Vahid alman erkən feodal dövlətinin meydana gəlməsi.
911-ci ildə, Almaniyada karolinqlər sülaləsindən sonra, tayfa hersoqlarından biri - Frankoniyalı Kondar kral seçilirdi.Onun zamanında kral hakimiyyəti ilə tayfa hersoqları arasında açıq münaqişə qalxdı.Münaqişə kralın məğlub olması ilə sona yetdi.I Konradın ölümündən sonra tayfa hersoqları arasında hakimiyyət üstündə mübarizə başlandı; nəticədə, 919-cu ildə birdən iki kral seçildi: Henrix Saksoniyalı və Arnulf Bavariyalı.
Lakin, hersoqların mərkəzi hakimiyyətə tabe olmamalarına baxmayaraq, bu zaman Almaniyada kral hakimiyyətinin möhkəmlənməsi üçün, artıq obyektiv zəmin vardı.Bu zəmin, birinci növbədə, feodallaşma prosesinin başa çatmasında idi.Çoxlu orta və iri alloid sahibləri kral hakimiyyətinin möhkəmləndirilməsində maraqlı idilər.Onlar icma torpaqlarını ələ keçirmək və azad icma üzvlərini tabe etmək üçün qüvvətli kral hakimiyyətinin köməyinə möhtac idilər.Kilsə torpaq sahibliyini genişləndirməkdə marağı olan monastr və yepiskopluqların da kral hakimiyyətinin köməyinə ehtiyacı var idi. Digər tərəfdən, bu zaman xarici təhlükə qarşısında Almaniyanın siyasi cəhətdən birləşməsi zəruri idi; Almaniya IX əsrin sonlarında normanların, X əsrin əvvəllərində isə bu zaman Pannoniyada möhkəmlənmiş macarların basqın meydanı olmuşdu.Onların atlı dəstələri gözlənilmədən Almaniyaya soxulur, öz yollarında rast gəldikləri hər şeyi məhv edərək bu cür qəflətən də yoxa çıxırdılar.Ayrı-ayrı hersoqluqların yığma piyada qoşunlarının qüvvəsi ilə macarlara təsirli müqavimət göstərmək cəhdləri də səmərəsiz qalırdı.
Almaniyada kral hakimiyyətini qüvvətləndirmək üçün obyektiv zəmindən Saksoniya sülaləsinin (919-1024) kralları istifadə etdilər.Bu sülalənin ilk nümayəndələri I Henrix və I Otton zamanında faktiki olaraq Almaniya erkən feodal dövləti yarandı.I Henrix(919-936) məharətli siyasət nəticəsində öz hakimiyyətinin bütün tayfa hersoqları, o cümlədən Arnulf Bavariyalı tərəfindən tanınmasına nail oldu.O, Fransadakı feodal çəkişmələrindən istfadə edərək və Lotaringiya feodallarının bir qisminə arxalanıb Lotaringiyanı Almaniyaya birləşdirdi.Macar basqınlarına qarşı uğurlu mübarizə aparıldı.Qəsrlər tikilməsi və çevik macar dəstələri ilə uğurlu mübarizə aparmağa qabil olan ağır silahlı cəngavər süvari qoşunlarının yaradılmasının böyük əhəmiyyəti oldu.Mcarlar üzərində ilk böyük qələbə 933-cü ildə Saksoniya-Türinkiya sərhəddində qazanıldı.955-ci ildə Lex çayı sahilində Auqsburq yaxınlığında isə macarlar sarsıdıcı məğlubiyyətə düçar edildilər.Bundam sonra onların Almaniyaya basqınları kəsildi.
Dostları ilə paylaş: |