Fransa krallığı formalaşmasının başlanğıc mərhələsi
843-cü ildə Karolinq imperiyasının parçalanmasından sonra Fransanın, onu 870-ci il Mersen müqaviləsinə görə Almaniya və İtaliyadan ayıran şərq sərhəddi, başlıca olaraq, böyük çaylar boyunca- aşağı Maas, Mozel və Rona boyunca gedirdi.Fransada son karolinqlərin hakimiyyəti altında Neystriya və keçmiş Burqundiyanın şimal-qərb hissəsi - Burqundiya hersoqluğu qalmışdı.Burqundiya krallığı (Arelat) və Akvitaniya 933-cü ildə birləşərək yenidən, faktiki olaraq, müstəqil oldular.
əsrdə alman və fransız karolinqləri arasında ra müharibələri, demək olar ki, kəsilmişdi.Onlara qarşı şiddətli mübarizədə zəifləmiş və demək olar ki, özlərinin bütün mülklərini itirmiş karolinqlərin əksinə olaraq varlı və nüfuzlu Paris qrafları birinci plana çıxdılar.Onlar öz şəhərlərini Paris və Orleanı müdhiş düşməndən müvəffəqiyyətlə müdafiə edirdilər, Mərkəzi və Cənubi Neystriyanı qoruyub saxlaya bildilər.Lakin şimal-qərbdə Senanın mənsəbinə bitişik olan vilayəti X əsrin əvvəlimdə normanlara verməli oldular.Onlar burada
Normandiya hersoqluğunun əsasını qoydular.X əsr ərzində Paris qrafları (robertinlər) ilə son karolinqlər arasında taxt-tac mübarizəsi getdi.Nəhayət, 987-ci ildə ən iri dünyəvi və ruhani feodallar Robertin Quqo Kapeti kral seçdilər.O zamandan VIII əsrin sonuna qədər Fransa taxtı Kapetinq nəsillərinin əlində qaldı.
əsrdə Fransa krallığında feodal münasibətlərinin bərqərar olması ilə nəticələnən ictimai-iqtisadi proses başa çatdı.müxtəlif etnik ünsürlərin qaynayıb-qarışmasından ibarət uzunsürən proses də bu zaman sona yetdi.Qədim almanlarla qarışmış Qalliya - Roma xalqı əsasında yeni, öz dilləri və əraziləri olan bir-biriylə qohum olan feodal xalqları - Şimali Fransa və provans xalqları yarandı.Bu xalqlar arasındakı sərhəd Luara çayının bir qədər cənubundan keçirdi.Həmin xalqlar gələcək fransız millətinin özəyi idilər.X əsrdə ölkə özünün indiki adını aldı.O, Qalliya və Qərbi-Frank krallığı deyil, Fransa (Paris ətrafı İl-de-Frans adı ilə) adlanmağa başladı. Şimali Fransa xalqının yaşadığı ərazidə bir neçə iri feodal mülkü yarandı.La-Manşın, demək olar, bütün sahilboyunu Normandiya hersoqluğu əhatə edirdi.Bu hersoqluğun əsasını qoyan normanlar tezliklə Şimali Fransa xalqının dilini və fransız feodal təsisatlarını mənimsədilər.X əsr və XI əsrin əvvəli ərzində Normandiya hersoqları öz mülklərini La-Manş boyunca qərbə Bretana qədər, şərqdə isə, demək olar, Sommayadək genişləndirmiş, Men qraflığını da özlərindən asılı hala salmışdılar.
Orta və aşağı Luara boyunca Blua, Türen və Anji qraflıqları yerləşirdi; Luaradan bir qədər cənuba doğru Puatu idi.Kapetinqlərin torpaqları (karl domeni) Paris və Orlean ətraflarında cəmlənmişdi.Onun şərqində Şampan qraflığı, cənub-şərqində Burqundiya hersoqluğu yerləşirdi.
Uzaq şimal-qərbdə əhalisi keltlərdən ibarət olan Bretan, şimal-şərqdə isə Flandiya qraflığı vardı.Flandriyanın şimal hissəsində flamandlılar yaşayırdılar.Şimali Fransa xalqının dili qraflığın ancaq cənub hissəsində yayılmışdı; şimal hissəsində isə alman ləhçəsində danışırdılar. Provans xalqının ərazisində - Puatu qraflığı ilə Haronna arasında Akvitaniya hersoqluğu vardı.Haronna ilə Pireney arasında isə Qaskon hersoqluğu , ondan şərqdə isə Tuluza qraflığı yerləşirdi.Tuluza qraflığı ilə Burqundiya hersoqluğu arasındakı mərkəzi dağlıq ərazinin Overn qraflığı əhatə edirdi.IX əsrdə İspaniya markası adlanan ərazidən ayrılmış Barselona qraflığı da Fransa krallığının tərkibinə daxil idi.
Ən iri feodallar - hersoqlar və qraflar, feodal nərdivanının başında duran kralın vassalı hesab olunsalar da, demək olar, müstəqil idilər. Fransada, dilinə görə qohum olsa da, iki xalqın mövcud olması feodal dağınıqlığını dərinləşdirirdi.Cənub vilayətləri ta VIII əsrə qədər yalnız formal olaraq dövlətin tərkibində hesab edilirdilər.Kral, başlıca olaraq, şimali Fransa xalqının ərazisində ali suveren (feodal nərdivanının başçısı) idi.
Kral domeninin iki ən böyük çayın - Sena və Luaranın orta boyunda olduğu kimi cənubdan şimala gedən quru yolları (Roma dövründən qalma) üzərində də ağalıq edən, strateji baxımdan mühüm məntəqələr - Paris və Orlean ətrafında çox məhsullar vilayətlərdə yerləşməsi Fransa tarixi üçün mühüm əhəmiyyətə malik idi. Kapetinqlər nəslindən olan ilk krallar iri feodallardan heç nə ilə fərqlənmirdilər.Onların daimi duracaqları yox idi.Öz məiyyətləri ilə bir məiyyətləri ilə bir mülkdən digərinə keçə-keçə yaşayırdılar.Krallar,hətta, öz domenlərinə belə vassallara qarşı mübarizə aparmalı oldular.Onlar öz qəsrlərinə arxalanıb yollarda quldurluq edirdilər.Gəlirlərin, başlıca olaraq, öz xüsusi mülkündən, yəni asılı və təhkimli kəndlilərin bilavasitə istismarından çıxaran kapetinqlər XI əsrdə yavaş-yavaş torpaq mülklərini artırırdılar.
Dostları ilə paylaş: |