Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə229/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   225   226   227   228   229   230   231   232   ...   263
Orta srlr tarixi S D Skazkin

Çexiya XIV əsrdə.

XIII əsrdən başlayaraq Avropanın beynəlxalq münasibətlərində Çexiya böyük rol oynayırdı. Çexiya formal olaraq Almaniya imperiyasının tərkibinə daxil idi. Lakin XII əsrin ortalarından əslində müstəqil dövlət idi. Almaniya imperatorunun vassalları olan çex kralları Çexiyada nüfuz edən alman təsirinə qarşı durmur, hətta almanların burda məskunlaşmasına qismən himayə də göstərirdilər. Bu da ölkədə ictimai, siyasi, milli və dini ziddiyyətləri kəskinləşdirir və Çexiya ilə Almaniya imperiyası arasında şiddətli münaqişələrə səbəb olurdu.


XIV əsrin ortalarında Çexiyada sosial ziddiyətlər kəskinləşdi. Əmtəə-pul münasibətlərinin inkişafı yeni şəraitdə öz təsərüfatlarını qurmağa uyğunlaşa bilməyən xeyli miqdarda xırda və orta feodalların (şlaxtanın) müflisləşməsinə səbəb oldu. İri feodallar (panlar) öz mülklərini kəndlilərin və aşağı zadəganların hesabına genişləndirməyə çalışırdılar. Bunların işərisində Almaniyadan gəlmə feodallar çox idi. Kəndlilərin mükəlləfiyyətləri artıq, onların arasında əmlaka görə təbəqələşmə dərinləşir, aztorpaqlı və torpaqsız kəndlilərin sayı çoxalırdı. Kəndlilər kilsə tərəfindən xüsusilə amansız istismara məruz qalırdılar. Buna görə də təbiidir ki, kəndlilərin artmaqda olan narazılığı antifeodal hərəkətə çevrilirdi. Bu hərəkatlar çox vaxt təriqətlər formasında təzahür edirdi.

Şəhərlərdə də ziddiyətlər kəskinləşirdi. Burada-şəhərlərdə, mühüm hissəsi almanlardan ibarət olan, sayca azlıq təşkil edən şəhəri yuxarı təbəqləri öz əllərində xeyli sərvət toplamışdılar. Şəhərlərin əhalisinin əsas kütləsini isə burgerlər (sənətkarlar, xırda və orta tacirlər) və şəhər yoxsulları təşkil edirdilər ki, bunlar da başlıca olaraq çexlərdən ibarət idilər. Buna görə də şəhərlərdə sosial ziddiyyətlər çox vaxt milli ziddiyyətlərlə culaşırdı.


Papalığın siyasəti, onun çex kilsəsini özündən daha çox aslı vəziyyətə salmaq üçün daim bu kilsənin işlərinə qarışması çexlərin kəskin ümumi etirazına səbəb oldu. Çexiyada ali ruhanilər, başlıca oalaraq almanlardan ibarət olduğu üçün narazılıq təkcə Roma kuriyasına qarşı deyil, eyni zamanda, həm kilədə, həm də bütövlükdə ölkədə almanların nüfuzunun artmasına qarşı çevrilmişdi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin