Ö N S Ö Z
Hər bir dilin leksikası müəyyən sahə leksikalarından ibarətdir. Doğrudur, bütün sahə leksikaları dilin ümumi leksikası əsasında formalaşıb inkişaf edir. Lakin hər bir sahənin özünəməxsus xüsusiyyətləri də var. Ayrı-ayrı sahə leksikalarının tədqiqi ümumilikdə dilin leksik sisteminin öyrənilməsinə böyük xidmət göstərir. Buna görə də dilçilikdə, o cümlədən də türkologiyada bu problemin şərhinə dair çoxlu əsərlər, dissertasiyalar yazılmışdır. Sahə leksikaları arasında etnoqrafik leksika mərkəzi yer tutur. Etnoqrafik leksikanın öyrənilməsi xalqın mədəniyyətinin, onun adət və ənənələrinin, muəyyən mərasimlərinin izahına xidmət edir. Bu əsərdə Azərbaycan dilində işlənən etnoqrafik leksikaya aid sözlər tədqiqata cəlb olunmuş, onlar müəyyən mahələr üzrə qruplaşdırılmış, yaranma üsulları qeyd olunmuşdur. Monoqrafiyada nəzər- diqqəti cəlb edən əsas cəhət budur ki, etnoqrafik leksikaya aid sözlərin təhlilini vermək üçün bu sözlərin arxasında duran varlıqlar, hərəkətlər də izah edilmişdir.
Azərbaycan xalqının maddi və mənəvi mədəniyyəti, məişəti ilə əlaqədar tarixi və müasir planda yazılmış bir çox əsərlərin tarixi, etnoqrafik araşdırmalar kimi əhəmiyyəti böyükdür. Lakin Azərbaycan dilçiliyində etnoqrafiya terminləri hələ də indiyə kimi tədqiq olunmamışdır. Məhz buna görə də. Həmin məsələnin həlli leksikologiyanın sahələr üzrə öyrənilməsi, həm də termin yaradıcılığının dilimizin imkanlarına əsasən aparılması baxımından təqdirəlayiqdir. Heç də təsadüfi deyil ki, türkologiyada terminoloji leksikanın da tədqiqinə böyük diqqət yetirilmiş, xüsusən də etnik- mədəni tarixi aspekt haqqında, ictimai- siyasi terminologiyanın formalaşması və inkişafı, daha sonra isə terminoliji lüğətlərin tərtibi prinsipləri barədə geniş bəhs edilmişdir.
Azərbaycan dilinin etnoqrafik leksikasının sahələrinin araşdırılması, bu leksika əsasında söz yaradıcılığının / termin yaradıcılığının/ aparıcı mövqeyinin öyrənilməsi və etnoqrafik leksikanın tematik, struktur- semantik, funksional- üslubi sinxron / qismən diaxron/, habelə etnik- mədəni tarixi planda da linqvistik təhlili monoqrafiyanın əsas məqsədi olmuşdur.
Leksikologiya və terminologiya sahəsində etnoqrafik leksikanın tədqiqat obyekti kimi seçilməsi, şübhəsiz ki, dilçiliyimizin bəzi məsələlərinin həlli üçün faydalı ola bilər.
- Dilin müasir və tarixi leksikologiyasının, terminologiyasının öyrənilməsində;
- Azərbaycan dilinin qohum və qohum olmayan dillər ilə əlaqəsini aşkar etməkdə;
- Azərbaycan xalqının tarixi/ maddi və mənəvi mədəniyyəti və etnoqrafiyası/, dili haqqında qiymətli materialların aşkara çıxarılmasında;
- Azərbaycan dilinin orfoqrafiya, izahlı, etnoqrafik, dialektoltji, tarixi, etimoloji, frazeoloji və s. lüğətlərinin tərtibində;
- Türk dilləri leksikasının konkret və ümumi-nəzəri məsələlərinin şərhində;
- Türk xalqlarının maddm və mənəvi mədəniyyətlərindəki eyni, yaxın və oxşar cəhətlərin aşkarlanmasında;
- Azçrbaycan ədəbi dilinin bədii üslubunun, təbiətinin ümumən açılmasında, səciyyələndirilmsində;
- Söz yaradıcılığında dilimizin milli imkanlarını fəallaşdırmaqda, aşkarlamaqda.
Etnoqrafiya xalqımızın tarixinin, dilinin özgünlunlüyünü, qədimliyini əks etdirən bir güzgüdür. Maddi və mənəvi mədəniyyət leksikasının öyrənilməsi, iəqdimi tarixşünaslıq, /soykök, folklorşünaslıq və dilçiliyə aid bəzi məsələlərin həllində vacibdir. Etnoqrafik leksikanın tədqiqi həmçinin Azərbaycan xalqının mənəvi dünyası ilə maddi mədəniyyəti, məişəti arasındakı vəhdəti, təbii mühitin və yaşayış tərzinin mənəvi varlığımızda əksini, dünyabaxışı və təfəkkür tərzinə münasibət məsələlərini açıb göstərməyə imkan verir.
Tədqiqat zamanı araşdırıcı aşağıdakı məsələlərə də diqqət yetirmişdir:
- Etnoqrafik leksikaya aid söz və terminləri müəyyənləşdirmək, müxtəlif mənbə və məxəzlərdən / habelə ayrı- ayrı bölgələrdən/ toplamaq;
- Etnoqrafik leksikanı ayrı- ayrı sahələrə, tematik qruplara bölmək, təsnifat aparmaq;
- Leksik materialı qohum türk dilləri ilə, habelə başqa sistemli qonşu dillərin lüğət materialları ilə müqayisə etmək;
- Etnoqrafik sözlərin izahlı, etnoqrafik, habelə ikidilli lüğətlərdə verilməsinin pritnsip və üsullarını müəyyənləşdirmək;
- Bütövlükdə dilin leksik sistemində müxtəlif nitq hissələrinə məxsus etnoqrafik mahiyyətli sözlərin, lüğəvi vahidlərin müəyyənləşdirilməsi;
- Klassik və müasir bədii ədəbiyyatda, folklor nümunələrində etnoqrafik leksikanın neytral və üslubi mövqeyini göstərmək;
- Etnoqrafizmlərin leksik, morfoloji, orfoqrafik normalar mövqeyindən təsbit olunması / kodifikasiyası/;
- Etnoqrafik sözlərin terminoloji sözyaratma prosesində mənzərəsini göstərmək;
- Etnoqrafizmlərin yaradılmasının üsul və yollarını / leksik, morfoloji, sintaktik/ tədqiq etmək.
Əsərin tədqiqi zamanı dilçiliyin nəzəri və təcrübəsi, ümumi və konkret sahələrinə aid elmi nailiyyət və təcrübələrdən geniş şəkildə istifadə olunmuşdur. Araşdırmanın nəzəri əsasını dil və dilçilik barədə mülahizələr, sinxronik və diaxronik aspektə əsaslanan müqayisəli- tarixi metod təşkil edir. Müəllif monoqrafiyada tematik, təsviri, müqayisəli metoddan, təsnifat, sistemləşdirmə, qarşılaşdırma üsullarından istifadə etmişdir.
Monoqrafiyanın nəzəri əsası kimi Ə. Dəmirçizadə, M.Ş. Şirəliyev, S.Cəfərov, M.Hüseynzadə, Ə.Ə.Orucov, C.V. Qəhrəmanov, A.M.Qurbanov, A.A.Axundov, T.İ. Hacıyev, V.İ. Aslanov, Ə.M.Cavadov, Ə.Z.Abdullayev, A.Q.Ələkbərov, M.İ.İslamov, R.C.Məhərrəmova, M.Ş.Qasımov, M.İ.Adilov, Z.Əlizadə, K.N. Vəliyev, H.Ə.Həsənov, E.İ.Əzizov, N.M. Xudiyev, Q.İ. Məşədiyev, N.Q.Cəfərov və b. Azərbaycan dilçilərinin, V.V. Radlov, N.K.Dmitriyev, N.A.Baskakov, A.N. Kononov, V.A. Qordlevski, A.M.Şerbak, E.R.Tenişev, A.A.Yuldaşev, N.Z. Hacıyeva, K.M.Musayev, R.Q.Axmetyanov kimi türkoloqların əsərləri, mülahizələri tədqiqatçının diqqət mərkəzində olmuşdur.
Azərbaycan dilinin etnoqrafik leksikası bu günə qədər monoqrafik yolla Azərbaycan dilçiliyində araşdırılmamışdır. Müəllifin müşahidələrindən belə bir qənaət hasil olur ki, hər bir xalqın varlığını, təbiətini onun dili, adət-ənənələri maddi və mənəvi mədəniyyəti, həyat tərzi və məişəti, peşə və təsərüffat məşğuliyyəti sahələri ilə də ölçməliyik. Əsərdə sənət, peşə və məşğuliyyət növlərinə, mənəvi mədəniyyət / mərasim və adət-ənənələrə, folklora, oyun adlarına/ toxunulmaqla bərabər, həmçinin xalçaçılıq, papaqçılıq, dərzilik və s. sənətlərin xalqın mənəvi dünyası, təfəkkürü, estetik-etik dünyagörüşləri ilə əlaqəsi el-ulusumuzun mənəviyyatının, zövqünün burada əksi kimi məsələlərdən də bəhs edilmiş, bu sahslsrls bağlı bir çox ifadələrin, terminlərin yaranış təcrübəsinə. Yeri gəldikcə etimologiyasına da səy edilmişdir. Etnoqrafik leksika dilin lüğət tərkibində ən çox etnik milli cəhətləri əks etdirməkdə vacib qədim leksik təbəqələrdən biridir. Bu leksikanın toplanılıb təhlil olunması ən təxirəsalınmaz elmi problem kimi dilçiliyimizdə öz tədqiqini gözləyir. Araşdırmada geyim , yemək, oyun, mərasim adları, məişət, xalq təbabəti leksikası təhlil edilir və habelə etnoqrafiyanın başqa sahələrinə də müraciət olunur. Təbii haldır ki. Müəllif Azərbaycan xalqının mənəvi dünyasından - adət – ənənələrindən, mövsüm və mərasimlərindən danışmaqla onların ictimai, xəlqi, bədii mahiyyətinə, xalqımızın qədim tarixli inamlarına, tapınışlarına geniş yer vermiş, maddi və mənəvi mədəniyyət leksikasının Azərbaycan xalqının soykökünün, bu gün yaşadığımız ərazidə və tarixi Azərbaycan torpaqlarında da aborigenlər olmağımızı öyrənmək, qətiləşdirib təsdiqləmək işində ölçüyəgəlməz faktlar kimi rolunu göstərmişdir. Tədqiqatda nəzər-diqqəti cəlb edən cəhətlərdən biri də söz yaradıcılığı prosesində etnoqrafik leksikanın bütünlükdə lüğət tərkibini zənginləşdirmə işində mərkəzi yer tutması faktının aydınlıığı ilə, incəlikləri ilə çatdırılmasıdır. Əsərdə toy və yas mərasimlərinə aid leksika, oyun, geyim, yemək adlarını bildirən sözlər, həmçinin maddi mədəniyyətin toxuculuq, xalçaçılıq, çörəkçilik, atçılıq kimi peşə və sənət. Təsərrüfat növlərinin adlarına aid bəzi leksik vahidlər, terminlər əsasında Azərbaycan dilinin leksikologiyasından tematik söz qrupları şəklində bəhs edilir.
Etnoqraflar və dilçilər üçün gərəkli ola biləcək bu əsər Azərbaycan xalqının soykökü ilə, qədim maddi və mənəvi mədəniyyəti ilə, eləcə də ana dilimizin lüğət tərkibinin milli cəhətdən mənzərəsi ilə maraqlanan mütəxəssislər üçün də faydalıdır. Tədqiqat Azərbaycan dilinin leksikologiyasına aid xüsusi kurs kimi universitet və başqa ali məktəblərdə dərs vəsaiti funksiyasını da yerinə yetirə bilər.
Müəllif Azərbaycan dilinin etnoqrafik sözlərinin tədqiqi ilə 15 ilə yaxındır ki, səmərəli şəkildə məşğuldur.
Müəllif uzun illərdir ki, Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutunda leksikologiyap. Lüğət və terminologiya, üsldubiyyat sahəsində tədqiqat işləri aparır. Araşdırmanın obyekti Azərbaycan dilinin etnoqrafik leksikasıdır. Bu leksikaya aid sözlər, ifadələr. Terminlər etnoqrafiyaya / eləcə də tarix və arxeologiyaya/ aid elmi və bədii ədəbiyyatdan, folklor nümunələrindən, dialektoloji, orfoqrafiya, izahlı və ikidilli lüğətlərdən, başqa türk dillərinə aid elmi əsərlərdən, Azərbaycanın ayrı-ayrı mahallarından / Şəki-Qax-Zaqatala, Lənkəran, Qarabağ, Gəncə-Qazax, Göyçə, Naxçıvan və s./ bölgələrindən toplanmış etnoqrafik faktlar və arxiv və muzey materiallarından götürülmüşdür.
Müəllif tədqiqat zamanı tematik, təsviri, müqayisəli metoddan istifadə entmiş, elmi cəhətdən dolğun bir əsər yazmışdır.
Dostları ilə paylaş: |