4.Bələdçinin çıxışı,daxili nitq,xariçi nitq,şifahi nitq.Bələdçi öz peşəkarlığını təkmilləşdirmək və nitq mədəniyyətini artırmaq üçün şifahi nitqin xüsusiyyətlərini bilməlidir. Bu da öz növbəsində nitq mədəniyyətinə yiyələnmək, natiqlik sənətinin əsaslarına yiyələnməklə mümkündür. Natiq kimi bələdçi, ilk olaraq daxili nitqdən, yəni hər hansı məsələnin qoyuluşunda onun həlli üçün özü ilə ünsiyyətdən istifadə etməlidir. Daxili nitq insanın əvvəllər aldığı biliklərə əsaslanır və onun köməyilə düşünmə prosesi həyata keçirilir. Yeni mövzuya hazırlaşma prosesində daxili nitqdən istifadə edilir.
Ekskursiya zamanı məntiqi və psixoloji fasilələr, mimika və jestlər ekskursiyanın quruluşuna dəqiqlik verir, qavramanı asanlaşdırır və nitqi daha aydın edir. Odur ki, fasilələrin yerində olması, mimika və jestlərin süni yox, təbii olmasına çalışılmalıdır. Bələdçi ekskursiya apararkən, onun duruş tərzi mühüm bir elementdir. Ekskursiya zamanı turistlər qarşısında oturmaqdansa ayaq üstə durmaq tövsiyə olunur. Belə ki, ekskursantlar qarşısında ayaq üstə cıxış edən bələdçi, dinləyicilərə öz hörmətini nümayiş etdirir. Bu, həm də yaxşı çıxış etmək üçün ona lazım olan şərait yaradır. Çünki ayaqüstdə çıxış edən bələdçi jestlərdən, mimikalardan daha asan istifadə edə bilər.
DİQQƏTİNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR