İtaliya XI əsrin sonunadək.
Feodal dağınıqlığı.
Orta Əsrlərdə İtaliya vahid dövlət deyildi. Burada tarixən 3 əsas vilayət yaranmışdı: Şimali, Orta və Cənubi İtaliya. Bu vilayətlər də öz növbəsində ayrı-ayrı feodal dövlətlərinə parçalanmışdı. Göstərilən vilayətlərin hər biri bütün orta əsrlər boyu fərqləndirici xüsusiyyətlərini saxlamışdı. Bu fərqlər Apennin yarımadasının ayrı-ayrı hissələrinin iqtisadi, siyasi və coğrafi şəraitinin xüsusiyyətlərində doğurdu.
Şimali İtaliyanın çox hissəsini Lombardiya əhatə edirdi. Lombardiya Po çayının məhsuldar vadisində yerləşirdi. Bu ərazi VI-VIII əsrlərdə lanqobardların (buranın adı - Lombardiya da həmin sözdəndir) hakimiyyəti altında olmuş, VIII əsrdən isə Karolinq imperiyasının tərkibinə daxil edilmişdi. Orta İtaliyanın xeyli hissəsini Papa vilayəti - Roma mərkəz olmaqla papaların dünyəvi dövləti ("Müqəddəs Pyotr mülkü") və lanqobard mülklərinin qalıqlar - Benevent və Spoleto hersoqluqları əhatə edirdi. Həmin hersoqluqlar gah papa, gah da karolinqlərin vassallıq asılılığında olurdular. Roma papasının mülklərindən şimala doğru Toskana hersoqluğu yerləşirdi. 843-cü il Verden müqaviləsindən sonra Şimali və Orta İtaliya başda ali süzeren - kral olmaqla formal olaraq vahid müstəqil krallığa çevrildi. Kral Paviada onun başına lanqobard krallarının dəmir tacı qoyulduqdan sonra kral titulu alırdı. Həqiqətdə isə həm Şimali, həm də Mərkəzi İtaliyada hakimiyyət ayrı-ayrı feodallara məxsus idi.Cənubi İtaliya və Siciliya adası da XI əsrin sonlarına qədər ayrı-ayrı feodal mülklərinə parçalanmışdı və tez-tez bir yadelli işğalçıdan digərinin əlinə keçirdi. VI əsrdən başlayaraq uzun dövr ərzində ölkənin cənubunun xeyli hissəsi - Apuliya, Kalabriya, Neopal və Siciliya - Bizans əyalətləri idilər. IX əsrdə bura yeni istilaçılar - ərəblər müdaxilə etdilər. Onlar bütün Siciliyanı ələ keçirdilər və orada Palermo mərkəz olmaqla əmirçilik yaratdılar: ərəblər müvəqqəti olaraq Apuliyanı da zəbt etdilər. Aramsız feodal çəkişmələri, ərəb və Bizans istilaçıları arasında kəskin düşmənçilik Cənubi İtaliyaya normanların (Normandiyadan) müdaxilə etməsinə şərait yaratdı. Onlar bütün Cənubi İtaliya və Siciliyanı işğal edib XII əsrin əvvəlində burada Siciliya krallığının əsasını qoydular. Bu krallıq bütün Cənuci İtaliya torpaqlarını əhatə edirdi.
Şimali və Orta İtaliya torpaqlarında feodal münasibətlərinin inkişafı.
İtaliya siyasi xəritəsinin rəngarəngliyi feodal münasibətlərinin inkişafını mürəkkəbləşdirirdi. Şimali və Orta İtaliya lanqobardların zamanında IV-VIII əsrlər ərzində feodal münasibətlərinin yaranması prosesi getdi. İtaliyaya böyük kütlələrdə soxulan lanqobardlar işğal olunmuş yerlərdə yerli əhalidən təcrid olunmuş şəkildə nəsli icmalar, "fara" adlanan qan qohumluğu qrupları halında məskən saldılar. Onlar itaət altında salınmış Roma əhalisindən, başlıca olaraq kolonlar və başqa əkinçilərdən məhsulun üçdən birini alırdılar.
Aramsız müharibələr və lanqobard əyanlarının torpaqlar ələ keçirməsi ilə əlaqədar olaraq, həmçinin Roma xüsusi mülkiyyətinin təsiri altında, artıq VII əsrin sonlarında lanqobardların əkin sahələri alloda çevrilməyə, faralar isə dağılmağa başlayır. Bu kral drujinaçılarının - qezindlərin, hərbi başçıların - hersoqların , qrafların və kralların özlərinin meydana gəlməsinə kömək edirdi.IX əsr üçün iri dünyəvi və ruhani torpaq sahiblərindən tədriclə feodallar sinfi yaranır.Akad kənd sakinləri öz torpaq sahəsində mülkiyyət hüququnu itirir və iri torpaq sahiblərinin himayəsinə girməyə məcbur olur (patronluq və kommendasiya),
asılı əkinçilərə çevrilirlər.Bütün asılı əhali kütlələri - keçmiş Roma qulları, kolonları, lanqobard qulları və yarımazadları müflisləşmiş azad icma üzvləri ilə qaynayıb qarışmış, onların hamısı asılı feodal kəndliləri sinfinə çevrilir.
VII-VIII əsrlərdə lanqobarlarda feodallaşma prosesi, bütövlükdə, onların İtaliyadakı məskənlərinin təcrid edilmiş halda olması , icma təşkilatı və nəsli münasibətlərin uzun müddət qalması nəticəsində ləng inkişaf edirdi.Frank istilası (VIII əsrin sonu) azad əkinçilərin müflisləşməsi və onların asılı torpaq istifadəçilərinə çevrilməsi prosesini xeyli sürətləndirdi.IX-XI əsrlərdə kəndlinin istifadəsində olan torpaq, adətən, ona müqavilə əsasında, bir qayda olaraq,
il müddətində icarəyə verilirdi.Bu icarə libella adlanırdı və faktiki olaraq feodal torpaq icarəsi formalarından biri idi: kəndli - libella sahibi məhsulunu üçdən və ya dörddən birini feodala verir, ona biyara gedirdi.IX-XI əsrlərdə torpaqdan libella formasında istifadə üstünlük təşkil edirdi.Kəndlilər, çox vaxt, istifadə üçün prekari şərtləri ilə də torpaq alırdılar.Onlar həmin torpaq müqabilində töycü verir və biyara gedirdilər.Emfitevsiz formalı torpaq istifadəçiliyi də yayılmışdı.Emmfitevsiz həmişəlik irsi keçən icarə torpağı idi.Belə torpaq məhsul və ya pul töycüsü müqabilində verilirdi.İcarəçi istifadəyə götürdüyü torpağı həmin mülk daxilində özgəninkiləşdirmək hüququna malik idi.
IX-XI əsrlərdə libella sahibləri və prekariçilərin xeyli hissəsi feodallardan şəxsən asılı hala düşərək təhkimlilərə çevrildilər. Təhkimli kəndlilərin mükəlləfiyyətləri içərisində biyar böyük yer tuturdu.Biyar günləri ildə 2 həftədən 12 həftəyə çatırdı.Monastr təsərrüfatlarında isə əkin və məhsul yığımı dövrlərində həftənin 3-5 günə qədərini biyara getmək lazım idi.Biyarla yanaşı ərzaq rentası da xeyli yer tuturdu.VIII əsrdə burada kəndlilərdən pulla da vergilər alınmağa başlamışdı.Təhkimlilərlə yanaşı, şəxsən azad torpaq istifadəçiləri təbəqəsi də qalmışdı.Onlar feodaldan torpağa görə asılı idilər və onun xeyrinə müəyyən mükəlləfiyyətlər icra edirdilər.Kilsə torpaq sahibliyi İtaliyada çox böyük rol oyanyırdı; VIII-IX əsrlərdə burada iri monastr təsərrüfatları yaranır ki, bu təsərrüfatlarda da çoxlu asılı və təhkimli kəndli işləyirdi.
Cənubi İtaliya ostqot və lanqobard işğallarına az məruz qalmışdı və özünün ictimai-iqtisadi inkişafina görə Şimali və Orta İtaliyadan kəskin surətdə fərqlənirdi.İtaliyanın cənubu və Siciliya uzun müddət Bizansın ağalığı altında qalmışdı.Bizans burada quldarlıq qaydalarını saxlamağa cəhd göstərmişdi ki, bu da həmin vilayətlərdə feodallaşmanın xeyli ləngiməsinə səbəb oldu.IX-XI əsrlərdə burada feodal mülkü hələ tam yaranmamışdı.Təhkimli kəndlilər
deyil, kolonlar, qullar və xırda azad icarəçilər əsas işçi qüvvəsi idilər.Vahid asılı və təhkimli feodal kəndliləri sinfi hələ yaranmışdı.
Dostları ilə paylaş: |