Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə72/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   68   69   70   71   72   73   74   75   ...   263
Orta srlr tarixi S D Skazkin

Almaniya X-XI əsrlərdə


Almaniyada feodallaşma prosesinin xüsusiyyətləri



  1. əsrin əvvəli üçün Almaniyada feodallaşma prosesində nəzərəçarpan müvəffəqiyyətlər qazanıldı. Bu zaman iri torpaq mülkiyyətçiləri - feodallar, asılı və təhkimli feodal kəndliləri

əsas ictimai siniflərə çevrildilər. Feodal mülkü hər yerdə yayıldı. Bununla bərabər Almaniyada feodallaşma prosesi Fransaya nisbətən ləng gedirdi. Belə ki, burada ibtidai icma quruluşu Roma ictimai-iqtisadi qaydalarının əhəmiyyətli bir təsiri olmadan dağılırdı. Feodal münasibətlərinə cəlb olunmamış azad icma üzvləri ümumi bir təbəqə kimi qalmaqda idi. Kənd icmasında orta və iri allod sahibləri başqalarından seçilirdilər. Onlar xeyli torpaq sahələrinə malik idilər. Həmin torpaqlar qismən asılı adamların köməyi ilə becərilirdi. Lakin bu allod sahibləri tam mənada feodal mülkiyyətçilərinə çevrilməmişdilər; asılı kəndli əməyinin istismarı hələ onların təsərrüfatının əsasını təşkil etmirdi.


Almaniyada feodallaşma prosesinin başa çatmamış olması onun siyasi təşkilatında da öz əksini tapırdı: iri sahibkarlar, xüsusilə kilsə maqnatları, hələlik qeyri-iqtisadi məcburiyyət aparatına malik deyildilər. Qraf vəzifəsi və bütün yerli idarəçilik sistemi hələ feodallaşmamışdı; bir çox vilayətdə əsasən əski tayfa məhkəmə təşkilatı və hərbi təşkilat qalmaqda idi. Feodal iyerarxiyası da hələ qəti olaraq yaranmamışdı. Almaniyada erkən orta feodal dövlətinin nisbətən ləng formalaşması X əsrin əvvəli üçün ölkə ərazisində Saksoniya və Turinkiya (Şimali Almaniyada Reynlə Elba və onun qolu Zaale arasında), Frakoniya (Orta Reyn boyunca və Mayn boyunca), Şvabiya (Dunay və Reynin yuxarı boyunca və onun boyu Nekkar boyunca) və Bavariya (Orta Dunay boyunca) kimi tayfa hersoqluqlarının qalmasında da özünü göstərdi. İri feodal torpaq mülkiyyətçilərinə çevrilməkdə olan hersoqlar hakimiyyətlərini


möhkəmləndirmək üçün özlərinin tayfa olmaqlarından istifadə edirdilər. Bu tayfa parçalanmasına gətirib çıxarır, Almaniyanın tarixi inkişafını ləngidirdi.



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin