Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi


XII-XIII əsrlərdə latın ədəbiyyatı



Yüklə 3,06 Mb.
səhifə243/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   239   240   241   242   243   244   245   246   ...   263
Orta srlr tarixi S D Skazkin

XII-XIII əsrlərdə latın ədəbiyyatı

Şəhər məktəbləri və universitetlər mühitində XII – XIII əslərdə dünyəvi meyllər parlaq surətdə idarə olunan latın dilli ədəbiyyat – antik süjetlərdə macəra ( sərgüzəşt) ədəbiyyatı, Obidi və Horasinin təqlid olunması , tərcümeyi – hal ( məsələn, Pyer Abelyarın “Fəlakətlərin tarixi”) və məktub şəklində yazılan əsərlər , şəhər salnamələrindən ibarət olan ədəbiyyat yüksək tərəqqi edir.


Bu ədəbiyyatda vaqantların–sərgərdanların (latınca vagari-“sərgərdanlıq etmək”, “avaralanmaq”sözündən) və ya qoliardların yaradıcılığı xüsusi yer tutur. Onların əsas hissəsi müxtəlif ictimai təbəqələr içərisindən çıxmış sərgərdən tələbələr idilər. Bu tələbələrin bir çoxu rühanilərin aşağı hissəsinə mənsub idilər.


Öz silkləri ilə daim əlaqəsini itirən vaqantlar, bir növ, şəhər ziyalılarına çevrilmişdilər. Onların yaradıcılığının özünəməxsusluğu ictimai vəziyyətlərinin xüsusiyyətlərindən doğurdu. Vaqantlar latın poeziyası ənənələri ilə sıx bağlı idilər, surətləri və şeir ahənglərini bu poeziyadan götürmüşdülər. Əmlakları və daimi məskənləri olmaması , ehtiyac və tez –tez həqiranə vəziyyətə salınmaları onları,əhval i-rühiyyələrinə görə şəhərin demokratik təbəqələri ilə yaxInlaşdırırdı.Vaqantlar şifahi xalq yaradıcılığına müraciət edir, xalq mahnılarının motivlərindən və formalarından istifadə edərək onları latıncaya çevirir, həyata nikbin münasibət təbliğ edirdilər.


Onlar sadə həyat sevinci tərənnüm edirdilər. Onların həyat əqidəsi azadlıq idi: “Həyatda ömür sürmək gözəldir, əgər ruhun azaddırsa! Azad ruh isə allaha xoşdur!”. Vaqantlar ruhaniləri





  • rahibliyi, Roma kuriyasını (papa sarayını) kəskin tənqid edirdilər: “ Roma hamını və hər kəsi biabırcasına qarət edir. Çox müqəddəs Roma sarayı iyrənc bir bazardır. Orada senat üzvlərinin hüquqlarını aşkarca satırlar.Əgər cibin dolu olsa orada sən hər şeyi əldə edə bilərsən”. Vaqantlar başqa silklərin nümayəndələrini də gülüş hədəfinə çevirirdilər. Onlar şəhərlilərə qazanca meyl göstərdikləri üçün , cəngavərlərə isə lovğalıqlarına görə gülürdülər. Lakin vaqantların feodalizm cəmiyyətini tənqid emələri, bir çox hallarda , onların müəyyən ictiami bünövrəsi olmayan, sinfi simasını itirmiş ünsür olmalarından irəli gəlirdi və bu tənqid ardıcıl, dərin tənqid deyildi.




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin