Azərbaycan elmlər akademiyasi I. NƏSİMİ adina diLÇİLİK İnstitutu



Yüklə 2,27 Mb.
səhifə14/39
tarix26.12.2016
ölçüsü2,27 Mb.
#3518
1   ...   10   11   12   13   14   15   16   17   ...   39
OYUN ADLARI
Etnoqrafik leksikanın tərkib hissəsi olan mənəvi mədəniyyəti təmsil edən leksik lay da xüsusi yer tutr. Mənəvi mədəniyyət leksikası adı altında biz burada daha çrx oyun adlarından, mərasim leksikasından /toy, yas və s./ və mifoloji, dini sözlərdən bəhs etməyi nəzərdə tutmuşuq.

Çoxsahəli olan etnoqrafiyamızın xalqın həyat tərzi və məişətində folklorun /uşaq folklorunun/ ən maraqlı janrlarını təmsil edən oyun adları barədə də Azərbaycan dilçiliyində xüsusi araşdırma aparılmamışdır.

Etnoqrafiyamızın qədimliyini təsdiq etmək üçün Azrbaycan türklərinin məişətində mühüm yer tutmuş müxtəlif oyunlardan /özü də bu oyunların çoxusu rəngarəng məoasimlərin icrası zamanı keçirilirdi/ bəhs etməyi lazım bilirik.

Elmə bəllidir ki, Qobustan qaya təsvirlərinin yaşı eramızdan əvvəl 8-ci minilliyə gedib çıxır. Bunu görkəmli arxeoloq İsaq Cəfərzadə 1947-ci ildə aşkar etmişdir. Burada xüsusilə qeyd etmək istərdik ki, Qobustanda aşkar edilən bir çox mədəniyyət nümunələri içərisində həmçinin «evköçdü» /pula- pula, yaxud mərə- mərə/ və «dama- dama» kimi əyləncə oyunları üçün istifadə olunmuş yalaqlar və qabarıq batıq kvadratlardan ibarət şahmat taxtasına bənzər təsvirlər aşkar edilmişdir.

Qobustan qaya təsvirləri arasında ov səhnəsi, kollektiv əmək prosesi, taxıl biçimi, əlləri yuxarı qaldırmaqla ibadət etmək, qız qaçırmaq, yərdi və yallıyaoxşar kollektiv rəqs səhnələrinə də təsadüf olunur. Əgər biz Qobustan mədəniyyətinin eramızdan əvvəl 8- ci minilliyiə aidliyini nəzərə almış olsaq, miladdan öncə 776-cı ildə Qədim Yunanıstanda keçirilən olimpiya oyunlarının bizim qədimdə oynanılan oyunlardan nə qədər sonralar mey­dana gəldiyini əyani şəkildə görərik.

Azərbaycan folkloru sahəsindəki tədqiqlər içərisində oyunlara da aid müəyyən işlər yazılmışdır. Əlbəttə, bunu ona görə xüsusi vurğu ilə göstəririk ki, folklorun- mənəvi mədəniy­yətimizin ən zəngin bir sahəsinin öyrənilməsində mərasim və mövsüm nəğmələri ilə əlaqədar oyunların top­lanması və tədqiqinə də biganə qalmaq olmaz. Xüsusən mərhum folk­lor­şünas Məmmədhüseyn Təhmasibin1, M.Həkimovun2, T.Məm­mədovanın3, İsrafil Bağırovun4 araşdırmalarının adlarını çəkə bilərik.

Keçmişlərdə, xüsusən orta əsrlər Azərbaycanın məişətində, eləcə də dövlət səviyyəsində şahlprın, xanların sarayında da çovqan, zorxana oyunları, küştü tutmaq, ayaqdəymə, qulunc­sındırdı və s. keçirilərdi. Bu mənada biz XVI əsr Nizami ədəbi məktəbinin davamçılarından Qasimi Qonabadi barədə və onun «Xəmsə»sindən bəhs edərkən aşağıdakı maraqlı tarixi bir faktı da yada salırıq. Ə.Rəhimov Qasim Qonabadinin «Xəmsə»sinin hər bir poeması barədə orijinal, yığcam məlumatlar verir. Müəllif yazır: «Karnamə», yaxud «Quy və Çovqan» /Ə.Rəhimov belə bir fikirdədir ki, Qasiminin «Xəmsə»sinin əlyazma nüsxələrində əsərlər xronoloji qaydada yazılıb tamamlanma tarixləri ilə əlaqədar olaraq kökürülmüşdür. «Şahnameyi- şahimazi», «Leyli və Məcnun», «Karnamə», «Xosrov və Şirin» və s./ Şah Təhmasib çovqan oyununu çox skvdiyinə görə şair bu mövzuya müraciət etmişdir. Əsərin xatiməsində beytlərin sayı və tamamlanma tarixi haqqında belə yazılmışdır:

«İn əqdi- covhər ke şod səraməd,

Bəşəd ədədəş hezar – o pansəd.

Tarixi- təmami- in məani

Zelli- əbədist ta bedani.

/Tamamlanan bu gövhər danələrinin beytlərinin sayı min beş yüz olar.

Bu mənaların /əsərin/ tamamlanma tarixinin zelli-əbədi olduğunu bil/.

…Yeri gəlmişkən qeyd edək ki, çobqan oyununu çox sevən Şah Təhmasib gənclik illərində XV əsr şairlərindən Arifi Herə­vizin «Quy və çovqan» əsərini gözəl xətlə köçürmüşdür. Vaxtilə Ərdəbildəki Şeyx Səfi məqbərəsi nəzdindəki kitabxanada mövcud olmuş bu miniatürlü əlyazması başqa əlyazma kitab­larla bərabər 1828-ci ildə hərbi qənimət kimi Peterburqa aparılmışdır. Hazırda Leninqradda /Sankt – Peterburqda –İ.M./ Saltıkov – Şedrin adına Dövlət Kütləvi Kitabxanasında saxlanılır»1.

Bir cəhəti qeyd edək ki, «Azərbaycan dilinin orfoqrafiyası lüğəti»ndə və eləcə də izahlı lüğətdə «çövkən» kimi verilən oyun adı, nədənsə, «El-oba» oyunu, xalq tamaşası» kitabında /»İşıq», 1984, səh. 116/ «çovkan»// «çovqan» kimi, Əbülfəz Rəhimovun «Nizami ədəbi məktəbinin davamçılarından Qasimi Qonabadi « adlı məqaləsində «çovqan» şəklində getmişdir. Dilimizin orfoqrafiya lüğəti daha mötəbər mənbə olduğundan, leksik norma baxımından «Çövkən» variantı daha doğrudur.

Biz qədim milli «çövkən» oyunu adının etimoloji açımına keçməzdən əvvəl onun barəsində yazılmış bəzi məlumatları çatdırmağı vacib bilirik: Çövkən. İs. – Keçmişdə at üstündə ucu əyri çomaqla oynanılan top- top oyunu. Çovkən oynamaq. Çövkən oyunu// həmin oyunda istifadə olunan iri top»./ ADİL, IV c., 446/.




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin