Orta əsr fəlsəfəsinin inkişafı.
Qərbi Avropa şəhər mədəniyyətinin inkişafı əlaqədar olaraq özlərinin xristian dinin “düzgün başa düşülməsi”nə çalışdıqlarını güman edən əslində onun ideya bünövrəsini sarsıdan mütəfəkkirlər meydana gəldi.
Turlu Berenqlər (1000-1088), ilk dəfə olaraq, o zaman üçün cəsarətli bir fikir söylədi.
göstrədi ki, yalnız insanın hiss etdiyi tək-tək şeylər (res) realdır; müumi məfhumlar-
“universiyalar “ isə real olaraq mövcud deyillər, ancaq tək-tək hadisələrin məcmusunun mücərrəd ifadələridir. Kompeynli Rosselin (1050-1112) bu fikri inkişaf etdirərək sübut edirdi ki, “universaliyalar” “şeylərdən sonra” yaranırlar və buna görə də yalnız sadəcə adlardır-nominalardr (nomina). Orta əsr fəlsəfə cərəyanlarından biri-nominalizm” belə meydana gəldi. Marks bu cərəyanı orta əsr “materializiminin ilk iradəsi” hesab edirdi.
Nominalizmə qarşı “realizm”dururdu. Bu təlimə görə ancaq “ümumi anlayışların” (universaliyarın) mövcudluğu qəbul edilirdi. Tək-tək şeylərə isə, yalnız bu məfhumların törəməsi və onların bitgin olmayan əksi kimi baxılırdı.
Nominalizm kilsə üçün təhlükəli idi. Bu cərəyan xristian ayinləri və “allahın üçsifətli olması”nın maddi xarakter daşıması barədə kilsə təlimini şübhə altına sala bilərdi: noministlər bunları ancaq ümumi anlayışlar hesab edirdilər. B. İ. Leninin dediyi kimi, “orta əsrlərdəki nominalistlərin mübarizəsinə bənzəyən cəhət vardır”.
Fəlsəfə sahəsindəki mübahisələrin gedişində orta əsr sxolastikasının başlıca istiqamətləri doğuldu. Bütövlükdə orta əsr fəlsəfəsi bu cür adlandı- sxolastika adı aldı (bu da Sxolastikanın inkişafı üç dövrə ayrılır: erkən dövr (XI-XII əsrlər), tərəqqi dövrü (XIII əsr) və tənəzzül dövrü(XIV-XV əsrlər). Sxolastikada əsas mübahisə doğuran məsələ biliyin etiqada münasibəti məsələsi idi.
Erkən sxolastikanın banilərindən biri Kenterberili Anselm (1033-1108) idi. O, etiqadı biliyin əsası hesab edir və ilahiyyatı fəlsəfi baxımdan əsaslandırmağa cəhd götərirdi.
Erkən sxolastikanın digər, nisbətən mütərəqqi istiqamətinin görkəmli nümayəndəsi Pjer Abelyar (1079-1142) idi. O, fikirliliyin aprlaq ifadəçisi idi.
Parisdə məktəb açan Abelyar Avropada “azad sənətlərin” tanınmış müəllimi kimi şöhrət qazanmışdı. O, sabit sxolastikaya qarşı çıxırdı. Abelyar ağılı idrakın başlıca mənbəyi hesab edirdi. O, “inanıram , ona görə ki, dərk edim” təzisinə qarşı “dərk edirəm ona görə ki, inanım” təzisini qoyurdu. Abelyar özünün “İlahiyyata giriş”, “hə və yox”, “Didaktika” və başqa əsərlərində, təkidlə, dünyəvi biliklərin, o cümlədən antiq fəlsəfənin, həqiqəti müəyyən etmək üçün faydalı olması fikrini irəli sürürdü. Engels göstərirdi: “Abelyarda başlıca məsələ nəzəriyyənin özü dey, kilsənin nüfuzuna müqavimətdir”.
XII əsrdə Fransada təriqətlərin kütləvi sürətdə yayıldığı və geniş şəhər azadlıq hərəkatının inkişafı şərəaitində Abelyarın görüşləri və fəaliyyəti kilsə üçün xüsusilə qorxulu idi. Buna görə də onun təlimi kuff elan olundu. Ona yazmaq dərs demək yasaq edildi. Abelyarın təqib olunmasının təşəbbüsçüsütəriqətlərin fanatikcəsinə qənimi olan, orta əsr mistikasının banilərindən biri abbat Klervosslu Bernar idi.
Abelyarın əsəərləri sxolastikanın dada da inkişafına təkan verdi. O, “lehinə və əyhinə” olan bütün dəliləri tutuşdurmaq yolu ilə həqiqəti şəkildə sübut etmək metodunu işləyib hazırladı.
Dostları ilə paylaş: |