Feodalların məişət adətləri
Feodalların, xüsusən bu erkən dövrdə, başlıca məğlubiyyəti müharibə və bununla eyni zamanda həyata keçirilən qarətlər idi, müharibənin tələblərinə tabe edilmişdi
IX-XI əsrlərdə Avropanın feodal qəsrləri bürüdü.Feodalın adi yaşayış yeri olan qəsr,eyni zamanda qala idi,onun həm xarici düşmənlərdən , həm qonşu feodallardan , həm də üsyan etmiş kəndlilərdən sığınacağı idi.Qəsr feodala bura yaxın olan bütün ətraf yerlərdə ağalıq etmək və bu yerlərin əhalisini itaət altında saxlamaq imkanı verirdi.Norman, ərəb və macar basqınları ilə əlaqədar olaraq,xüsusilə çox qəsr tikilmişdi.Qəsrlər,adətən, meşəli təpədə və ya hündür çay sahilində tikilirdi.Buradan ətraf yerləri yaxşı görmək, belə yerdə düşməndən asanlıqla qorunmaq olardı.
əsrin lap sonlarına qədər qəsrlər, başlıca olaraq,ağacdan tikilirdi və hər şeydən əvvəl iki və ya üç qat daş hasarlarla əhatə olunurdu.Mərkəzdə, əvvəllki,yenə də çoxmərtəbəli baş qüllə - "donjon" ucalırdı.Belə qüllələrin zirzəmiləri çox vaxt məhbəslərdən ibarət olurdu.Burada feodalın qandallanıb saxlanılan düşmənlərinə - onun əsirlərinə,boyun əyməyən vassalara və nədəsə müqəssir hesab edilən kəndlilərə işgəncə verilirdi. Hərbi texnikanın o zamankı vəziyyətində belə daş qəsri hücumla almaq çətin idi.Bu qəsrlər, adətən, yalnız çoxaylıq mühasirədən sonra təslim olurdu.
X-XI əsrlərdə ağır silahlanmış atlı dəstələri Avropada əsas qoşun növünə çevrilir, hər bir feodal öz senyoruna süvari hərbi xidmət göstərməli idi.Hər hansı feodala - döyüşçüyə aid edilən ümumi - "cəngavər" (almanca "Rliter "Reiter" - sözündəndir ki, bu da "süvari", "atlı döyüşçü" mənasındadır) adı da buradan əmələ gəlmişdir.
O zaman cəngavərin əsas silahı xaçvari sapı olan qılınc və uzun ağız nizə idi.O toppuz və döyüş baltasından (sekaradan) da istifadə edirdi: cəngavər özünü zireh və qalxanla qoruyurdu.Cəngavərlər başlarına təbəqə - niqabla qoyurdular.Sonralar, XII-XIII əsrlərdə cəngavər dəmir - polad geyimləri - zirehləri meydana gəldi.
Bütün ömürlərinin müharibələrdə, zokarılıq və qarərdə keçirən, əməyə xor baxan feodallar, xüsusilə dünyəvi feodallar, adətən, özlərinin vəhşi adətləri, son dərəcə cahil, kobud və qəddar olmaları ilə fərqlənirdilər.Onlar fiziki qüvvəni hər şeydən yüksək qiymətləndirirdilər.Cəngavərləri zəiflərin və incidilmişləri fədakar müdafiəçisi kimi təsvir edən "cəngavər" əxlaqının ideallaşdırılmış məcəlləsi feodal Avropasında xeyli gec - XII-XIII əsərlərdə yarandı.Lakin bu zaman da o feodal - cəngavərin həqiqi simasına uyğun gəlmir, yaxşı halda əlçatmaz ideal olaraq qalırdı.Bu "cəngavər məcəlləsi" ilə erkən orta əsrlərin kobud cəngavəri - barbarı arasında xüsusilə heç bir ümumilik yox idi.
Fransa IX-XI əsrlərdə
Dostları ilə paylaş: |