılar. Taborçular feodal qayda qanunlarına vergilər və mükəlləfiyətlərə qarşı çıxır, katolik kilsə təşkilatı və iyerarxiyasını rədd edirdilər. Onların seçki yolu ilə müəyyən edilən öz keşiişləri vardı. Taborçuların bir qismi əmlak ümumliyinə nail olmağa çalışırdılar.
Kəndli-plebey təriqətinə yaxın olan taborçular inqilabi mübarizə üsullarına tərəfdar idilər.
Taborçuların kəndli-plebey ordusu qusçu müharibələrində əsas hərbi qüvvə idi.
Kəndli hərəkatı rəhbərləri görüşlərinin qətiyyətliliyi, tədriclə burgerlər və cəngavərlərin- kilsədə burger islahatları keçirilməsi tərəfdarlarının taborçulardan uzaqlaşmasına səbəb oldu. Qusçu hərəkatındakı bu mülayim (mötədil cəbhə “fincançılar” (“çaşniklər”) adı aldı. Çünkü onların ən mühüm çağırışlarından biri dünyəvi adamların yalnız çörəklə deyil, həm də bir fincan çaxırla “xristə qovuşması”,yəni priçastie ayini icra etməsi-katolik kilsəsində yalnız ruhanilər bu cür “xristə qovuşurdular” –tələbindən ibarət idi.
Çexiyada qusçuluq hərəkatının geniş vüsət alması Roma papasının təriqətçilərə - qusçulara xaç yürüşü elan etməyə vadar etdi. Çexiyanın özündəki və onun hüdudlarından xaricdəki feodal –katolik qüvvələrinə imperator Sigizmund başçılıq edirdi. Papa və Almaniya imperatoru 1420-1431-ci illərdə qusçulara qarşı cəmi beş xaç yürüşü təşkil etdilər. Lakin bu yürüşlər səlibçilərin məğlubiyyəti ilə nəticələnirdi. Qusçu hərəkatı sırf çexiya işi olaraq qalmadı və Çexiya ilə sərhəd yerlərdə də kənlilər içərisində həyəcanlara və inqilabi çıxışlara səbəb oldu; bu hərəkat Avropanın bir çox başqa ölkələrində, hətta Çexiyadan uzaqda olan ölkələrdə (İngiltərədə, Farnsada, Flandriyada, İspaniyada), habelə Balkan yarımadasının slavyan ölkələrində, Bizansda və b. ölkələrdədə əks səda doğururdu. Taborçular Almaniya üzərində hücuma keçdilər. Onlar Almaniya ərazisinə- Bavariya, Saksoniya və başqa vilayətlərə daxil oldular. Taborçular yürüşlər zamanı öz təlimlərini Almaniyanın xalq kütlələri arasında yayaraq, Baltik dənizi sahillərinə qədər gəlib çatdılar. Alman kəndliləri taborçuların ordusuna daxil olur, öz dünyəvi və ruhani feodallarına qarşı mübarizəyə qalxırdılar. Kəndli üsyanları təkcə Almaniyanın ayrı-ayrı hissələrində deyil, eyni zamanda Macarıstan, Avstriya, Polşa, Fransa, Flandriya və b. ölkərdə də alovlanırdı. Buna görə də qusçu hrəkatını yatırmaqda bütün katolik Avropasının marağı vardı. Katolik kilsəsinin Bazeldə keçirilən bu məqsədlə fincançılarla (çaşniklərlə) danışıqlar apardı və saziş (1433-cü il Praqa kompaktatı adlanan saziş) bağladı; Bazel kilsə məclisi dünyəvi adamlarında bir fincan çaxırla “xristə qovuşmasına” yəni priçastie ayini icra etməsini qəbul etdi və kilsə əmlakının başverməkdə olan müsadirəsi ilə razılaşdı. Bu saziş fincançıların qəti olaraq taborçulardan ayrılması emək idi. Bundan sonra fincançıların və katolik papalarının birləşmiş qüvvələri 1434-cü ildə Lipan vuruşmasında taborçu qoşunlarını darmadağın etdilər. ayrı-ayrı taborçu icmalarının salamat qalmasına və XV əsrin ikinci yarısına qədər yaşamasına baxmayaraq bu məğlubiyyət taborçuluq hərəkatının sonu oldu.
Orta əsrlər Avropasında feodalizm əleyhinə qüdrətli hərəkatlardan biri olan qusçu hərəkatının böyük beynəlxalq əhəmiyyəti oldu bu hərəkat Avropanın bütün ölkələrində feodalizmə qarşı mübarizənin yüksəlişinə səbəb oldu. Qusçuluq, o cümlədən taborçuluq ideyaları Mərkəzi və Qərbi Avropada yayılaraq kəndliləri və şəhər əhalisinin aşağı təbəqlərini dünyəvi və ruhani feodallara qarşı mübarizəyə qalırdı.
Dostları ilə paylaş: |