I. Xəstəlik adları. İnsan xəstəlikləri: boğazgəlmə, qarın ağrısı, dalağın böyüməsi, itdirsəyi, kəkliyiazma, dəmrov, göyöskürək, tumov, yel, qızıl yel, tutma, soyqdəymə, üzün titrəməsi, məxmərək, qızılca, qarabasma, çor, qulunc, günvurma, sarılıq, inaq, ishal, qıcolma, çiçək, yatalaq, səpmə, baş ağrısı, qulaq ağrısı, göz ağrısı, diş ağrısı, qurdeşənək, pişməcə,çiçək, suçiçəyi/ / sulu çiçək,- öskürək, boz, açıq qızdırma, qara qızdırma, qəbizlik, malqızdırması, qotur, botazqovuşma, dilçəkuzanma, quluncağrısı, qulaqdibi, qançir /olmaq/, qarayara, qarasu, quluncsındırma, simləmə, sinəgər, vurğunvurma, halaparma, ruhtutma və s.
Heyvan xəstəlikləri: dabaq, dilbaş /insana da xasdır/, qarapapaq, qarayelin, qudurma, xəpənək // kəpənək, dönədüşmə, çərləmə, içiyara, xortdama/ Muğan qrupu şivələrində işlənir – camışda olan xəstəlikdir, tutan kimi öldürür/, çər /dəymək/, diliqaraca, saqqoy, manqoy, köp və s.
Xalq təbabəti leksikasının qorunub saxlanan ən etibarlı, mühafizəkar mənbəyi dialekt və şivələrdir. Bu mənada M.İslamovun Şəki dialektində işlənən bu tematik qrupa aid olan sözləri göstərməsi faktı qiymətlidir: innaf /bərk soyuqdəymə nəticəsində şiddətli öskürmə və səsin tutulması/, sitəlcəm, uzun azar// sil azarı, zızılcıx, çiçəx //çiçex, məxbirək/ qırmızı səpgili xəstəlik/, maşara //qızıl yelə. Pis azar / vərəm/, vurğun /qəfildən başlayan şiddətli xəstəlik/; tutma /ürəkgetmə/, qulunc /bel ağrısı/, isal, qotur, sarıyara, çivan, kor çivan, sarılıx, ürəh gövəx düşməsi/ mədənin sallanması/ və s.1 Gətirilən nümunələrin çoxusu ümumişlək sözlərdir /tələffüzcə fərqləri nəzərə almırıq/.
M.M.Gəfərzadə xalq təbabətindən dialekt və şivə materialları əsasında bəhs edərkən «Tibb və baytarlıq terminləri» hissəsində «Yara və şiş adları», «Heyvanlarda olan xəstəlik və yara adları», «Xalq təbabəti, ara həkimliyi» bölmələrini vermiş, terminlərin /bir çox hallarda izahla/ siyahısını təqdim etmişdir. Tədqiqatçı «Tibb və baytarlıq terminləri» bölməsində lət /xəstəlik/, dığ /vərəm/, omaca *vəba/, ənə /dalağın şişməsi/, bırı /ishal/, tumo, inağ, boğaz qouşma /boğaz xəstəlikləri/, dilçəkuzatma, qımıcı batma, qulunc ağrısı, titə, qonac /g.zün bir hissəsinin qızarması və s./ kimi leksik vahidləri nümunə gətirir.2 Yara və şiş adları da ayrıca bölgüdə göstərilir: xiyərək /qıçın gövdəyə bitişdiyi yerdə olur/, qulğuna – boğaz vəzisinin şişməsi, doqquzdon – bir neçə dəfə örtülüb, yenidən davam edən yara, qappa // gəlmə, umma- hər ikisi döyün şişməsi ilə əlaqədardır, qulaqdibi, göycə yara, yeilmə// pissicə, pıçılğan, qabar, dögənək, ağız yarası. İmişli rayonu şivələrində heyvanlarda olan xəstəlik və yara adları da həmn şivələri səciyyələndirən leksik vahidlərdir: «Dilbaş /malın dilinin soyuqdan şişməsi/, xortdama – camışın boğaz şişməsi, mərgivırma – keçi xəstəliyi, ağıyadüşmə, çərəltmə /təttəmolma/, içiyara /ağ ciyər xəstəliyi/, sıçancıx, xənəx /öskürəkli xəstəlik/, göycəqarıx /qaranın həddən artıq şişməsi/, bozvənt /ətraf damarlarının quruması/, yvazdaxdabişmə, siyiratma, aşıqolma /atda/, lələyqappa /atda/, tərkidüşmə / atda/, damaratma /damardan özbaşına qan axması/, qaçça yara /tikan yarası/, çökür /kol-kos yarası olan yara/, kəbəyyarası /atın belində olan yara/, bağa /atın ayağında olan yara/, tataz /dəri xəstəliyi/, otadüşmə, dəlicə».1
Z.Ə.Xasiyev dialekt və şivələrdə işlənən xəstəlik adlarından bəhs edərək bir çox terminlərin adlarını çəkir ki, bu da xalq təbabəti leksikasının müəyyən hissəsini təşkil edir. Xəstəlik adlarını bildirən terminlər ən çox rəng – ağ, boz, qara, göy adları ilə bağlıdır. Məs.: ağduğ, ağcəvəzə //ağcüəzə, bozbənt// bozbət, bozvurdu, qarapapax, qaraqulax, qarayelin /bu bənt// bozbət, bozvurdu, qarapapaq, qaraqulax, qarayelin /bu qarayelin olmaq feli birləşməsinin tərkibində işlənir –İ.M./, qarayanıx, qarasızax, sarasıçax, qarofkə // qarohvə, göycə// kəyəkə, göyərmə və s.»2
S.M.Behbudov da bir sıra xəstəlik adlarından bəhs etmişdir. Zəngilan şivəsi üçün səciyyəvi olan aşağıda göstərdiyimiz xəstəlik və yara adlarının bir qismi ümumxalq mahiyyəti kəsb edir: «maxmirəx /məxmərək/ < qırmızı səpkli xəstəlik, inax < bərk soyuq dəymə nəticəsində öskürmə və səsin tutulması; buru < ishal; dabax < heyvanların dırnaqlarında olan xəstəlik; dilbaş insan və heyvana məxsus xəstəlik; dilin üstündə əmələ gələn səpki, qızartı; qərə yel qıc olma // qara yel, qızılca, çiçəx; lətdi < öskürəkli, quluş /qulunc –İ.M./, sətəlcəm, göərtmə, göy öskürək, civzə, çiban /çıban/, döyənək //döənək/ ayağa çıxan bərk yara/, dəmirov /üzün blz tökməsi/.1
Muğan qrupu şivələrində təkyara, yaman, öldürənçi şara, çiban, sarı yara, dəmiro, adı yox, xoruzəy // inac, boğazgəlmə, qızma naxoşluğu /xəstəlik/, titrətmə xəstəliyi, sətəlcəm azarı, timov //tımosalım// zükəm xəstəliyi , silli //vərəm xəstəliyi, yatalax, xalq təbabəti ilə əlaqədar söz və söz birləşmələri işlənir.2
Yara adları: yara, qarayara, şirin yara, ilyarası, /sağalmayan uzun sürən və sağalaqdan sonra yeri qalan yara/, korçiban, şirin çiban, dolama, qulaqdibi, qabar, döyənək, dil yarası, ağız yarası, şiş doqquzdan /bir neçə dəfə örtülüb yenidən davam edən yara/, salamat şiş, yaman, /yaman şiş, yaman çıxartmaq/, boz sarı yara xora /yara- xora/ və s.
Xalq təbabətinə aid müalicə üsullarını bildirən sözlər:
qan alma, küpəsalma, yaxısalma, sığama, təpitmə, quluncsındırma, sirkələmə, ovdurma və s.
Xalq təbabəti ilə əlaqədar işlənən başqa sözlər: mamaça. Çöpçü, ayağın burxulması, sinəgir, tərsimək /yaranın yenidən qayıtması/, qaysaqlamaq /yarası köz bağlamaq/, sınıq, sınıqçı, türkəçarə, türkəçarəçi, şiş, çatlama /sümük çatlaması/, çıxıq, yaranın hovlaması, diltəng, bihuşdarı, göbəyi yerinə düşmək, göbəyini salmaq, çıxığı yerinə salmaq, məlhəm, dava-dərman, əbəçi //həbəçi// Hadıxçı, təbib… Ümumxalq dilinin zəngin söz xəzinəsinə müraciət edərək oradan tələffüzü asan, ahəngdar sözləri götürüb onlardan tenmin yaradıgılığında istifadə etmək olar, «massaj» sözü və ondan əmələ gələn 10-a qədər söz təbabətdə geniş yayılmışdır. Aydındır ki, dilimizdə tarixən mövcud olmuş və bu gün də bir sıra dialektlərdə işlənən «sığamaq» feli « masajlamaq» felini tam əvəz edə bilər».1
Xalq təbabəti leksikası bir sahə leksikası kimi Azərbaycan dilinin etnoqrafik sözləri içərisində maraqlı bir lay təşkil etsə də, onun toplanması, tədqiqi məsələləri bu günədək görülməmş qalır.
Dediklərimizdən də aydınlaşır ki, ana dilimizin milli sözlərinin bütünlükdə öyrənilməsi zamanı bu leksik qrupa aid dil vahidlərini də nəzərdən qaçırmaq olmaz.
Məişət əşyaları və qab- qacaq adları.
Azərbaycan xalqının maddi mədəniyyətinin zənginliyini və tarixi qədimliyini ayrı-ayrı məişət əşyaları və qab-qacaq adları da bir dəhə təsdiq edir. Qədim diyarımızda müxtəlif peşə və sənətlərin olması təsərrüfatın çoxsahəliyini, təbii sərvətlərin bitib-tükənməzliyi, kulinariya mədəniyyətinin təkrarsızlığı burada ağac, metal, saxsı, dəri və b. materiallardan zəngin və çoxçeşidli mətbəx əşyalarının, qab-qacaqların hazırlanmasını zəzuri etmişdir. Habelə ev məişətində toxuma qablar da – səbət, çuval, xurcun və s. əhəmiyyətli yer tuturdu. !Ərzaq məhsullarının tədarükü, yeməklərin hazırlanması və süfrədə verilməsində bir sıra qablardan istifadə olunurdu».2
Azərbaycan dilinin ayrı- ayrı dialekt və şivələrinin araşdırılmasına həsr olunmuş dissertasiyalarda ev əşyalarına aid maraqlı məlumatlar toplanılmış, müxtəlif bölgülər aparılmışdır. Məsələn, İ.Ə.Hacıyev İsmayıllı rayonu şivələri əsərində 3 ev əşyalarını: a/ qab-qacaq adları, b/ ev ehtiyacları bölgülərinə ayırmış, K.T.Ramazanov Salyan dialekti 1materiallarına əsaslanıb ev şeyləri və müxtəl əşyalar başlıqları altında bu barədə danışmış,S.M.Mollazadə Qax rayonu şivələri 2
Əsasında «Köhnə əşya, alət və təsərrüfatla əlaqədar sözlər» dən bəhs etmiş, S.M.Behbudov Zəngilan şivəsində 3 işlənən məişət əşyalarının adlarını «Ev əşyalarına, alətlərinə aid söz və terminlər» başlığı ilə göstərib onları a/ ev avadanlıqlarının adlarına, b/ məişətdə işlənən müxtəlif əşya, alət və başqa söz və terminlərə v/ yandırılan materialların adlarına /gərmə, yapba, təzək, qamqalaq və s./ ayırmış, M.İ.İslamov bu tematik qrupları Nuxa dialektində4 işlənən ev əşyalarının adı ilə tədqiq etmiş, M.M.Gəfərzadə, Azərbaycan dilinin İmişli şivələrində 5 həmin əraziyə məxsus alət və qab-qacaq adlarını təhlil etmişdir /Bu barədə danışan Ə.Gəfərli, T.İ.Hacıyev, Q.Ə.Bağırov, Ə.Q.Ağayev və b. tədqiqatçıların da adlarını çəkmək olardı. Demək olar ki, onların bölgüləri cüzi fərqlər nəzərə alınmazsa oxşardır/. Biz isə həmin tematik qrupa aid leksik vahidlərdən məişət əşyalarv və qab-qacaq adları adı ilə bəhs edirik.
M.Kaşqarinin, V.V.Radlovun lüğətlərində, «Kitabi-Dədə Qorqud» dastanlarında məişət əşyalarının işlənməsi də diqqəti çəkən faktlardır.
A.R.Rəhimov M.Kaşqarinin «Divanu luqət-it-türk» əsəri və Azərbaycan dilinin leksikası» mövzusunda yazdığı tədqiqat işində təknə, çömçə, ketmən, körük: yoğurkan /yorğan/, ka/qab/, kayğık /qayıq/, kapu /qapı/, çekük /çəkic/, boğça, iskənə, yedək, köşk, oraq, kerki /kərki/, temen /yiqne/- təbənə -/böyük iynə/, ekdü /əydi-ağac, qaşıq və çömçəni yonub rəndələk üçün alət, hacat/ və s. kimi məişət sözlərindən danışmışdır.1
Möhtəşəm abidəmiz «Kitabi-Dədə-Qorqud» dastanlarında məişət əşyalarının və ev avadanlıqlarının adlarına da yeri gəldikcə rast gəlmək olar:
Aya /sapandın daş qoyulan yeri/, ayaq /qədəh, piyalə/, axça /gümüş pul/, badya, ban ev / hündür çadır/, bargah /hökmdar çadırı/, buqağu – buxov, qaytaban /dəvələrin saxlandığı yer/, qopuz /qədim ozanların çaldığı musiqi aləti/, quşqun /atın quyruğu altından keçən qayış/, qənarə /kəsilmiş qoyunu soymaq məqsədilə asmaq üçün istifadə olunan çəngəl/, dolama beşik /nənni/, duşaq /at ayağına vurulan buxov/, nəqqarə /nağara/, otaq /çadır/, süylük /şiş, kabab şişi/, sürahi /şərab şirəsi/, tənəf /çadır /çadır ipi/, tuğ /at quyruğundan bayraq/, Xotaz /qotaz/, çəlbir /qantarğa/, şamı günlük /çadır/2 və s.
Dostları ilə paylaş: |