Bolqarıstan və Serbiyanın türkiyə təcavüzə qarşı mübarizəsi.
XIV əsrdən başlayaraq Bizansın və onunla qonşu olan Balkan Yarımadasındakı slavyan dövlətlərinin başı üstünü onların osmanlı-türkləri tərəfindən işğal olunması təhlükəsi aldı. Monqol basqını zamanında olduğu kimi, yenə də işğalçıların qurbanı olmuş slavyan xalqları Qərbi Avropa üçün yaranmış təhlükədən onu qoruyan ilk sipər oldular. Bu dəfə belə bir sipər slavyan xalqları-serblər, bolqarlar və b. oldular.
Türklər- osmanlılar 1352-ci ildə Dardanel boğazının Avropa sahilində möhkəmləndilər və Balkan yarımadasının içərilərinə doğru irəliləməyə başladılar. Serbiya kralı Stefan Duşan (1331-1355) qorxulu təhlükənin nə qədər böyük olduğunu dərhal başa düşdü. O, Roma papası ilə danışıqlara başladı. Serbiya kralı papanın türklərə qarşı ümumapropa səlibçilik hərəkatına məfkurəvi baxımdan başçılıq etməsi şərti ilə katolik kilsəsi ilə kilsə ittifaqına girməyə razılıq verdi. Stevan Duşanın özü səlibçi qoşunlarına başçılıq etməyə hazır idi. Lakin bu danışıqlar nəticəsiz qaldı.
1363-cü ildə türklər Adrianpolu tutdular ki, bu şəhər də onların sonrakı əməliyyatları üçün mərkəz oldu. Bolqarıstanda feodal çəkişmələri,XIV əsrdə onun üç müstəqil dövlətə parçalanması, Stefan Duşanın ölümündən sonra Serbiyanın bir sıra müstəqil feodal mülklərinə parçalanması türklərin Balkanda müvəffəqiyyətlə irəliləməsinə lömək etdi. 1389-cu ilin yayında serblər Kosovo çölündə ən yaxın qoşunların heç bir köməyi olmadan, türklərlə döyüşə girməyə məcbur oldular və tam məğlubiyyətə uğradılar. Çox çəkmədən (1393-cü ildə) türklər qəti olaraq Tırnovony ələ keçirdilər və bolqar Tırnovo çarlığını özlərinə tabe etdilər; sonra isə qalan iki bolqar dövləti, habelə Bizans (1453) da aradan qaldırıldı. Bunun ardında türklər qəti olaraq serb torpaqlarını tabe etməyə başladılar. 1459-cu ildə axırıncı serb qalası Smederevo təslim oldu. 1463-cü ildə türklər Bosniya və Hersoqovinaya yiyələndilər. XIV əsrin əvvəlində onlar horvat torpaqlarını, ilk növbədə Dalmasiyanı işğal etməyə başladılar. Bundan sonra isə Macarıstan və slovakiyaya müdaxilə etdilər.
Monqol basqını zamanında olduöu kimi, yenə də, Qərbi Avropa dövlətlərinin hakim dairələri Bizansın və cənubi slavyan xalqalarının dəfələrlə müraciətlərinə baxmayaraq, türk təhlükəsinin qarşısını almaq və istilaçılara mqavimət göstərilməsini təşkil etmək üçün heç nə etmədilər.
Qərbi Avropa feodalları və katolik kilsəsi, monqolların basqını zamanı olduğu kimi, yenə də, türk təhlükəsindən öz tamahkarlıq məqsədləri üçün istifadə etməyəy çalışırdılar. Bu papalığın katolik və pravoslav kilsələri xüsusilə parlaq sürətə özünü göstərdi. Göstərilən uniya 1439-cu ildə elan olundu. Buniyanın köməyi ilə papalıq Bizansda, cənub slavyanlarının torpaqlarında, habelə Rus dövlətlərində öz hegomonluğu bərqərar etməyə cəhd göstərdi.
Türklərin Balkan yarımadasını işğal etməsi nəticəsində Qərbi Avropa Türkiyə təhlükəsi ilə bilavasitə qarşılaşdı. Çox mühüm ticarət yolları türklərin əlinə keçdi. Bu da Avropanın Şərqlə ticarətinə çox mühüm zərbə vurdu, Aralıq dənizi ticarətinin süqutuna səbəb oldu və Avropanın beynəlxalq münasibətləri üçün başqa mühüm nəticələr doğurdu. Beləliklə xüsusilə türk hərbi təhlükəsi bundan sonrakı bir sıra yüzilliklər ərzində Avropa dövlətlərinin beynəlxalq siyasi həyatında daimi fəaliyyət göstərən amillərdən birinə çevrildi.
20-ci fəsil
Dostları ilə paylaş: |